"Repititorluğu inkişaf etdirən səbəblərdən biri Dövlət İmtahan Mərkəzinin hazırda keçirdiyi test mexanizmidir" - AÇIQLAMA

"Repititorluğu inkişaf etdirən səbəblərdən biri Dövlət İmtahan Mərkəzinin hazırda keçirdiyi test mexanizmidir" - AÇIQLAMAMüəllimlərin bir çoxu repititorluq etdikləri üçün məktəbdə dərsləri uşaqlara öyrətmək istəmirlər. Bu cür müəllimlərin bir məqsədi olur: "Hazırlığıma gələr öyrədərəm".

Bəs görəsən Azərbaycan təhsili repititora ehtiyac olmayacaq səviyyədə inkişaf edəcəkmi?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, ölkədə repititorluğu yaradan səbəblər aradan qalxmadığı təqdirdə, repititor daimi olacaq.

"Repititor olması əslində qorxulu hal deyil. Sadəcə heç bir ölkədə bizdə olduğu qədər geniş yayılmayıb. Bu hal təhsil sistemi üçün çox qorxuludur.
Bu gün repititorluğu inkişaf etdirən səbəblərdən biri Dövlət İmtahan Mərkəzinin hazırda keçirdiyi test mexanizmidir.

Bundan başqa əsas məsələlərdən biri müəllimin əməkhaqqı məsələsidir. Nəzərə alaq ki, bu məsələ tez-tez qabardılır. Baxmayaraq ki, müstəqil olduğumuz dövürdən bu yana ən çox diqqət müəllimlərin əmək haqqısına yönəlib. Lakin bu halda müəllimlərin əmək haqqısının diferensiallaşmış sitemə keçirilməsi lazımdır. Yəni hər bir müəllimin əldə etdiyi nəticələrə görə ona əmək haqqı verilməlidir.

Bu gün Azərbaycanda repititorla bağlı lisenziyalaşma sistemi yaradılmalıdır. Hər müəllim repititorluq edə bilməz. Bunun üçün lisenziya alınmalıdır. Müəllimin fiziki, psixoloji və mənivi xüsusiyyətləri yoxlanılmalıdır. Ondan sonra bilik və bacarıqları yoxlanaraq müəyyən müddət üçün lisenziya verilməlidir. Eyni zamanda repititorların dərs keçdiyi yerlərdə sanitar gigiyenik qaydalara riayət edilməlidir. Amma biz bu gün buna əməl edirik mi? 10-15 kvadrat metrlik otaqlarda repititorluq edilir. Bu nə dərəcədə doğrudur?

Unutmayaq ki, repititorluğun ziyan gətirdiyi amillərdən biri də ailə büdcəsidir. Bu halda bəzi ailələrin rifah halı aşağı düşür. Repititorluğa cəlb olunan şagirdlərin çoxu böyük psixoloji sarsıntılarla üzləşirlər. Şagirdlər normal yuxu yata bilmirlər. Onlarda əsəb sistemi pozulur və dözümsüzlük əmələ gəlir. Ona görə də cəmiyyətdə aqressivlik yaranır."

"Repititorluğu inkişaf etdirən səbəblərdən biri Dövlət İmtahan Mərkəzinin hazırda keçirdiyi test mexanizmidir" - AÇIQLAMAElşən Qafarov qeyd etdi ki, repititorluğun bu qədər inkişaf etməməsi üçün məktəbdənkənar fəaliyyət genişləndirilməlidir. Bunun üçün ölkənin hər yerində məktəbyanı ərazilərdə müəssisələr tikilməlidir. Şagirdlərin gündəlik dərslərə hazırlığı bu müəssisələrdə həyata keçirilməlidir. Burada uşaqların iştirakı icbari xarakter almalıdır. Nəticə etibarı ilə təhsili, təhsilalan üçün bir yük səviyyəsinə gətirməli deyilik. Təhsil şagirdlər üçün şəxsi inkişafın bir vasitəsi olmalıdır:

"Biz illərdir təhsil islahatı aparırıq. İslahat adı altında dövlət büdcəsindən milyonlar xərclənir. Amma realda isə təhsil islahatını biz görmürük. İstənilən halda nəticələr var. Amma səmərəlilik varmı? Bax bu saulın cavabı açıq qalır. Bizim islahat aparmaqda məqsədimizə nail ola bilirikmi? Yox!
Nə qədər ki, sözün əsl mənasında təhsil islahatı ölkədə getmir, ancaq rəqəmlərin dalınca qaçırıq, dövlət imtahan mərkəzi xeyirsiz müxanizim qurur, bu repititorluq arzu olunmaz şəkildə davam edəcəkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2344   Tarix: 07 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib

Vaşinqtonun əvvəlki hərbi müdaxilə siyasəti faydasız idi. "Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Corciyada tərəfdarları qarşısında çıxışında bildirib. "Əvvəllər biz içəri girir, insanları bombalayır və sonra çıxırdıq. Bilirsiniz, bu nə idi? Biz həyatları məhv etdik

10:30 83
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub

17.10.2026 250
.

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. BİG.AZ xəbər verir ki, paylaşımda deyilir:. "18 oktyabr. Müstəqilliyin Bərpası Günü. Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlı

11:15 0
.

Ağ Evin yeni mətbuat katibi vəzifəsindən azad edildi

Ağ Evin mətbuat katibi Keyti Zakariya bu vəzifədə fəaliyyətə başladıqdan bir həftədən də az müddət sonra işdən çıxarılıb. bildirir ki, bu barədə "The New York Times" nəşri üç mənbəyə istinadən xəbər verib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirmişdi ki, Zakariyaya bu vəzifəd

14:10 0
.

Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb

Hindistanın şərqində yerləşən Kəlküttə şəhərində dini bayram zamanı baş verən izdiham nəticəsində azı 17 nəfər ölüb, çox sayda insan xəsarət alıb. "Report" "NDTV" telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 18:10) Qiriş-Park rayonunda müvəqqət

13:20 0
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

00:15 281
.

Minimum əməkhaqqı artacaq? - Video

Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər

16:10 0
.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

16:00 0
.

Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb

Şotlandiya Milli Partiyası (SNP) Şotlandiyanın Böyük Britaniyadan müstəqilliyi ilə bağlı yeni referendumun keçirilməsinə hazırlıq məqsədilə kampaniyaya start verib. "Report" xəbər verir ki, bunu partiyanın lideri, Şotlandiyanın birinci naziri Con Suinni Aberdində keçirilən SNP qurultayını

12:20 0
.