Azərbaycan-İtaliya iqtisadi əlaqələri: öndə enerji tərəfdaşlığıdır

Azərbaycan-İtaliya iqtisadi əlaqələri: öndə enerji tərəfdaşlığıdırAzərbaycan və İtaliya arasında iqtisadi əlaqələr getdikcə genişlənir. Bunu ilk növbədə iki ölkə arasında ticarət dövriyyəsini əks etdirən rəqəmlərdən görmək olur. Keçən il Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15,7 milyard dollar olub ki, bunun da əsasını ölkəmizin ixracatı təşkil edib. Bu ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsinin həcmi 6,2 milyard dollara çatıb.
İtaliyanın Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Belə ki, onun Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın payına düşür.
İqtisadi əməkdaşlıq bir sıra sahələri əhatə etsə də, öndə enerji tərəfdaşlığıdır. Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri bu tərəfdaşlığın inkişafına yeni bir təkan verəcək. Belə ki, yeni layihələr üçün yollar açılır. Əməkdaşlığın bünövrəsi möhkəm olduğuna görə perspektivlər də böyük, gözləntilər də çoxdur. Məlumdur ki, İtaliya xeyli vaxtdır Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Son illərin ən möhtəşəm meqalayihələrindən olan "Cənub qaz dəhlizi"nin axırıncı məntəqəsi də məhz İtaliyadır. Yəni bu dəhliz Azərbaycandan başlayaraq Gürcüstanın,Türkiyənin, Yunanıstanın, Albaniyanın ərazisindən və Adriatik dənizinin altından 3500 kilometr yol keçərək İtaliya torpağına çatır və orada bu ölkənin "Snam Rete Gas" şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir.
"Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) ölkələrimiz arasında enerji əməkdaşlığını möhkəmləndirən vacib amildir. Bu kəmər 2020-ci il dekabrın 31-dən qaz nəql edir və İtaliyanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Təkcə keçən il TAP-la İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub. Qeyd edək ki, ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Bu həcmin Avropaya ixrac edilməsində "Cənub qaz dəhlizi"nin ayrılmaz hissəsi - TAP-ın da rolu böyük olacaq. Onu da xatırladaq ki, indi bu dəhliz yeni interkonnektorlarla şaxələnir və nəticədə Azərbaycandan qaz alan ölkələrin də sayı getdikcə artır.
Təsadüfi deyil ki, bu il sentyabrın 5-də Romada Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə də enerji sahəsində ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, kəmərin İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində roluna toxunulub, xəttin ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb.
İtaliya Nazirlər Şurasının sədri COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu da vurğulayıb. Söhbət zamanı həmçinin İtaliyanın "Eni S.P.A" şirkəti ilə SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında yeni əməkdaşlıq sahələrinin müəyyən olunması məmnunluqla qeyd edilib, bu şirkətlərin üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısının "Eni S.P.A" şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşündə də neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, "Eni"ni Azərbaycanda yaxşı tanıyırlar. "Əsrin müqaviləsi" çərçivəsində ölkəmizdə aparılan işlərin müxtəlif mərhələlərində bu şirkət fəal iştirak edib. Ən mühüm faktlardan biri də budur ki, "Eni" Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin səhmdarlarından biridir və layihədə 5 faizlik iştirak payına malikdir.
Sentyabrın 5-də Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi göstərdi ki, bu şirkətlə əməkdaşlıq və tərəfdaşlığımız daha geniş sahələri əhatə edəcək. Belə ki, "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının "Eni S.P.A" şirkəti arasında bioyanacaq və bioxammal sahəsində Anlaşma Memorandumu" mübadiləsi olub. "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının "Eni S.P.A" şirkəti arasında enerji təchizatı təhlükəsizliyi məqsədilə hasilat və midstrim sahəsində neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu" da mübadilə edilib. Mübadilə edilən sənədlər sırasında "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının "Eni S.P.A" şirkəti arasında enerji keçidi və istixana qazlarının azaldılması sahəsində Anlaşma Memorandumu" da özünə yer alıb.
Ümumiyyətlə, İtaliya işgüzar dairələri ölkəmizə böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Hazırda Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir. Təqdirəlayiq haldır ki, düşmən tapdağından azad etdiyimiz Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuğa start verilən ilk vaxtlatdan bu işlərdə İtaliya şirkətləri də fəal iştirak edirlər. Bu faktın özü də getdikcə inkişaf edən iqtisadi əməkdaşlığın parlaq bir nümunəsidir.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 721   Tarix: 09 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

12:09 238
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18.10.2026 330
.

Bağırsaq xəstəliyinin izləri 10 il əvvəl üzə çıxa bilər

Bəzi xroniki bağırsaq xəstəliklərinin ilkin əlamətləri diaqnoz qoyulmazdan illər əvvəl qanda özünü göstərə bilər. Yeni araşdırma bu xəstəliklərin daha erkən aşkarlanması və gələcəkdə ağırlaşmaların qarşısının alınması üçün ümid yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "The Guardian"

14:15 82
.

Azərbaycan heç kimin siyasi-ideoloji sınaq meydanı deyil

Qardaşlıq adı altında təzyiq göstərmək dostluq deyil, siyasi məsuliyyətsizlikdir. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi nümayəndələrinin Azərbaycana münasibətdə son vaxtlar sərgilədikləri mövqe bir sıra ciddi suallar doğurur. Azərbaycanda məktəblilərin geyim qaydalarından tutmuş ölkəmizi

14:41 29
.

Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam

Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, A.Bayramov aprelin 14-ü TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilmişdi

11:40 271
.

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb

11:25 239
.

Təbiətin məhvinə qorunmasından 30 qat çox vəsait xərclənir - Quterreşdən şok açıqlama

"Dünyada ətraf mühitin mühafizəsinə yatırılan hər bir dollara qarşılıq olaraq, təbiətə zərər vuran fəaliyyətlərə 30 dollar sərf edilir. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İrəvanda keçirilən biomüxtəlifliyin qorunmasına dair sammitdəki çıxış

18.10.2026 330
.

Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub

Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvar qrupuna çırpılması nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyinə yerli polisin rəisi Dharmvir Sinqh bildirib. Qəza baza

18.10.2026 352
.

Polşanın Baş nazirinə qarşı sui-qəsd çağırışı: 46 yaşlı kişi saxlanıldı

Polşada Baş nazir Donald Tuska sui-qəsd çağırışları etməkdə şübhəli bilinən şəxs saxlanılıb. xəbər verir ki, bu barədə Polşa hökumətinin sözçüsü Adam Şlapka "X" sosial şəbəkəsində məlumat verib. "Dünən Oborniki şəhərində polis Baş nazir və Seym sədri də daxil olmaqla, Polşa rəsmilərin

11:07 159
.