"Münaqişəli ailələrlə sosial-psixoloji iş aparılsa, məişət zorakılığının qarşısını almaq mümkündür" - Üzeyir Şəfiyev

"Münaqişəli ailələrlə sosial-psixoloji iş aparılsa, məişət zorakılığının qarşısını almaq mümkündür" - Üzeyir ŞəfiyevMəişət zorakılığının araşdırılmasında psixoloq və pedaqoqların da iştirakı nəzərdə tutulur. Bu, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki psixoloq, pedaqoq və sosial işçilərin bu istiqamətdə akreditasiyası həyata keçirilsə, yaxşı olar.Qərb ölkələrində mövcud olan təcrübə Azərbaycana da tətbiq olunmalıdır. Çünki akreditasiyasız lisenziyalaşdırma olmadan psixoloq,pedaqoqoqlar, sosial işçilərin məişət zorakılığına təsiri hüquqi baxımdan çətinləşir.Münaqişəli ailələr qeydiyyata alınsa və onlarla sosial-psixoloji iş aparılsa, boşanmaların xeyli qarşısını almış olarıq, eyni zamanda məişət zorakılığının da qarşısını almaq mümkündür:
"Münaqişəli ailələrlə sosial-psixoloji iş aparılsa, məişət zorakılığının qarşısını almaq mümkündür" - Üzeyir Şəfiyev"Məişət zorakılığı məsələsi təkcə Azərbaycanda deyil, müasir qlobal dünyada çox ciddi aktuallıq kəsb edir, müzakirələrə səbəb olur. Əlbəttə ki, məişət zorakılığı ilə bağlı qanunların qəbulu bütün ölkələrdə həyata keçirilib. Azərbaycan da həm hökumət, həm qeyri-hökumət təçkilatları sahəsində bununla bağlı qanun qəbul edib. Güman edirəm ki, məişət zorakılığında psixoloq və pedaqoqların iştirakı çox əhəmiyyətlidir və yaxşı olar ki, sosial işçilər də dəvət olunsunlar. Bunun üçün də psixoloq, pedaqoq və sosial işçilərin bu istiqamətdə akreditasiyası həyata keçirilsə, yaxşı olar. Psixoloji yardım haqqında qanun var. Yaxşı olar ki, psixoloq və sosial işçilərin akreditasiyasını həyata keçirən bir qurum yaransın və onların fəaliyyətini lisenziyalaşdıran qanun qəbul olunsun. Qərb ölkələrində mövcud olan təcrübə Azərbaycana da tətbiq olunmalıdır. Çünki akreditasiyasız lisenziyalaşdırma olmadan psixoloq,pedaqoqoqlar, sosial işçilərin məişət zorakılığına təsiri hüquqi baxımdan çətinləşir. Bu hüquqi imkanı yaratmaq üçün ilk növbədə onların akreditasiya və lisenziyasını həyata keçirmək lazımdır. Ya ayrıca qurum olmalı, ya da hər hansı nazirliyin tərkibində neytral seçim imkanları olan qurum olmalıdır ki, psixoloq, pedaqoq və sosial işçilərin akreditasiyasını həyata keçirsin.Bu sahədə bacarıq, vərdişləri, praktik təcrübəsi olanlar cəlb olunmalıdır. Məişət zorakılığının qarısını almaq üçün tədbirlərdən biri təkcə daxili işlər orqanlarında deyil, eləcə də Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi, Mediasiya Şurasının nəzdində münaqişəli ailələrin qeydiyyatı aparılmalıdır. Təkcə paytaxtda yox, həm də bölgələrdə münaqişəli ailələr qeydiyyata alınmalıdır və onlarla iş aparılmalıdır. Yəni, sosial-psixoloji intervinsiya proqramları tətbiq olunmalıdır. Münaqişəli ailələr qeydiyyata alınsa və onlarla sosial-psixoloji iş aparılsa, boşanmaların xeyli qarşısını almış olarıq, eyni zamanda məişət zorakılığının da qarşısını almaq mümkündür. Hətta məişət zorakılığı bəzən ölümlə nəticələnir. Bunun da qarşısını almaq mümkündür. Bunun üçün qanunvericilik səviyyəsində sözügedən məsələr həll olunmalıdır. Ailə, Qadın, Uşaq problemləri üzrə Komitənin bütün Azərbaycan üzrə mərkəzləri olmalıdır. Hər psixoloqu, sosial işçini ora götürmək olmaz. Bunun üçün klinik psixoloqlar, klinik sosial işçilər, pedaqoqlar bəlli bir təcrübəyə malik olmalıdırlar və ən azı magistr dərəcəsini bitirməlidirlər ki, münaqişəli ailələrdə təsir imkanlarına malik ola bilsinlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 948   Tarix: 30 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gənclərin 70 faizi telefonla danışmaq istəmir - Mütəxəssislər səbəbini açıqladı

Gənclər arasında telefonla danışmaq getdikcə daha az üstünlük verilən ünsiyyət formasına çevrilir. Xüsusilə əvvəlcədən xəbərdarlıq edilmədən edilən zənglər bəzi gənclərdə narahatlıq və stress yaradır. Mesajlaşma isə daha rahat ünsiyyət vasitəsi hesab olunur. 2024-cü ildə aparılan araşdırmaya görə, 18-3

14:30 200
.

Ramin Məmmədov G20 iştirakçıları ilə Azərbaycanın tolerantlıq və birgəyaşayış təcrübəsini müzakirə edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri zamanı G20 Dinlərarası Forumu çərçivəsində bir sıra fond və təşkilat rəhbərləri, eləcə də dini və ictimai xadimlərlə görüşlər keçirib. Bu barədə "Report"a qurumdan məlumat verilib. Bildirilib ki, G20 Dinlərarası Forumunu

15:40 168
.

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır

15:05 173
.

İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq

İran parlamentinin oktyabrın 18-də keçiriləcək virtual iclasında müdafiə naziri postuna namizəd Mehrdad Əxlaqi Kitabçiyə etimad məsələsinə baxılacaq. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Abbas Gudarzi bildirib. Onun sözlərinə görə, parlamenti

20:15 183
.

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il

18:20 201
.

Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb"

Füzuli rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 800 milyon manata çatıb. "Report" xəbər verir ki, bunu Milli Məclisdə Füzulini təmsil edən deputat Vüqar Bayramov bildirib. Deputat vurğulayıb ki, 2020-ci ildə həmin göstərici 191 milyon 923 min manat idi və zəfərdə

21:30 146
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16.10.2026 508
.

Bakı Sammiti Asiyada iqtisadi əməkdaşlığın inkişafına yönəlib

"Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısı Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunun və Asiya məkanında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfənin növbəti göstəricisidir. Beynəlxalq münasibətlər sistemində geosiyas

10:41 268
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

19:00 311
.