Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır

Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırırSentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfərə gəlib. Üç günlük səfər öz məhsuldarlığı ilə seçilib. Səfər çərçivəsində Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella, İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni, İtaliyanın "Eni S.P.A" şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi, İtaliyanın "Ansaldo Energia" şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşləri keçirilib, paytaxt Roma şəhərində iki ölkə başçılarının iştirakı ilə Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.
Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada iştirak edərək geniş çıxış edib.
Hazırda Bakı–Roma əlaqələri yüksək dinamizmə, oturuşmuş dönməz struktura malikdir. Azərbaycan–İtaliya dövlətlərarası təmasındakı müsbət mənzərəni xarakterizə edən amillər çoxdur. Ən başlıca amil Azərbaycanın dünya siyasətində yeri və rolu ilə bağlıdır. Qətiyyətlə demək olar ki, ölkəmizin uğurlu enerji siyasəti, ümumən beynəlxalq siyasətdəki prinsipiallığa söykənmiş rasionallıq və balanslılığı ölkəmizin qlobal aktora çevrilməsində mühüm halqadır.
Azərbaycan–İtaliya əməkdaşlığı bu halqanın Avropa seqmentinin aktivliyi baxımından nümunədir. Hesab edirik ki, məhz bu nümunəvilik hər iki ölkə üçün son dərəcə müstəsna dəyərdir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin İtaliyaya sayca üçüncü olan səfəri həmin dəyərin həm vurğulanması, onun yeni və daha dolğun səhnələrinin yaşanması ilə əlamətdar oldu.
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri mühüm önəm daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə də bu səfərin əhəmiyyəti yüksək dəyərləndirilib, iki ölkə arasında əlaqələrin gündən-günə inkişafının, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın möhkəmlənməsinin xüsusi məmnunluq doğurduğu diqqətə çatdırılıb. Dövlətimizin başçısının İtaliyaya bu səfərinin çox səmərəli olduğu qeyd edilərək, Prezident İlham Əliyevlə İtaliya–Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan məsələlərə dair ətraflı müzakirələr aparıldığı vurğulanıb, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi bildirilib. Eyni zamanda, ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb. Humanitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi xüsusi qeyd olunub.
Bu gün Azərbaycanın İtaliya ilə əməkdaşlığı qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edir. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsi kimi diqqət çəkir. Belə bir əməkdaşlığın təməlində isə təbii ki, Azərbaycanın dünya siyasətində tutduğu mövqe, eləcə də ölkəmizin qlobal siyasətdə aktora çevrilməsi amili həlledici rol oynayır.
Azərbaycan rəhbərinin dost ölkədə keçirdiyi görüş və müzakirələrdə təkcə ikitərəfli münasibətlər deyil, Avropa məkanı ilə də münasibətlərin yeni mərhələdə davamı əksini tapdı. Dövlətimizin başçısı Beynəlxalq Çernobbio Forumundakı çıxışında dİtaliya ilə münasibətlərin ümumavropa önəmi daşıdığını vurğuladı: "Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə, təqribən, 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya 3-cü səfərimdir. Prezident Matarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir".
Dövlətimizin başçısının İtaliyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə enerji sahəsində ikitərəfli əməkdaşlığın getdikcə möhkəmlənməsi xüsusi məmnunluqla ifadə edilib. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, onun hazırda İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində roluna toxunulub, TAP-ın ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb. Dost ölkənin "Eni S.P.A" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi yüksək dəyərləndirilib və bu qurumların üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə fikirlər səsləndirilib.
İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi (CQD) və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amil kimi dost ölkə tərəfindən yüksək qiymətləndirilib.
Dövlətimizin başçısı İtaliyaya işgüzar səfəri çərçivəsində Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyadakı çıxışında CQD-nin fəaliyyətini yüksək qiymətləndirərək bu qaz dəhlizinin hazırda 10 ölkənin enerji təhlükəsizliyini gerçəkləşdirdiyini bildirib. Ölkəmizin rəhbəri daha sonra Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik CQD-nin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayaraq deyib: "Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır".
Qeyd edək ki, CQD Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçərək Azərbaycan qazını İtaliyanın Brindisi sənaye limanındakı son təyinat nöqtəsinə çatdırır. CQD-nin son hissəsi – TAP Azərbaycandan ilk dəfə olaraq təbii qazı İtaliyaya daşıyır.
Hazırda elektrik enerjisi sahəsində də İtaliya şirkətləri əsas tərəfdaşlarımızdır. Məsələn, məşhur "Ansaldo" şirkəti hazırda Mingəçevirdə tikilən 1300 meqavata yaxın gücü olan elektrik stansiyası üçün turbinlərin təchizatçısıdır. İtaliyanın digər şirkətləri, məsələn, "Maire Tecnimont" böyük sənaye sahəsinin podratçısı idi. Həmçinin Azərbaycanın neft emalı zavodunun təmirində ölkəmizə kömək edir. Beləliklə, bu, həqiqətən çox möhkəm və ildən-ilə böyüyən çoxşaxəli təməldir.
Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilən demokratik proseslər və sosial-iqtisadi islahatlarla yanaşı, uğurlu xarici siyasət dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini respublikamıza yönəldib. Şübhəsiz ki, bütün bunlar beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın daha da güclənməsinə, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının artmasına, Azərbaycanla Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanmasına öz müsbət təsirini göstərib.
Hazırda Azərbaycan regionun yeganə ölkəsidir ki, mürəkkəb geosiyasi şəraitdə müstəqil uğurlu xarici siyasət yürüdərək milli maraqlara söykənən prinsiplərlə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Bunun nəticəsidir ki, dövlətimizin gerçəkləşdirdiyi enerji layihələri, regional inteqrasiyanı sürətləndirən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 812   Tarix: 09 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zelenski ABŞ senatorları ilə görüşəcək, Rusiyaya qarşı sanksiyalar səsverməsi gözlənilir

