Ermənistanda növbəti ikitirəlik: Avropa İttifaqına qoşulmaq istəmirlər?
"Ermənistanda Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı imzaların toplanması ümidləri doğrultmur".
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Nəşr qeyd edir ki, bu proses sentyabrın 16-da başlayıb, lakin təşəbbüskarlar nəticələrdən razı deyillər. Məlumata görə, gözləntilər xeyli yüksək olsa da, indiyədək səslərin 2/3-si (tələb olunan 50 mindən təxminən 33 mini) toplanıb.
Nəzərə alsaq ki, imzaların toplanması təkcə İrəvanda deyil, ölkənin regionlarında da həyata keçirilib, göstəricilər kifayət qədər aşağıdır. Üstəlik, parlament layihəni rədd edərsə, artıq 300 min imza toplamaq lazım gələcək ki, bu da ciddi problemə çevriləcək.
Təşəbbüs müəllifləri noyabrın 14-dək 50 min səs toplayıb parlamentə təqdim etməlidirlər. Əgər rədd edilərsə, 60 gün ərzində Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi üçün 300 min səs tələb olunacaq.
Nəşr yazır ki, layihənin rədd edilmə ehtimalı çox yüksəkdir, çünki baş nazir Nikol Paşinyan xalqın fikrinə bələd olduğunu və belə bir şeyə ehtiyac görmədiyini daha əvvəl bildirib. Üstəlik, siyasi komandasının üzvləri ilə qapalı görüşdə Paşinyan xəbərdarlıq edib ki, belə bir referendum keçirilməməlidir.
Qeyd edək ki, daha əvvəl başqa bir Ermənistan KİV ölkədə Aİ-yə daxil olmaq üçün imza toplanmasının çox ləng getdiyindən yazmışdı.
Xatırladaq ki, sentyabrın əvvəlində Ermənistan Mərkəzi Seçki Komissiyası ölkənin "Avropa İttifaqına daxil olması" məsələsi ilə bağlı imza toplamağa başlanmasını nəzərdə tutan vətəndaş təşəbbüsünün qeydə alınması qərarını təsdiqləyib. Vətəndaş təşəbbüsündə 51 nəfər var, onun səlahiyyətli nümayəndəsi Ədliyyə Nazirliyinin keçmiş rəhbəri və qərbyönlü Respublika Partiyasının (hakimiyyətdəki partiya ilə əməkdaşlıq edən) qurucularından biri olan Artak Zeynalyandır.
Həmçinin, xatırladaq ki, iyunun 21-də Ermənistan parlamentində Aİ-yə üzvlük üzrə müraciətlə bağlı mümkün referenduma dair dinləmələr keçirilib. Ermənistan qanunlarına görə, əgər 60 gün ərzində 50 min imza toplaya bilsələr, o zaman təşəbbüs parlamentin gündəliyinə salınacaq və qanunverici orqanın deputatları buna səs verəcəklər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 526 Tarix: 12 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBazarda meyvə-tərəvəz ucuzlaşdı
Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz
11:15 0 Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb"
Füzuli rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 800 milyon manata çatıb. "Report" xəbər verir ki, bunu Milli Məclisdə Füzulini təmsil edən deputat Vüqar Bayramov bildirib. Deputat vurğulayıb ki, 2020-ci ildə həmin göstərici 191 milyon 923 min manat idi və zəfərdə
17.10.2026 238 Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Xəbər verdiyimiz kimi, Bakı metrosunun genişləndirilməsi üçün 302 milyon dollar kredit ayrılıb. Bu maliyyələşmə Azərbaycan hökumətinin həyata keçirdiyi və ümumi dəyəri 2,6 milyard dollar olan metro şəbəkəsinin genişləndirilməsi proqramının bir hissəsidir. Bu məbləğ qarşılığında hansı işlər görüləcək
00:25 368 Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib
00:23 355 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça
17.10.2026 221 Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub
Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb. İdarənin məlumatın
17.10.2026 241 ABŞ-də xaker milyonlarla məktəblinin fərdi məlumatlarına çıxış əldə edib
ABŞ-nin Kaliforniya ştatında xaker milyonlarla şagirdin fərdi məlumatlarına çıxış əldə edib. "Report" xəbər verir ki, bu barədə "Reuters" Kaliforniyanın Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Qurumun məlumatına görə, sızma son üç tədris ilindəki bütün şagirdlər barədə məlumatlar
17.10.2026 193 Uşağı olanlara ŞAD XƏBƏR: 600 manat və aylıq müavinət verilir - Müraciət QAYDASI
Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti
00:11 314 Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Vaşinqtonun əvvəlki hərbi müdaxilə siyasəti faydasız idi. "Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Corciyada tərəfdarları qarşısında çıxışında bildirib. "Əvvəllər biz içəri girir, insanları bombalayır və sonra çıxırdıq. Bilirsiniz, bu nə idi? Biz həyatları məhv etdik
10:30 83