Ramin Məmmədov G20 iştirakçıları ilə Azərbaycanın tolerantlıq və birgəyaşayış təcrübəsini müzakirə edib

Ramin Məmmədov G20 iştirakçıları ilə Azərbaycanın tolerantlıq və birgəyaşayış təcrübəsini müzakirə edibDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri zamanı G20 Dinlərarası Forumu çərçivəsində bir sıra fond və təşkilat rəhbərləri, eləcə də dini və ictimai xadimlərlə görüşlər keçirib.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Bildirilib ki, G20 Dinlərarası Forumunun prezidenti Kol Durhamla görüşdə Azərbaycan ilə Forum arasında əlaqələr, əməkdaşlığın inkişaf perspektivləri və dinlərarası dialoqun beynəlxalq səviyyədə təşviqi məsələləri müzakirə olunub. Tərəflər qarşılıqlı etimada və ortaq dəyərlərə əsaslanan mövcud tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Ramin Məmmədov Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi" və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. O, 2026-cı il oktyabrın 27-29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunaraq tədbir çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) ilə tərəfdaşlıq əsasında təşkil olunacaq "Dinlərarası dialoq: ortaq gələcəyə aparan yol xəritəsi" adlı xüsusi plenar sessiyanın qlobal çağırışların müzakirəsi və dinlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından önəmini diqqətə çatdırıb.

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin On İki Həvarilər Kvorumunun üzvü David Bednar ilə görüşdə mədəniyyətlərarası anlaşmanın gücləndirilməsinin zəruriliyi vurğulanıb, işgüzar əlaqələrin gələcək istiqamətləri barədə müzakirə aparılıb.

Dövlət Komitəsinin sədri səfər çərçivəsində Dini və Ənənəvi Sülhqurucuları Şəbəkəsinin icraçı direktoru Məhəmməd Elsanusi ilə görüşüb. Söhbət zamanı sülhün təşviqində dini və ənənəvi liderlərin rolu, eləcə də müxtəlif icmalar arasında dialoqun genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Müsəlman Ağsaqqalları Şurasının strateji planlaşdırma üzrə direktoru Məhəmməd Bahrı ilə görüşdə Azərbaycan dövlətinin mədəni müxtəlifliyin qorunub saxlanılmasına və inkişafına yönəlmiş siyasəti, beynəlxalq miqyasda bu istiqamətdə irəli sürdüyü təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi dialoq, qarşılıqlı anlaşma və insan qardaşlığı prinsiplərinin təşviqi, regionda davamlı sülhün təmin edilməsi naminə atılan addımlara verilən yüksək beynəlxalq qiymətin ifadəsidir.

"Stirling" Fondunun prezidenti və icraçı direktoru Maylz Hansenlə görüşdə Azərbaycanın əsrlər boyu mədəniyyətlər və dinlər arasında sülh şəraitində birgəyaşayış təcrübəsi vurğulanaraq, ölkənin dini azadlığa və dialoqa sadiqliyinin regional sabitlik üçün nümunə olduğu qeyd olunub.

Görüşlərdə mövcud əlaqələrin inkişaf etdirilməsi, yeni əməkdaşlıq sahələrinin məzmununun zənginləşdirilməsi, həmçinin tərəflər arasında gələcək fəaliyyətin prioritet istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 106   Tarix: 17 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.