Qış turizm mövsümündə yenə qiymətlər "əl yandıracaq"?
Tətil sadəcə dəniz, qum, günəş və isti yay günləri demək deyil. Bir çox dünya ölkələrində qaynar turizm mövsümü yay fəsli qəbul edilsə də, sərt qış aylarının yaratdığı üstünlüklərdən faydalanaraq istirahətin dadını çıxarmaq istəyənlərin də sayı az deyil. Ölkəmiz fəsillərin dördünü də ən gözəl formada yaşayan nadir yerlərdən biridir. Artıq ölkəmizdə də qış turizminə dair uşaq və böyüklər üçün aktiv əyləncələr var. Lakin Azərbaycandakı qış turizim komplekslərinin qiymətlərinin baha olması istirahət etmək istəyənlərin "arzusunu ürəyində qoyur".
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirib ki, qarşıdan qış sezonu gəlir. Bölgələrimizdə fəaliyyət göstərən istər Qusar, istər Şah dağ, istərsə də Tufan dağ turizm kompleksi həm əcnəbi, həm də yerli turistlərin istifadəsinə tam hazır vəziyyətdədir:
"Təəssüf ki, həmin kompleksərin hər birinin qiyməti çox bahadır. Bununda səbəbi alternativ turizm komplekslərinin olmamasıdır. Bu gün dünya təcrübəsinə baxdıqda görürük ki, məhdudiyyətlər olduğu halda qiymət artımı qaçılmazdır. Fəaliyyət göstərən qış turizm mərkəzlərinin qiymətlərinin baha olması onların say məhdudluğundan irəli gəlir.Qeyd etməliyik ki, hotellərin qiymət artımı onların daxili marketinq siyasəti ilə bağlıdır. Əgər hoteldə 80%-dən çox otaq tutulubsa, orada qiymətlərin artması normal prosesdir.
Hazırda bu bahalaşmanı aradan qaldırmaq üçün işğaldan azad edilmiş Kəlbəcər, Laçın, Zəngilan istiqamətlərində qış turizm obyektlərinin, dağ-xizək komplekslərinin tikilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Yol infrastrukturu qurulur. Komplekslər gələcəkdə həm yerli, həm də əcnəbi turistlərin ixtiyarına veriləcək. Bu turizm komplekslərinin yaradılması qiymətlərin daha uyğun olmasına şərait yaradaraq, sağlam rəqabət formalaşdıracaqdır. Yaranan rəqabətdən sonra qiymətlərin bahallaşmasından deyil, keyfiyyətin yüksəlməsindən danışacağıq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 632 Tarix: 09 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi
Zaqatalada avtomobil piyadanı vurub. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşlı Firəngiz Məmmədovanı vurub. Hadisə zamanı TIR qadının ayaqlarının üstündə
17.10.2026 232 Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər
00:37 246 Kartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR
Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə
00:09 319 Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub
Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb. İdarənin məlumatın
17.10.2026 241 UŞAQLI AİLƏLƏR HANSI SOSİAL ÖDƏNİŞLƏRDƏN YARARLANA BİLƏR? - Müavinətlərin məbləği və şərtləri
Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti
00:17 291 Biləsuvarda ağır qəza: Əsgər ziyarətinə gedən ailənin iki üzvü öldü
Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. xəbər verir ki, qəza nəticəsində ölənlər yeznə və qayınana olublar. Belə ki, əslən Naxçıvan Muxtar Respublikasından olan və Bakı şəhərində yaşayan, 1986-c
17.10.2026 303 "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
"Azadlıq meydanı. Hər şey burada başladı. Azərbaycan xalqı 70 ildən sonra yenidən müstəqilliyinə qovuşdu". xəbər verir ki, bu barədə "Haber Global" telekanalının 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Gününə həsr etdiyi süjetində bəhs edilir. Bildirilir ki, Azərbaycan il
12:22 0 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu
12:10 0 Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
İran Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatdır və problemin hərbi yolla həllinə inanmır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
14:20 0