Bakıda ən uzun avtobus dayanacağı burada olacaq - Fotolar

Bakıda ən uzun avtobus dayanacağı burada olacaq - FotolarXəbər verdiyimiz kimi, metronun "28 May" stansiyasının qarşısı (Dəmiryol vağzalı meydanı və Cəfər Cabbarlı heykəlinin ətrafı) müasir şəhərsalma prinsipləri əsasında abadlaşdırılıb.

"Qafqazinfo"nun məlumatına görə, COP29 ərəfəsindən paytaxtın urbanistik transformasiya keçirən bu ərazisində bir çox yeniliklər edilib.

Belə ki, yeniliklərdən sonra 2 metro stansiyasının ("28 May" və "Cəfər Cabbarlı"), 10-dan artıq müntəzəm marşrut avtobusu xəttinin keçdiyi qovşağa daha minik avtomobilləri buraxılmayacaq. Ərazidə iriçətirli ağaclardan ibarət yaşıllıq zolağı da salınıb. Burada avtobus gözləyən sərnişinlər üçün Bakıda ilk dəfə olaraq yüzlərlə insanın yağış və günəşdən qorunmaq üçün istifadə edə biləcəyi platformaşəkilli dayanacaq quraşdırılıb.

"28 May" stansiyasının qarşısı daha əvvəl

Bakıda ən uzun avtobus dayanacağı burada olacaq - FotolarHəmçinin ərazidə yol hərəkətinin təşkilində də xeyli dəyişikliklər var. Belə ki, paytaxtda ilk dəfə olaraq bu meydandan çıxan avtobuslar prospekt boyu nəqliyyat axınının əksinə (Cəfər Cabbarlı heykəlinin qarşısından sağa – Azadlıq prospektinə dönməklə) hərəkət edə biləcək.

Şəhər mobilliyinin təmin edilməsi baxımından böyük əhəmiyyətə malik olan bu layihə hər gün onminlərlə insanın rahat və asudə hərəkətini təmin etməklə yanaşı, Bakıdakı səs kirliliyinin müəyyən qədər azalmasında rol oynayacaq.

Həmçinin burada elektrik avtobusları üçün yerindəcə doldurma stansiyaları da quraşdırılıb.

Yaxın günlərdə ərazidən müntəzəm marşrut avtobuslarının hərəkətinə start veriləcək.

Bakıda ən uzun avtobus dayanacağı burada olacaq - FotolarBakıda ən uzun avtobus dayanacağı burada olacaq - FotolarBakıda ən uzun avtobus dayanacağı burada olacaq - FotolarBakıda ən uzun avtobus dayanacağı burada olacaq - FotolarBakıda ən uzun avtobus dayanacağı burada olacaq - FotolarBakıda ən uzun avtobus dayanacağı burada olacaq - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1030   Tarix: 01 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

TOP MP3