Əhmədin bacısı ilə bağlı şok sözlər: boşanma olmayıb

Əhmədin bacısı ilə bağlı şok sözlər: boşanma olmayıbXəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə azyaşlı Ülviyyə Niftəliyevanın hüquqi varisi Rüstəm Niftəliyev ifadə verib.

O bildirib ki, hazırda Bakı şəhərində anket məlumatlarında qeyd etdiyi ünvanda müvəqqəti qeydiyyatda olmaqla babası Mirzə Rəsulov və nənəsi Ülviyyə Rəsulova ilə birlikdə yaşayır. Onun sözlərinə görə, mərhum Ülviyyənin atasının qardaşıdır.

Baş vermiş hadisə ilə əlaqədar qeyd edib ki, mərhum Əhmədova Elmira Mehman qızı onun doğma qardaşı Sərxan Niftəliyevin arvadı olub: "Elmira Əhmədova ilə qardaşım Sərxan Niftəliyev 25 yanvar 2020-ci il tarixdə Rusiyada rəsmi nikaha daxil olublar, birgə nikahdan 2021-ci ildə Rusiyada Ülviyyə adlı uşaqları anadan olub. Sərxan, Elmira və onların qızı Ülviyyə birlikdə Skovorodino şəhərində yaşayıblar.

Sərxan Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsində dispeçer işləyib.

Ülviyyə anadan olduqdan sonra Elmira həmin şəhərdə darıxdığını dedi. Həm də Skovorodino şəhərində havalar soyuq keçdiyi üçün Elmira azyaşlı qızı Ülviyyə və qayınanası Təranə xanımla birlikdə 2021-ci ilin yay aylarında Bakı şəhərinə gəldi. Onlar daimi olaraq Bakı şəhərində yaşamağa başladılar. Sərxan Rusiyada işlədiyi və hərbi çağırışçı olduğu səbəbindən Rusiyadan başqa ölkəyə gedə bilməzdi. Ona görə də Bakı şəhərinə gəlmədi".

Hüquqi varis qeyd edib ki, hadisə baş verən vaxtadək Elmira Sərxanla rəsmi nikahda qalıb və boşanma olmayıb: "Elmira Bakı şəhərinə gəldikdən sonra əvvəlcə atası Mehman, anası Pikə va qardaşı Əhmədin mənzilində onlarla birlikdə yaşadı. Lakin Əhmədin evdə tez-tez ailə üzvləri ilə mübahisə eləməsi və onlara qarşı kobud hərəkətləri səbəbindən 2023-cü ilin yay aylarında Mehman Əhmədov qızı Elmiraya Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yeni mənzil aldı. Elmira ilə qızı Ülviyyə həmin mənzildə yaşamağa başladılar".

Rüstəm Niftəliyevin sözlərinə görə, 2023-cü ilin yay aylarından hadisə baş verən vaxtadək Əhmədlə bacısı Elmira arasında hər hansı mübahisənin baş verib-verməməsi, Əhmədin ümumiyyətlə bacısıgilə gedib-getməməsi barədə məlumatı yoxdur.

O qeyd edib ki, 13 fevral 2024-cü ildə Bakı şəhərində yaşadığı evdə olub: "Mehman Əhmədovla eyni binada yaşayan xalası qızı Nəzrin telefonla zəng edərək dedi ki, Əhməd atası, anası və qardaşını qətlə yetirib. Mən də Elmiradan narahat olduğum üçün ona zəng vurdum. Lakin Elmira telefona cavab vermədi. Dərhal hadisənin baş verdiyi Xətai rayonu, General Şıxlinski küçəsindəki binaya getdim. Orada Elmira və Ülviyyənin yerini soruşdum.

Daha sonra Elmiranın yaşadığı mənzilə çıxdım. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən mənzilin qapısı sındırıldı. İçəridə Elmira və Ülviyyənin meyitləri aşkar olundu. Bəlli oldu ki, bütün qətl cinayətlərini Əhməd Əhmədov törədib".

Rüstəm Niftəliyev qeyd edib ki, Əhmədlə cəmi bir neçə dəfə ünsiyyətdə olub: "Əhməddə az da olsa əqli gerilik əlamətlərini müşahidə etmişəm. Özünü sakit aparsa da, suallara gec cavab verirdi. Ailə üzvlərinin dediklərinə görə, idman yarışı vaxtı xəsarət aldığı üçün beynində pozuntu yaranmışdı. Amma Əhmədin şizofreniya xəstəsi olduğunu bilməmişəm".

Rüstəm Niftəliyev ifadəsinin sonunda təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra mərhum Mehman Əhmədovun xalası oğlu Vüqar Əhmədov şahid qismində ifadə verib. O bildirib ki, hadisəni eşidəndən sonra ora gedib. Onun sözlərinə görə, ailə qapalı olub, bu səbəbdən daxildə baş verənlərdən heç bir məlumatı olmayıb.

