"TOST"un rəhbəri həbs edildi - Video

"TOST"un rəhbəri həbs edildi - VideoDİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi "TOST" dələduzluq piramidasına qarşı əməliyyat keçirib.

BiG.AZ nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, sosial şəbəkələrdə onlayn dələduzluq piramidası olan "TOST"a qarşı keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində piramidaya başçılıq edən şəxslərdən biri, 1981-ci il təvəllüdlü Namiq Cabbarzadə saxlanılıb. Digər şəxs, 1989-cu il təvəllüdlü Sahib Hüseynovun isə ölkə hüdudlarından kənarda olduğu müəyyən edildiyindən barəsində axtarış elan olunub.

Müəyyən edilib ki, N.Cabbarzadə və S.Hüseynov "TOST"a yatırım edən şəxslərə guya onların pul vəsaitləri hesabına süni intellekt vasitəsilə elektron birjada kriptovalyuta alqı-satqısı həyata keçirildiyini və nəticədə yüksək faizli qazanc əldə edəcəkləri barədə şirnikləndirici vədlər veriblər. Piramidaya daxil olan şəxslərdə inam yaratmaq və digərlərini də bu platformaya qoşmaq məqsədilə ilk dövrlərdə zərərçəkənlərə kiçik simvolik məbləğlərdə pullar əldə etmək üçün şərait yaradılıb, faizlərin vaxtında ödənildiyi, eləcə də özlərinin "TOST"dan qazandıqları gəlirlər hesabına lüks həyat tərzi keçirdikləri barədə reklam xarakterli paylaşımlar edilib.

Yatırım edən şəxslərin qarşısında qoyulan digər tələb isə onlara göndərilən dələduzluq piramidasının linklərini "Whatsapp" ani mesajlaşma tətbiqi vasitəsilə qruplarda yaymaqdan ibarət olub.

Müxtəlif üsullarla "TOST"a cəlb edilən şəxslərin ödənişləri hesabına N.Cabbarzadə və S.Hüseynov zərəçəkənlərin 5 milyon manata yaxın pul vəsaitlərini ələ keçiriblər. Həmin vəsaitlər isə dəstə başçıları tərəfindən kriptovalyuta formasına çevrildikdən sonra elektron pul kisələrinə köçürülüb.

N.Cabbarzadənin ünvanına baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən maddi və elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. N.Cabbarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dələduzluq piramidasında iştirak edən digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Sonda qeyd edək ki, "TOST" dələduzluq piramidası vasitəsilə zərərçəkən vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1278   Tarix: 09 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"İldə iki-üç dəfə çıxış edib pulunu alır" - Qalmaqala aydınlıq gətirdi

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ətrafında qalmaqallar bir neçə gündür səngimək bilmir. Bir çox əməkdaş işdən çıxarıldığını, bəziləri qonorar almadığını deyərək, şikayət dolu paylaşımlar edib. Axşam.az-ın məlumatına görə, teatrın direktoru, Xalq artisti Yusif Eyvazo

10.04.2026 313
.

Provayderlərə qayda var, mobil operatorlara yox: bazarda ikili standart? - İKT ÜZRƏ EKSPERTDƏN AÇIQLAMA

Azərbaycanda internet telekommunikasiya sahəsində yeni qaydaların tətbiqi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, internet provayderləri və operatorlar üçün yeni tələblər müəyyən olunur, onların fəaliyyətinin daha şəffaf və nəzarətli şəkildə həyata keçirilməs

10.04.2026 300
.

ABŞ-ın Vitse-prezidenti: İran xoş niyyətlə danışıq aparsa, müsbət cavab verəcəyik

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens İranla danışıqların müsbət keçəcəyinə inanır. APA xəbər verir ki, o, bu barədə İslamabada yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib. "Biz danışıqları səbirsizliklə gözləyirik. Düşünürəm ki, müsbət keçəcək", - Vens bildirib

10.04.2026 365
.

Sürücülük vəsiqələrimiz Belarusda da tanınacaq

Milli Məclis Azərbaycanla Belarus arasında daha bir yeni sazişi ratifikasiya edib. "Qafqazinfo" xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməs

10.04.2026 242
.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüş ucuzlaşıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.71% azalaraq 4,784 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.72% ucuzlaşaraq 75.88 ABŞ dolları təşkil edib

10.04.2026 371
.

SON DƏQİQƏ! Vens Pakistana yola düşdü - İranla danışıqlar bu gecə başlayır

ABŞ-ın vitse-prezidenti JD Vens Pakistanın İslamabad şəhərinə səfərə yola düşüb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, səfərin əsas məqsədinin regionda artan gərginlik fonunda diplomatik danışıqların aparılması olduğu bildirilir. Məlumata əsasən, Vens-in səfəri ABŞ və İran arasında mövcu

10.04.2026 382
.

28 il əvvəl həbsxanadan qaçmışdı, tutuldu

Rusiyanın Nijni Novqorod vilayətində 28 il ərzində polisdən qaçaraq başqa ad altında yaşayan təkrar cinayətkar saxlanılıb. yerli mediaya istinadla bildirir ki, 65 yaşlı İbrahim Tekuyev 1990-cı illərdə quldurluq, oğurluq və qanunsuz silah dövriyyəsinə görə məhkum olunub. 1998-ci ildə o, dörd kamera yoldaş

10.04.2026 414
.

"İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir"

"İmtahan suallarının real həyatla uyğunluğunun artırılması olduqca vacib məqamdır". "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxış

10.04.2026 355
.

Kir Starmer Qətərdədir

Böyük Britaniyanın Baş naziri Kir Starmer Fars körfəzi ölkələrinə səfəri çərçivəsində Qətərin paytaxtı Dohadadır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb. Qeyd olunur ki, o, həmçinin Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynə də səfər edəcək. Səfərlər çərçivəsind

10.04.2026 343
.

TOP MP3