Valideyn məsuliyyətsizliyinin CƏZASI: Bu uşaqlar dövlətin himayəsinə verilə bilər - AÇIQLAMA

Valideyn məsuliyyətsizliyinin CƏZASI: Bu uşaqlar dövlətin himayəsinə verilə bilər - AÇIQLAMASon zamanlar valideyn məsuliyyətsizliyi, diqqətsizliyi və uşaq hüquqlarının pozulması ilə müşahidə edilən video-materialların sosial şəbəkələrdə paylaşılması haqlı olaraq cəmiyyətdə təəssüf və qəzəb hissi ilə qarşılanıb.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, təəssüflər olsun ki, bəzi valideynlərin öz övladlarına qarşı diqqətsizliyi, internet resurslarından istifadə zamanı valideyn nəzarətinin olmaması uşaqların sosial şəbəkələrdə yaşlarına uyğun olmayan paylaşımlar etməsinə, onların təhlükə ilə üzləşməsinə, hətta bədbəxt hadisələrin baş verməsinə gətirib çıxarıb.

"Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.

Valideyn məsuliyyətsizliyinin CƏZASI: Bu uşaqlar dövlətin himayəsinə verilə bilər - AÇIQLAMAAilə Məcəlləsinin 64-cü maddəsinə əsasən, valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:

- öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
- alimenti qəsdən ödəmədikdə;
- heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə
- valideynlik hüquqlarından sui-istifadə etdikdə;
- uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə
- xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
- uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə;
- uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə

Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 934   Tarix: 09 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

12:09 238
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18.10.2026 330
.

Bağırsaq xəstəliyinin izləri 10 il əvvəl üzə çıxa bilər

Bəzi xroniki bağırsaq xəstəliklərinin ilkin əlamətləri diaqnoz qoyulmazdan illər əvvəl qanda özünü göstərə bilər. Yeni araşdırma bu xəstəliklərin daha erkən aşkarlanması və gələcəkdə ağırlaşmaların qarşısının alınması üçün ümid yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "The Guardian"

14:15 82
.

Azərbaycan heç kimin siyasi-ideoloji sınaq meydanı deyil

Qardaşlıq adı altında təzyiq göstərmək dostluq deyil, siyasi məsuliyyətsizlikdir. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi nümayəndələrinin Azərbaycana münasibətdə son vaxtlar sərgilədikləri mövqe bir sıra ciddi suallar doğurur. Azərbaycanda məktəblilərin geyim qaydalarından tutmuş ölkəmizi

14:41 29
.

Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam

Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, A.Bayramov aprelin 14-ü TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilmişdi

11:40 271
.

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb

11:25 239
.

Təbiətin məhvinə qorunmasından 30 qat çox vəsait xərclənir - Quterreşdən şok açıqlama

"Dünyada ətraf mühitin mühafizəsinə yatırılan hər bir dollara qarşılıq olaraq, təbiətə zərər vuran fəaliyyətlərə 30 dollar sərf edilir. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İrəvanda keçirilən biomüxtəlifliyin qorunmasına dair sammitdəki çıxış

18.10.2026 330
.

Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub

Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvar qrupuna çırpılması nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyinə yerli polisin rəisi Dharmvir Sinqh bildirib. Qəza baza

18.10.2026 352
.

Polşanın Baş nazirinə qarşı sui-qəsd çağırışı: 46 yaşlı kişi saxlanıldı

Polşada Baş nazir Donald Tuska sui-qəsd çağırışları etməkdə şübhəli bilinən şəxs saxlanılıb. xəbər verir ki, bu barədə Polşa hökumətinin sözçüsü Adam Şlapka "X" sosial şəbəkəsində məlumat verib. "Dünən Oborniki şəhərində polis Baş nazir və Seym sədri də daxil olmaqla, Polşa rəsmilərin

11:07 159
.