Vüqar Əhmədov qeyd edib ki, mərhum Mehman Əhmədovla münasibətləri yaxşı olub.

Digər şahidlərin ifadəsi dinlənildikdən sonra işdə olan sənədlərin tədqiqi mərhələsi başlanıb.

İşdə olan sənədlərdən məlum olur ki, bundan əvvəl Əhməd Əhmədov ağır cinayət törədib. O, 2016-ci ildə Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilib və həmin cinayət işinə 2017-ci ildə xitam verilib.

Bundan başqa sənədlərdə qeyd olunub ki, Əhməd Əhmədov sürücülük vəsiqəsi alıb, həkim rəyinə görə, o sağlam olub.

Sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra dövlət ittihamçısı Ziya Mansurov çıxış edib. O bildirib ki, Əhməd Əhmədovun cinayətləri anlaqsız vəziyyətdə törətməsi tam sübuta yetirilib. Bu əməlləri ilə o, Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşüb. Əhməd Əhmədovun şizofreniyadan əziyyət çəkdiyi sübuta yetirilib.

Prokuror Əhməd Əhmədovun cəzadan azad olunması, barəsində məcburi müalicə təyin edilməsini tələb edib.

Zərərçəkmiş şəxslərin hüquqi varisləri prokurorun çıxışı ilə razı olduqlarını deyiblər.

Daha sonra müşavirə keçirən hakimlər məhkəmənin qərarını açıqlayıblar. Qərara görə, kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olması müəyyən edilib.

Qərarda göstərilir ki, Əhməd Əhmədov ittiham olunduğu maddələr üzrə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edilib. O, cinayət məsuliyyətindən azad olunub.

Əhməd Əhmədovun barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.

Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Əhməd Əhmədovun barəsində prokurorluq tərəfindən məhkəyə göndərilən qərarda göstərilib ki, dəhşətli qətl hadisəsi bu il fevralın 13-də baş verib. Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilib.

Qərardan məlum olub ki, Əhməd Əhmədovun uşaqlıqdan psixoloji durumu normal olmayıb. Onun şizofreniyadan əziyyət çəkdiyi sübuta yetirilib.

Əhməd orta məktəbdə 9-cu sinifə kimi təhsil alıb, hərbi xidmətə yararsız hesab edilib. Yaxınlarının köməyi ilə Moskva şəhərində hansısa universitetdə ali təhsil alıb.

Qərara görə, Əhməd Əhmədov ailə üzvlərini öldürməsinin səbəbini ailədə onu heç kimin saymaması, ona diqqət göstərməməsi ilə izah edilib. Ailəsi ona ayrıca ev alıb, həmin evdə tək yaşayıb.
İstintaq sənədlərinə görə, o, tək yaşadığı üçün ailə üzvləri ilə münasibətləri normal olmayıb. Amma hadisə günü atası Mehman Əhmədov onu öz evinə gətirib.

Əhməd atası səhər yeməyi hazırlayan vaxt qəfil onu öldürmək fikrinə düşüb. Qatil oğul evdə atasını tək olanda öldürüb.

Atası öləndən sonra onun avtomobilinin açarını götürərək evdən çıxıb və maşına minib birbaşa bacısı Elmiranın evinə gedib. Elmira qapını açan kimi Əhməd əlindəki bıçaqla onu da öldürüb. Əhməd azyaşlı bacısı qızını öldürmək istəyərkən əlindəki bıçaq qırılıb. Buna baxmayaraq evin mətbəxindən başqa bıçaq götürərək uşağı da öldürüb. O, bıçaqları meyitlərin yanına atıb, avtomobillə atasını öldürdüyü evə qayıdıb.

Əhməd evin həyətindəki marketdən siqaret almaq istəsə də, satıcı əlinin qanlı olduğunu görüb ona siqaret verməyib.

Marketdən çıxdıqdan sonra anası Pikə və qardaşı Məhəmmədin evə gəldiyini görüb. Yaxınlıqdakı mağazadan 20 manata balta alan Əhməd ana və qardaşını həmin balta ilə öldürüb.İstintaq materiallarına görə, balta ilə əvvəl anasını sonra da qardaşını öldürüb. İşini bitirdikdən sonra baltanı evin şkafında gizlədib.

Qeyd olunub ki, dəhşətli qətllərin törədildi ərazidə polis əməkdaşları olub. Orada olan Əhmədin özünü şübhəli aparması nəticəsində saxlanılıb. Dəhşətli qətllərin üstü açılıb.

