"Narahat olma, qızın etibarlı əllərdədir..."
Türkiyənin İstanbul şəhərində keçmiş sevgilisi Semih Çelik tərəfindən vəhşicəsinə qətlə yetirilən 19 yaşlı İkbal Uzunerin atası Hasan Uzunerin polis bölməsində verdiyi ifadəsi ortaya çıxıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "Hürriyyet" məlumat yayıb.
Atasının sözlərinə görə, qızı və Semih məktəbdə tanış olublar:
"Qızım liseyi Fatih rayonunda oxuyub. Semih Çeliklə məktəbdə tanış olublar. Liseydə üçüncü sinfin birinci yarısında Semih qızımı narahat etməyə başladı. Daha sonra qızımın məktəbini dəyişdim. O, bir müddət Semihlə dostluq etdi, lakin yaşadığı narahatlıqlar səbəbi ilə psixologiyası korlandı".
H. Uzuner Bildirib ki, İkbal və Semih 1,5 ildir heç bir əlaqə qurmayıb:
"Onu psixoloqa göndərdim. Qızım məndən pişik istədi, aldım. Pişiklə vaxtını keçirməyə başladıqdan sonra psixologiyası yaxşılaşdı. Son 1,5 ildə vəziyyəti xeyli yaxşı idi, düzəlmişdi. Semih Çelikin anası bizə zəng edib dedi ki, oğlumun yeni sevgilisi var, çox xoşbəxtdirlər, daha qızınızı narahat etməyəcək. Bundan sonra daha da rahatlaşmışdıq".
Fotoda Hasan Uzuner:
O, ifadəsinə belə davam edib:
"Hadisə baş verən gün də yoldaşım qızıma zəng etdi, ancaq telefona bir kişi cavab verdi və "Narahat olma, qızın etibarlı əllərdədir", - dedi. Həyat yoldaşım qızıma yenidən zəng edəndə bu dəfə başqa bir kişi cavab verdi və telefonun qala divarından düşdüyünü dedi. Yoldaşıma yerini izah etdi və gəlib telefonu götürə bilərsiniz dedi. Bundan sonra mən də qızıma zəng etdim. Telefona cavab verən kişi mənə dedi ki, telefonu ancaq anasına təhvil verəcək.
Yoldaşımla birlikdə qızımın telefonunu almağa getdik. Telefonu evsiz bir şəxs qala divarından düşdüyü yerdə tapıb. Bəlkə qızımız da qala divarının üstündədir deyə yuxarı qalxmaq istədik, amma simlər olduğu üçün qalxa bilmədik. Aşağı düşəndən sonra böyük bir insan kütləsinin divarlara doğru baxdığını gördük. Bəlkə qızımız da ordadır deyə həmin istiqamətə addımladıq və bu zaman qızımın başını gördüm".
Fotoda İkbal Uzuner
Xatırladaq ki, hadisə oktyabrın 5-də İstanbul şəhərinin Fatih rayonunda baş verib. Psixoloji problemləri olan 19 yaşlı Semih Çelik adlı şəxs İkbal Uzuner adlı qızın başını bıçaqla kəsərək Edirnekapı qala divarlarından aşağı atıb. Daha sonra Çelik boğazına ip keçirib və özünü qala divarlarından ataraq intihar edib. O, həmin gün daha əvvəl öz evində digər sevgilisi Ayşenur Halil adlı 19 yaşlı qızı da vəhşicəsinə qətlə yetirib.
Fotoda Semih Çelik
Fotoda Ayşenur Halil

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1674 Tarix: 08 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
00:07 258 Ərdoğan: "Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq"
"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq". -ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən istehsa
10:00 130 Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - VİDEO
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir. Gülnar Fərzəliyeva iddi
17.10.2026 413 Uşağı olanlara ŞAD XƏBƏR: 600 manat və aylıq müavinət verilir - Müraciət QAYDASI
Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti
00:11 314 Azərbaycanda mənzillər bahalaşdı
Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili
11:00 46 65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK
Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin
17.10.2026 319 Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü
Avropa ölkələrində ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları rekord səviyyəyə yüksəlib. xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, oktyabrın 7-dək Avropa İttifaqı ölkələrində virusa yerli yoluxma üzrə 1715 hal qeyd
17.10.2026 262 Tələbələrin təqaüdləri artırılacaq?
Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini
13:10 0 Avstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi
Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir
11:30 0