Parik taxıb anasının sevgilisinə zəhərli iynə vurdu
İngiltərədə özünü tibb işçisi kimi təqdim edərək anasının sevgilisinə ölümcül zəhər iynəsi vuran təcavüzkarın məhkəməsi başlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 51 yaşlı Tomas Kvan anasının mülkü ona deyil, onunla birlikdə yaşayan 71 yaşlı Patrik Ohara qoyacağından ehtiyat edib. Rəqibindən qurtulmaq üçün o, kompleks plan hazırlayıb. Saxta məktublardan istifadə edən Kvan Oharanı evdə peyvənd edəcəyinə inandırıb.
Təyin olunmuş gündə dövlət tibb işçisi əvəzinə Kvan özü saxta bığ və saqqalla gəlib. Üzünü cərrahi maska və tünd eynək gizlədib, başında parik və papaq, əllərində mavi tibbi əlcək olub. Nəticədə Ohara Kvanı tanımayıb.
Kvan Oharadan anket doldurmasını istəyib, analiz üçün onun qanını və sidiyini götürüb. Daha sonra həm özünün, həm də anasının qan təzyiqini ölçüb. Peyvənd son dərəcə ağrılı olub, lakin Kvan bunun tamamilə normal olduğunu bildirib.
İynədən iki gün keçsə də, ağrılar azalmayıb. Bundan əlavə, Oharanın əli şişib və rəngi dəyişib. Nəticədə kişi xəstəxanaya getməli olub. Gördüklərindən çaş-baş qalan həkimlər Oharanın inyeksiyadan sonra nekrotizan fasiit inkişaf etdirdiyi qənaətinə gəliblər.
Onun həyatını xilas etmək mümkün olub. Lakin o, bir neçə həftə reanimasiyada qalıb. Bu müddət ərzində o, bir neçə əməliyyat keçirib və zədələnmiş qolun toxumasının əhəmiyyətli hissəsini çıxarıb.
Axtarış zamanı Kvanda civə, tallium, arsen və sulfat turşusu ehtiyatı aşkar edilib. Bundan əlavə, o, zəhərli dərmanın hazırlanma prosesini və bunun üçün lazım olan gənəgərçək lobyasını təsvir edən təlimatlara sahib idi.
Kvana hələ də hökm verilməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 770 Tarix: 08 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi
Zaqatalada avtomobil piyadanı vurub. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşlı Firəngiz Məmmədovanı vurub. Hadisə zamanı TIR qadının ayaqlarının üstündə
17.10.2026 232 Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər
00:37 246 Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR
Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə
00:09 319 Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub
Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb. İdarənin məlumatın
17.10.2026 241 UŞAQLI AİLƏLƏR HANSI SOSİAL ÖDƏNİŞLƏRDƏN YARARLANA BİLƏR? - Müavinətlərin məbləği və şərtləri
Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti
00:17 291 Biləsuvarda ağır qəza: Əsgər ziyarətinə gedən ailənin iki üzvü öldü
Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. xəbər verir ki, qəza nəticəsində ölənlər yeznə və qayınana olublar. Belə ki, əslən Naxçıvan Muxtar Respublikasından olan və Bakı şəhərində yaşayan, 1986-c
17.10.2026 303 "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
"Azadlıq meydanı. Hər şey burada başladı. Azərbaycan xalqı 70 ildən sonra yenidən müstəqilliyinə qovuşdu". xəbər verir ki, bu barədə "Haber Global" telekanalının 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Gününə həsr etdiyi süjetində bəhs edilir. Bildirilir ki, Azərbaycan il
12:22 0 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu
12:10 0 Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
İran Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatdır və problemin hərbi yolla həllinə inanmır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
14:20 0