Valideynlərə XƏBƏRDARLIQ - Bu uşaqlar böyüyəndə qatı cinayətkar ola bilər

Valideynlərə XƏBƏRDARLIQ - Bu uşaqlar böyüyəndə qatı cinayətkar ola bilərSon vaxtlar valideynlərin Həkimlərə övladları ilə münasibətləri barədə müraciətlər çoxalıb.

Bunlar arasında uşaqların dərsi qavraya bilməməsi, həmçinin valideynlə uşaq arasında dərs öyrənmə prosesində problemlər yaranması kimi məsələlər də var.

Nəticədə, valideynlə övlad arasında, eyni zamanda müəllimlə şagird arasında konflikt yaranır. Eyni problem bağçalarda da mövcuddur.

BiG.AZ xəbər verir ki, bu məsələ ilə əlaqədar doktor psixiatr Aytən Namazova ilə danışdıq. Həkim BAKU.WS-ə açıqlamasında bunun səbəbini belə açıqlayıb:

"Altda yatan hansısa neyropsixiotik pozuntu ola bilər. Burada əsas 3 qrup xəstəliyi qeyd etmək istəyərdim.

Birinci qrupda diqqət əksikliyi və hiperaktiv pozuntu olan uşaqlar bətndaxili dövrdə həddən artıq dərəcədə hərəkətli olur və hətta ana bundan narahat olur, həkimə şikayət edir.

Uşaq doğulub, müəyyən inkişaf etdiyi etapda gəzməyə başlayır. Bu zaman uşaq valideynin əlindən qaçır, özünü maşının üstünə atır.

Bu xüsusiyyət özünü daha çox hərəkətlə ifadə edir. İrəliləyən mərhələdə uşaq məktəbə gedir. Tədris illərində uşaq diqqətini dərsə yönəldə bilmir.

Gözü müəllimə baxır, lakin fikri başqa yerdə olur. Müəllim sual verdikdə onu dinləmədən cavab verir. Bunlar diqqət əksikliyidir.

Hiperaktivlik pozuntu zamanı isə uşaq həddən artıq dərəcədə hərəkətli olur. Dərs prosesini pozur. Digər uşaqlarla yola getmir, qeyri-etik ifadələr işlədir.

Bəzən bu özünü impulsivliklə ifadə edir. Yəni hansısa hərəkəti edir, yaxud qeyri-etik ifadə işlədir və sonradan onun peşmanlığını çəkir.

Əgər 12 yaşına qədər diaqnoz qoyulursa, bu, diqqət əksikliyi və hiperaktiv puzuntu deməkdir. Əgər 12 yaşından böyükdürsa, bu zaman digər pozuntularla ifadə edilə bilər.

Bu, vaxtında müalicə olunmazsa, həmin uşaqlar gələcəkdə maddə asılılığına, alkoqol istifadəsinə və cinayətə meyilli olurlar. Hətta onlar ən qatı cinayətkara belə çevrilə bilərlər", - deyə Aytən Namazova bildirib.

Həkim deyir ki, ikinci qrup isə autistik spektr pozuntusudur:

"Günümüzdə ən geniş yayılmış autistik pozuntudur. Autizmli uşaqlar digərlərinə nisbətən dərslərdə və bacarıqlarında ləngimiş ola bilirlər.

Belə uşaqlar digərlərindən fərqli olaraq qavramaq problemləri yaşayırlar. Burada söhbət yüngül dərəcəli autizmdən gedir. Uşaq dərsi doğru-dürüst qavraya bilmir.

Əgər bu, yüngül dərəcədədirsə, digər uşaqlardan az fərqlənir. Əgər orta və ağır autizmli uşaqdırsa, bu zaman normal uşaqlarla birgə təhsil almaqda çətinlik çəkirlər".

Aytən Namazova deyir ki, üçüncü qrup isə əqli gerilik və inkişaf ləngiməsi olan uşaqlardır:

"Bunlar da yüngül, orta, ağır və çox ağır formalarda olur. Əqli gerilik və inkişaf ləngiməsi yüngül formada olan uşaqlar məktəbdə dərslərdə çətinlik çəkirlər. Hətta gələcəkdə psixoloji dəstək alsalar belə, öz yaşıdlarından geridə qalırlar.

Orta əqli gerilik və inkişaf ləngiməsi olanlar isə ancaq 11-ci sinif təfəkkürü formalaşa bilir.