Qeyd edək ki, Əhmədin əvvəllər cinayət törətməsi ilə bağlı istintaq heç bir məlumat əldə etməyib. O, qısa müddət atasının aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Ondan əvvəl isə barmen və ofisiant işləyib.

İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.

Əhməd Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub.Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxənası" publik hüquqi şəxsinə yerləşdirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1971   Tarix: 10 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Süni intellektdən istifadə edən tələbələr necə yoxlanılır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Süni intellekt alətlərinin təhsil prosesində geniş yayılması tələbələrin tapşırıqları hazırlama üsullarını da dəyişib. Artıq esse, kurs işi və digər yazılı tapşırıqların bir hissəsi müxtəlif süni intellekt platformalarının köməyi ilə hazırlanır. Bu isə ali təhsil müəssisələrində akademik dürüstlüyü

14:42 168
.

Yeni əlifbanın tətbiqi müstəqil ölkəmizin ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir

Məşhur pedaqoq, mütəfəkkir Konstantin Uşinskinin belə bir deyimi var: "Bir milləti məhv etmək istəyirsənsə, ilk öncə onun dilini əlindən al". Bəli, Dil xalqın varlığını əks etdirən əsas sərvətidir. Onun keçmişi, bu günü və gələcəyidir. Dil bizim tariximiz, mənəviyyatımız, mədəniyyətimizdir

11:39 172
.

Netanyahu ABŞ səfərinə hazırlaşır və Ağ Evdə Trampla görüşəcək

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi The Times of Israel-ə bildirib ki, Baş nazir saat 11:00-da Vaşinqtona yola düşəcək. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, sabah o, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşməli və mərhum senator Lindsi Qrahamın dəfn mərasimində iştira

12:07 177
.

Mənzil alarkən diqqətli olun: Hansı sənədlər yoxlanmalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil almaq əksər insanlar üçün həyatın ən böyük maliyyə qərarlarından biridir. Lakin son illərdə tikinti sektorunda yaşanan bəzi problemlər, yarımçıq qalan binalar, eyni mənzilin bir neçə nəfərə satılması və sənəd saxtakarlığı halları vətəndaşların bu sahədə daha ehtiyatlı davranmasını zəruri edir

12:49 211
.

ABŞ və İran həftəsonu döyüşlərini dayandırdıqdan sonra neft qiymətləri 6%-dən çox ucuzlaşıb

ABŞ və İranın iki həftəlik hücumlardan sonra həftəsonu tətilləri dayandırmasından sonra neft qiymətləri bazar ertəsi günü 6%-dən çox düşüb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, münaqişənin gərginliyini azaldacaq və Hörmüz boğazında gəmiçiliyin bərpasına imkan verəcək diplomatik həll yolun

11:36 179
.

Cənubi Çin dənizində Vyetnama aid gəmi batıb, 23 nəfər itkin düşüb

Cənubi Çin dənizində Vyetnamın "KHOI NGUYEN18" gəmisinin qəzaya uğraması nəticəsində 23 nəfər itkin düşüb. "Report" bu barədə "Xinhua"ya istinadən xəbər verir. Məlumata görə, göyərtəsində 62 nəfərin olduğu gəmi iyulun 24-nə keçən gecə batıb. Ekipajın bir hissəsi xilasedic

26.07.2026 334
.

Yeni Britaniya hökumətinin ilk diplomatik mesajı: Zelenskinin səfəri nə vəd edir? - POLİTOLOQDAN AÇIQLAMA

Böyük Britaniyada hökumət dəyişikliyindən sonra ilk yüksək səviyyəli xarici səfər baş tutacaq. Ukrayna Prezidenti Vladimir Zelenskinin yeni baş nazir Endi Börnhemlə görüşmək üçün Böyük Britaniyaya səfər edəcəyi açıqlanıb. Bu, yeni hökumət rəhbərinin vəzifəyə başlamasından sonra qəbul edəcəyi ilk xaric

16:01 131
.

"Gənclik"dəki iki park birləşdirilir

Metronun "Gənclik" stansiyasının yaxınlığında iki böyük piyada məkanı olan "Atatürk" və "Antena" parklarını birləşdirəcək layihə üzrə işlər davam edir. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə parkdakı fəaliyyəti əks etdirən yeni görüntülər yayılıb. Qey

12:08 215
.

Rusiya Ukraynanın üç vilayətini vurdu: Ölən və yaralananlar var

Rusiya ordusu gecə və səhər saatlarında Ukraynanın Zaporojye, Sumı və Dnepropetrovsk vilayətlərinə hava zərbələri endirib. Hücumlar nəticəsində 1 nəfər ölüb, azı 7 nəfər yaralanıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Zaporojye vilayətində idarəolunan aviabombanın fərdi yaşayış evinə düşməsi nəticəsind

15:32 147
.

TOP MP3