"Qızım intihar etməyib, anasına zəngində öldürüləcəyini deyib"

"Qızım intihar etməyib, anasına zəngində öldürüləcəyini deyib"Üç ay əvvəl özünü yaşadığı binanın yeddinci mərtəbəsindən ataraq intihar etdiyi deyilən Vüsalə Dadaşovanın ölümü ilə bağlı ciddi iddia irəli sürülüb.

"Qafqazinfo"nun məlumatına görə, mərhumun atası Zakir Nəbiyev qızının intihar etməsinə inanmır, onun qəsdən öldürüldüyünü düşünür.

Valideyn saytımıza göndərdiyi müraciətində yazır ki, qızının əri tərəfindən qəsdən öldürülməsindən şübhələnir: "Bu hadisənin qəsdən törədilmiş cinayət olduğunu sübut edən kifayət qədər faktımız var. Məsələn, qızım hadisədən bir müddət əvvəl qonşusunun telefonu ilə anasına zəng edib. Telefon zəngində öldürüləcəyini deyib. Həmin gün Vüsalə əri Sevindik Dadaşovla birgə evdə olub. Bir neçə dəqiqə sonra da hadisə baş verib. Qızımın ölümü planlaşdırılmış cinayətdir".

"Qızım intihar etməyib, anasına zəngində öldürüləcəyini deyib"Z.Nəbiyev bu işin istintaqından narazıdır. O, işə düzgün baxılmadığını, sübut olaraq düşünüb təqdim etdiyi materiallara önəm verilmədiyini deyir: "Qızımın azyaşlı övladının uydurma izahatı və hadisəni gördüyünü iddia edən taksi sürücüsünün ifadəsi əsasında cinayəti bağlamaq istəyirlər. Biz bunu qəbul etmirik. Qızımın qəsdən öldürülməsi məsələsinə baxılmalıdır. Məsul şəxslərdən bu məsələdə bizə kömək etmələrini xahiş edirik".

"Qızım intihar etməyib, anasına zəngində öldürüləcəyini deyib"Mərhum Vüsalənin atasının ittihamları ilə bağlı Baş Prokurorluğa sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən saytımıza bildirildi ki, qeyd olunan faktla bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır: "Bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması, habelə təqdim olunmuş hər bir dəlilin öyrənilərək düzgün hüquqi qiymətləndirilməsi təmin ediləcək"​.

Xatırladaq ki, hadisə bu ilin iyulunda Xətai rayonunun Gəncə prospektində baş verib. İlkin məlumata görə, 1984-cü il təvəllüdlü V.Dadaşova özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb.

"Qızım intihar etməyib, anasına zəngində öldürüləcəyini deyib""Qızım intihar etməyib, anasına zəngində öldürüləcəyini deyib""Qızım intihar etməyib, anasına zəngində öldürüləcəyini deyib""Qızım intihar etməyib, anasına zəngində öldürüləcəyini deyib"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1613   Tarix: 10 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - FOTO

Xırdalanda 20 yaşlı gənc binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb. BİG.AZ "Trend"ə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Belə ki, Cavid Yusifov beşinci mərtəbədən yıxılaraq həyatını itirib. Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılı

17.10.2026 261
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

13:10 0
.

ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb

"Anthropic" şirkəti yaydan bəri ABŞ Konqresində süni intellekt sistemlərinin tənzimlənməsi üçün qanun layihəsi irəli sürüb. "Report"un məlumatına görə, bu barədə "Politico" mənbələrə istinadən xəbər verib. Qanun layihəsi hökumətə süni intellekt modellərinin buraxılışın

10:45 74
.

ABŞ-də xaker milyonlarla məktəblinin fərdi məlumatlarına çıxış əldə edib

ABŞ-nin Kaliforniya ştatında xaker milyonlarla şagirdin fərdi məlumatlarına çıxış əldə edib. "Report" xəbər verir ki, bu barədə "Reuters" Kaliforniyanın Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Qurumun məlumatına görə, sızma son üç tədris ilindəki bütün şagirdlər barədə məlumatlar

17.10.2026 193
.

Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi

Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu

12:10 0
.

Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb

Hindistanın şərqində yerləşən Kəlküttə şəhərində dini bayram zamanı baş verən izdiham nəticəsində azı 17 nəfər ölüb, çox sayda insan xəsarət alıb. "Report" "NDTV" telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 18:10) Qiriş-Park rayonunda müvəqqət

13:20 0
.

Pakistan husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlarının nəticələrindən narahatdır

Yəmən husilərinin Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinin enerji infrastrukturuna hücumları mümkün uzunmüddətli iqtisadi nəticələrlə əlaqədar Pakistanda narahatlıq doğurur. "Report" AFP-yə istinadən xəbər verir ki, bunu Pakistanın maliyyə naziri Məhəmməd Auranqzeb Banqkokda Beynəlxal

17.10.2026 260
.

Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü

Avropa ölkələrində ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları rekord səviyyəyə yüksəlib. xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, oktyabrın 7-dək Avropa İttifaqı ölkələrində virusa yerli yoluxma üzrə 1715 hal qeyd

17.10.2026 262
.

UŞAQLI AİLƏLƏR HANSI SOSİAL ÖDƏNİŞLƏRDƏN YARARLANA BİLƏR? - Müavinətlərin məbləği və şərtləri

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

00:17 291
.