Yeniyetmə və gənclərdə piylənmənin fəsadları-AÇIQLAMA
Qərb mətbəxinin, "fast-food" restoranların müasir həyatımızda geniş yer alması Azərbaycana xas olmayan bir çox problemlərin inkişafı ilə müşayiət olunur. Hazırda uşaq və gənclər arasında artıq çəki və piylənmə hallarına daha çox rast gəlinir. Bəzi təhlillərə görə, Sovetlər dönəmi ilə müqayisədə artıq çəki və piylənmə hallarının son zamanlar yayılması təxminən iki dəfə artıb.
Müasir həyatda uşaq və yeniyetmələr yüksək kaloriyə malik yağlı qida növləri ilə əhatə olunub. Orqanizmin bu qida növləri ilə əldə etdiyi kalorini fiziki aktivliklə yandırmaq çətinlik törədir.
Belə qida növlərindən geniş istifadəyə səbəb yüksək yağ tərkibli qidaların nisbətən ucuz və dadlı olmasıdır. Bundan əlavə uşaq və yeniyetmələrin məktəb həyatı və müasir informasiya tex
Piylənmə və artıq çəkini insanın şəxsi keyfiyyətləri, iradəsinin zəifliyi ilə əlaqələndirmək düzgün deyil. Xüsusilə də, ətraf mühitin, o cümlədən, rəngarəng reklamların, sosial şəbəkələrin, filmlərin təsirinə asanlıqla məruz qalan uşaq və yeniyetmələr sanki "hipnoz" altına düşmüş olurlar. Bir çox ölkələrdə aparılmış tədqiqatlar göstərib ki, müasir ətraf mühit uşaq və yeniyetmələrin kök olmasının şərtlərindəndir
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, uşaqlarda həddən artıq piylənmə (uşaq obezliyi) bu gün bütün dünyada geniş yayılmış sağlamlıq problemlərindəndir:
"Piylənmənin səbəbləri əsasən genetik, ətraf mühit, qidalanma vərdişləri və fiziki aktivliklə əlaqədardır. Yüksək kalorili, qida dəyəri aşağı olan, xüsusilə şəkər və yağ tərkibi yüksək qidaların qəbul edilməsi piylənmənin əsas səbəblərindən biridir. Sürətli yemək vərdişləri, hazır qida (fast-food) və qazlı içkilər də bu problemə səbəb olur. Müasir texnologiyaların geniş yayılması ilə uşaqlar daha çox oturaq həyat tərzi keçirirlər. Telefon, kompüter oyunları və televiziya qarşısında uzun müddət vaxt keçirmək fiziki aktivliyin azalmasına səbəb olur.
Genetik faktorlar da piylənməyə təsir edir. Valideynlərindən biri və ya hər ikisi piylənmə problemi yaşayan uşaqlar bu riski daha çox daşıyır.
Stress və emosional problemlər uşaqlarda qeyri-sağlam qidalanma vərdişlərinə səbəb ola bilir. Stress və ya narahatlıq zamanı çox yemək piylənmənin artmasına səbəb ola bilir.
Uşaqlıqda yaranan piylənmə gələcəkdə bir çox ciddi sağlamlıq problemlərinə səbəb ola bilir. Artıq çəki uşaqlarda insulin müqavimətini artırır, şəkərli diabetin yaranmasına gətirib çıxarır. Piylənmə qan təzyiqinin artmasına və digər ürək-damar xəstəliklərinə səbəb ola bilir. Bu xəstəliklər isə gənc yaşlarda infarkt və insult riskini artırır. Həddindən artıq çəki uşaqlarda sümük və oynaq problemlərinə, xüsusilə dizlərdə ağrılara səbəb olur. Bu, gələcəkdə ortopedik problemlərə və fiziki məhdudiyyətlərə səbəb ola bilir. Piylənmə uşaqlarda özgüvən azlığı, sosial təcrid və depressiya kimi psixoloji fəsadlara gətirib çıxara bilir. Bu cür hallar uşağın həm akademik, həm də şəxsi həyatına mənfi təsir göstərir.
Ümumiyyətlə uşaqlarda piylənmə sağlamlıq baxımından ciddi təhlükələr yaradır və erkən müdaxilə vacibdir. Sağlam qidalanma və aktiv həyat tərzi bu problemin həlli üçün vacib rol oynayır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1104 Tarix: 29 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGənclərin 70 faizi telefonla danışmaq istəmir - Mütəxəssislər səbəbini açıqladı
Gənclər arasında telefonla danışmaq getdikcə daha az üstünlük verilən ünsiyyət formasına çevrilir. Xüsusilə əvvəlcədən xəbərdarlıq edilmədən edilən zənglər bəzi gənclərdə narahatlıq və stress yaradır. Mesajlaşma isə daha rahat ünsiyyət vasitəsi hesab olunur. 2024-cü ildə aparılan araşdırmaya görə, 18-3
14:30 200 Ramin Məmmədov G20 iştirakçıları ilə Azərbaycanın tolerantlıq və birgəyaşayış təcrübəsini müzakirə edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri zamanı G20 Dinlərarası Forumu çərçivəsində bir sıra fond və təşkilat rəhbərləri, eləcə də dini və ictimai xadimlərlə görüşlər keçirib. Bu barədə "Report"a qurumdan məlumat verilib. Bildirilib ki, G20 Dinlərarası Forumunu
15:40 168 Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb
Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır
15:05 173 İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
İran parlamentinin oktyabrın 18-də keçiriləcək virtual iclasında müdafiə naziri postuna namizəd Mehrdad Əxlaqi Kitabçiyə etimad məsələsinə baxılacaq. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Abbas Gudarzi bildirib. Onun sözlərinə görə, parlamenti
20:15 183 Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il
18:20 201 Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb"
Füzuli rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 800 milyon manata çatıb. "Report" xəbər verir ki, bunu Milli Məclisdə Füzulini təmsil edən deputat Vüqar Bayramov bildirib. Deputat vurğulayıb ki, 2020-ci ildə həmin göstərici 191 milyon 923 min manat idi və zəfərdə
21:30 146 Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış
Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il
16.10.2026 508 Bakı Sammiti Asiyada iqtisadi əməkdaşlığın inkişafına yönəlib
"Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısı Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunun və Asiya məkanında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfənin növbəti göstəricisidir. Beynəlxalq münasibətlər sistemində geosiyas
10:41 268 Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli
19:00 311