Senatın iki köməkçisi bildirib ki, ABŞ Senatının bütün 100 üzvü çərşənbə axşamı axşamı mərhum respublikaçı senator Lindsi Qrahamın dəfn mərasimində iştirak etmək üçün Vaşinqtona səfər edən Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşə dəvət olunub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, köməkçilərdə

12:39 186
.

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İsrail İranın enerji infrastrukturuna zərbə endirməyi planlaşdırır, lakin ABŞ hələlik bu planı dəstəkləmir. APA xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz açıqlama verib. Nazirin sözlərinə görə, Vaşinqton hesab edir ki, belə bir hücum Tehranın regiondakı hədəflərə cavab zərbələri endirməsin

19:30 1
.

Dünya plastikdən imtina edir: Azərbaycanda da qadağa tətbiq oluna bilərmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir çox ölkəsində birdəfəlik plastik məhsulların istifadəsi mərhələli şəkildə qadağan edilir və ya ciddi məhdudlaşdırılır. Məqsəd ətraf mühitin çirklənməsini azaltmaq, plastik tullantıların həcmini minimuma endirmək və insanların daha ekoloji alternativlərdən istifadəsini təşviq etməkdir. Azərbaycand

12:05 210
.

MKİ və "Mossad" Xameneini axtarır - "The Times"

ABŞ və İsrail kəşfiyyat orqanları Ayətullah Müctəba Xameneini tapmaq üçün çox məxfi əməliyyat keçirir. xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, əməliyyat bir müddətdir davam edir. "The Times" qəzeti yazır ki, əməliyyatı

20:15 2
.

Məktəblərdə psixoloq çatışmazlığı: Şagirdlərin psixoloji dəstəyi niyə zəifləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə şagirdlərin psixoloji dəstəyə ehtiyacı artdığı halda, təhsil müəssisələrində psixoloq çatışmazlığı problemi daha qabarıq hiss olunur. Bir çox məktəbdə ya ümumiyyətlə psixoloq ştatı boş qalır, ya da bir psixoloq yüzlərlə, hətta minlərlə şagirdə xidmət göstərmək məcburiyyətində qalır. Nəticəd

16:06 137
.

Tom Kruzun qızı soyadını dəyişdi

Tom Kruz və Keti Holmsun qızı rəsmi olaraq atasının soyadından imtina edərək onu Noel soyadı ilə əvəz edib. Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six" nəşri müvafiq sənədlərə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, 20 yaşlı Suri Pensilvaniya ştatında seçici kimi qeydiyyatdan Sur

22:30 1
.

"İdrak" liseyində müəllimin güllələnməsində atəş açılan silahın sahibi barədə qərar verildi

"İdrak" liseyində müəllimin güllələnməsində ittiham olunaraq həbs edilən yeniyetmənin atası barədə qərar verilib. APA xəbər verir ki, bununla bağlı Binəqəsi rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, təqsirləndirilən Sami

14:56 189
.

Azərbaycanda bir sıra şəxslərin maaşı artırılacaq

Kitabxana sistemində aparılan optimallaşdırma prosesindən sonra attestasiyadan uğurla keçən əməkdaşların əməkhaqqılarının artırılması nəzərdə tutulur. xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə İT mütəxəssislərinin attestasiyası ilə bağlı -a deyib. Onun sözlərinə görə

14:09 200
.

Nanə yeni mövsümdə qayıdır

Bir müddətdir efirdən uzaq qalan aparıcı Nanə Ağamalıyeva yeni televiziya mövsümündə tamaşaçı qarşısına çıxacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı "Nanəli" verilişi ilə fəaliyyətini davam etdirəcək. Proqramın hazırlıqlarına ötən televiziya mövsümündən başlanılıb. Qeyd edək ki

18:15 29
.

TOP MP3