"Deyib ki, 500 manat verməsən, nəvələrin də öləcək"
"Bacımın yoldaşı 38 yaşında xərçəng xəstəliyindən həyatını itirdi. Bu hadisədən 10 gün sonra iki qaraçı - ata və qızı gəlib bacımın qayınanasına deyib ki, pul verməlisən mən gedib qurban alım kəsim, yoxsa nəvələrin də öləcək. O, 500 manatı ananın hazırkı vəziyyətindən istifadə edərək alıb".
"Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Asim Cəlilov feysbuk hesabında yazıb.
"Daha sonra onun otaqda olmamasından istifadə edərək bacıma deyib ki, sən də qızıl verməsən, uşaqların da öləcək. Bacımdan da qızıl alıb çıxıb gedib. 1500 manat dəyərində ailəyə ziyan vurub", - A.Cəlilov qeyd edib.
Şikayətçi bildirib ki, ailə onkoloji xəstənin müalicəsi üçün böyük maddi sıxıntı keçirib. O, dələduzluqda ittiham etdiyi şəxslərin daha əvvəl də oxşar əməllər törətdiyini deyib: "Xərçəng xəstəsi olan insan üçün nə qədər maliyyə xərcləndiyini isə daha qeyd etmirəm. Yəqin hamı bunu bilir. Eyni zamanda öyrəndim ki, bu ata və qızının ilk işi də deyil".
A.Cəlilov hadisə ilə bağlı sentyabr 27-də polisə şikayət edildiyini deyib: "Lakin bir xəbər yoxdur. Həyətdə olan təhlükəsizlik kamerasında adamların üzləri də düşüb, fotolar polisə də təqdim edilib. Hadisədən 12 gün keçməsinə, adamların fotolarının və videolarının olmasına baxmayaraq bu iki adam hələ də tapılmayıb".
DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza açıqlamasında məsələ ilə bağlı araşdırmanın aparıldığını bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1000 Tarix: 09 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXama alarkən bunlara diqqət edin - Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Marketlərdə müxtəlif istehsalçılara məxsus xama məhsullarının sayı artdıqca, istehlakçıların seçim etməkdə çətinlik çəkməsi də qaçılmaz olur. İlk baxışda oxşar görünən məhsulların tərkibi, istehsal texnologiyası və saxlanma şəraiti isə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Yanlış seçim hə
16:24 136 Almaniyada hər ay 15 minə yaxın iş yeri itirilir
"Almaniya sənaye sektorunda dərin böhran yaşayır və bu vəziyyət ölkənin iqtisadi sabitliyi üçün ciddi risk yaradır". DPA agentliyinə istinadən xəbər verir ki, bunu Almaniya Sənaye Birliyinin (BDI) baş direktoru Tanya Gönner bildirib. Onun sözlərinə görə, sənaye sahəsində hər ay təxminən 1
26.07.2026 350 Güclü küləkdə aşan ağacın altında qaldı
Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində bir nəfər xəsarət alıb. Bu barədə "Qafqazinfo"ya Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutun
12:32 264 İlham Əliyevdən futbolla bağlı - Sərəncam
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, U-15 dünya çempionatı və festivalının Azərbaycanda layiqinc
14:59 182 Mobil rabitə bazarında rəqabətin artırılması üçün hansı addımlar atılmalıdır? - İQTİSADÇIDAN AÇIQLAMA
Mobil rabitə müasir dövrdə insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilsə də, son illər bu sahədə qiymət artımları və xidmət keyfiyyəti ilə bağlı narazılıqlar daha da güclənib. İstifadəçilər tariflərin mütəmadi bahalaşdığını, lakin bunun müqabilində internetin sürəti, əhatə dairəsi və xidmə
10:31 180 ABŞ və İran həftəsonu döyüşlərini dayandırdıqdan sonra neft qiymətləri 6%-dən çox ucuzlaşıb
ABŞ və İranın iki həftəlik hücumlardan sonra həftəsonu tətilləri dayandırmasından sonra neft qiymətləri bazar ertəsi günü 6%-dən çox düşüb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, münaqişənin gərginliyini azaldacaq və Hörmüz boğazında gəmiçiliyin bərpasına imkan verəcək diplomatik həll yolun
11:36 180 Həm isti olacaq, həm də külək əsəcək
İyulun 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı
12:59 222 "Gənclik"dəki iki park birləşdirilir
Metronun "Gənclik" stansiyasının yaxınlığında iki böyük piyada məkanı olan "Atatürk" və "Antena" parklarını birləşdirəcək layihə üzrə işlər davam edir. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə parkdakı fəaliyyəti əks etdirən yeni görüntülər yayılıb. Qey
12:08 217 İsrail Müdafiə Qüvvələri İordaniya sərhədində iki şübhəli dronu ələ keçirdiyini bildirib
Hərbi mənbənin verdiyi məlumata görə, bir müddət əvvəl İordaniya ilə sərhəddə, Ölü dəniz yaxınlığında İsrail Müdafiə Qüvvələri tərəfindən iki şübhəli dron ələ keçirilib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, əlavə detallar İsrail Müdafiə Qüvvələri tərəfindən araşdırılır. Müəllif: İlki
12:00 168