İsmayıllıda dörd kəndin şagirdləri 11 gündür məktəbə gedə bilmirlər - Valideynlər NARAHATDIRLAR
İsmayıllı rayonunun bir neçə kəndində yaşayan valideynlər övladlarının təhsil hüququnun pozulması ilə bağlı ciddi narahatlıq keçirirlər. Belə ki, rayonun II Yeniyol, Tircan (ferma), Zərgəran və Pirəbilqasım kəndlərində məktəbə aparan maşının olmaması səbəbindən 52 şagird artıq 11 gündür ki, dərslərdən yayınmağa məcburdur.
Bu barədə Oxu.Az-a sakinlər müraciət ediblər.
Qeyd olunub ki, artıq 11 gündür ki, 52 uşaq məktəbdən qalır, tədrisdən yayınır.
"Biz dörd kəndin - II Yeniyol, Tircan (ferma), Zərgəran, Pirəbilqasım kəndlərinin sakinləri sizə müraciət edirik. Bizim kəndlərdə məktəb olmadığına görə 52 uşağı qonşu kəndə aparmaq üçün bizə maşın vermişdilər. Sentyabr ayında uşaqları dörd sürücü Təzəkənd məktəbinə aparıb. Oktyabrın 1-dən məktəblilərin daşınması dayandırılıb. Əvvəl bizə deyirdilər ki, oktyabr ayı ərzində düzələcək. Amma dünən valideynlər Regional idarəyə gediblər və deyiblər ki, yox, daha daşınma olmayacaq", - deyə müraciətdə bildirilib.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Dağlıq Şirvan Regional Təhsil İdarəsinə sorğu ünvanladıq.
İdarənin İctimaiyyətlə əlaqəli məsul şəxsi Anar Osmanov Oxu.Az-a açıqlamasında bildirib ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlər üçün daha geniş imkanların təmin edilməsi məqsədilə optimallaşdırma (məktəblərin birləşdirilməsi) tədbirləri həyata keçirilir.
İsmayıllı rayonunun II Yeniyol, Tircan (ferma), Zərgəran, Pirəbilqasım kəndlərində say azlığı səbəbindən şagirdlər İsmayıllı rayonunun Təzəkənd kənd tam orta məktəbinə köçürülüblər.
52 məktəblinin ötən tədris ilində ayrılmış nəqliyyat vasitəsilə Təzəkənd kənd tam orta məktəbinə daşınması təmin edilib.
Bu proses yeni tədris ilində oktyabrın 1-dək davam edib və daşıyıcı şirkətlə müqaviləyə xitam verilib. Hazırda şagirdlərin daşınmasını həyata keçirmək üçün şirkətlərlə aparılan danışıqlar davam etdirilir. Prosesin yaxın günlərdə bərpa ediləcəyi nəzərdə tutulub", - deyə A.Osmanov vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1208 Tarix: 11 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443