Ağır dərəcəli əqli gerilik və inkişaf ləngiməsi müşahidə olunan uşaqlarda nitq ümumiyyətlə olmur. Çox ağır xəstələrdə isə hərəkət məhdudluğu və danışa bilməmək problemi olur".

Həkim deyir ki, bu problemli uşaqlar müalicə düzgün aparılmadıqda normal şəxsiyyət kimi formalaşa bilmir və hətta gələcəkdə qatı cinayətkar bel əoal bilərlər:

"El arasında belə fikirlər yayılıb: fikri havalardadır, böyüsün oxuyacaq. Təəssüf ki, valideynlər bununla bağlı həkimə müraciət etmək əvəzinə uşağa təzyiq edirlər.

Həmin valideynlər övladlarının xəstə olduğunu anlamırlar. Bu tip uşaqlarda özgüvənsizlik yaranır, onlar şəxsiyyət kimi formalaşa bilmirlər. Bu zaman uşaq özünü təsdiqləmək üçün zərərli vərdişlərə yönələ bilər.

Həmin uşaqlar böyüdükcə narkotik maddələrdən istifadəyə meyil edə bilərlər. İnternetdən və telefondan asılılıq yaranır. Depressiyaya düşürlər.

Depresiyadan çıxmaq və başlarını başqa şeylərlə qatmaq üçün zərərli, asılılıq yaradan vərdişlərə yiyələnirlər. Zərərli oyunlara qurşanırlar. Bu tip insanlarda davranış və şəxsiyyət poztuntusu yaranır. Belə uşaqlar gələcəkdə cinayətkara da çevrilə bilərlər".

Aytən Namazova deyir ki, valideynlərə bu məsələdə xüsusi tövsiyə edir:

"Tövsiyyə olaraq bildirmək istərdim ki, əziz valideynlər, uşağınızda belə hallar aşkarlanırsa, mütləq həkimə, psixiatra vaxtında müraciət edəsiniz.

Həmin uşaqları birinci növbədə telefondan uzaq tutmaq lazımdır. Telefondakı oyunda baş verənlər uşaqlara birbaşa təsir göstərir. Uşaqlar vaxtında yatıb, vaxtında oyanmalıdırlar. Normal yuxu saatı axşam saat 10-dan səhər saat 7-dəkdir.

Həmçinin uşaqlara məhdudiyyət qoyulmalıdır. Bu cür aktiv uşaqları idmana, oyunlara və müxtəlif fiziki hərəkətli yarışlara yönəltmək tövsiyə edilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1378   Tarix: 29 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gənclərin 70 faizi telefonla danışmaq istəmir - Mütəxəssislər səbəbini açıqladı

Gənclər arasında telefonla danışmaq getdikcə daha az üstünlük verilən ünsiyyət formasına çevrilir. Xüsusilə əvvəlcədən xəbərdarlıq edilmədən edilən zənglər bəzi gənclərdə narahatlıq və stress yaradır. Mesajlaşma isə daha rahat ünsiyyət vasitəsi hesab olunur. 2024-cü ildə aparılan araşdırmaya görə, 18-3

14:30 200
.

Ramin Məmmədov G20 iştirakçıları ilə Azərbaycanın tolerantlıq və birgəyaşayış təcrübəsini müzakirə edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri zamanı G20 Dinlərarası Forumu çərçivəsində bir sıra fond və təşkilat rəhbərləri, eləcə də dini və ictimai xadimlərlə görüşlər keçirib. Bu barədə "Report"a qurumdan məlumat verilib. Bildirilib ki, G20 Dinlərarası Forumunu

15:40 168
.

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır

15:05 173
.

İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq

İran parlamentinin oktyabrın 18-də keçiriləcək virtual iclasında müdafiə naziri postuna namizəd Mehrdad Əxlaqi Kitabçiyə etimad məsələsinə baxılacaq. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Abbas Gudarzi bildirib. Onun sözlərinə görə, parlamenti

20:15 183
.

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il

18:20 201
.

Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb"

Füzuli rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 800 milyon manata çatıb. "Report" xəbər verir ki, bunu Milli Məclisdə Füzulini təmsil edən deputat Vüqar Bayramov bildirib. Deputat vurğulayıb ki, 2020-ci ildə həmin göstərici 191 milyon 923 min manat idi və zəfərdə

21:30 146
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16.10.2026 508
.

Bakı Sammiti Asiyada iqtisadi əməkdaşlığın inkişafına yönəlib

"Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısı Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunun və Asiya məkanında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfənin növbəti göstəricisidir. Beynəlxalq münasibətlər sistemində geosiyas

10:41 268
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

19:00 311
.