"Fransa Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında Paşinyan rejimindən istifadə edir" - Politoloq

"Fransa Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında Paşinyan rejimindən istifadə edir" - Politoloq"Elementar diplomatik etiket qaydalarına əməl etməyi bacarmayan Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsi ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir'.

Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistanın "Hetq" media qurumuna müsahibəsində Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialar barədə yerli medianın sualına cavabında əksini tapıb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politolq Elşən Manafov bildirib ki, Fransa regionda özünün neomüstəmləkəçi maraqlarının realizə edilməsinə yönəlmiş mövqe sərgiləyir,Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında Paşinyan rejimindən istifadə edir. Rəsmi Bakı Qərbin regionla bağlı geosiyasi mahiyyət kəsb edən planlarında yer almaq mövqeyindən uzaq olduğundan Ermənistanı silahlandırmaq,eskalasiyanın güclənməsinə xidmət edən diplomatik bəyənatlarla onun mövqeyinə təsir göstərmək,müstəqil siyasət yeritməsinin qarşısını almağa yönəli mövqe sərgiləyirlər:

"Səfirlər təmsil etdikləri dövlətlərin digər dövlətlərlə munasibətlərinin inkışafına və genişləndirilməsinə, dövləti maraqlarının qorunmasına məsul şəxslərdirlər. Fransanın Ermənistandakı səfirinin erməni mediasına verdiyi müsahibəyə də biz məhz bu konteksdən yanaşmalı,təhlil etməliyik.
Fransa uzun illər ərzində ATƏT-in Minsk qrupunda həmsədr dövlətlərdən biri olaraq bizim Ermənistanla münaqişəmizə beynəlxalq hüquq normalarından kənarda,özünün regionla bağlı geosiyasi maraqlarından çıxış etmiş,əsasən birtərəfli və qərəzli mövqe sərgiləmiş,xristian təəssübkeşliyi onun məlum münaqişəyə münasibətində həmişə özünü qabarıq şəkildə biruzə vermişdir.
Fransa və Ermənistanın bacı dövlətləri olması rəsmi Parisin İrəvanla münasibətlərində ana xətti olmuşdur.Fransalı siyasətçilər bir qayda olaraq erməni əsilli Fransa vətəndaşlarının bu ölkədə keçirilən seçkilərə təsir imkanlarını nəzərə almış,Fransadakı erməni diasporası ilə sıx münasibətlərdə olmuş,onların sifarişlərindən çıxış edərək rəsmi Bakı ilə münasibətləri bəlli amplua üzərində qurmağa çalışmışlar.Fransa Senatı Avropa məkanında yeganə parlament olaraq hətta üzdəniraq Dağlıq Qarabağ Respublikasının tanınmasına belə getmişdi.Bütün bunların müqabilində rəsmi Bakı həmişə münasibətləri qarşılıqlı,faydalı əməkdaşlıq müstəvisi üzərində qurmaq mövqelərindən çıxış etmiş,Fransanın regional siyasətinə təsir göstərməyə çalışmış,bundan ötrü fransız kapitalının maraqları bir qayda olaraq nəzərə alınmışdı. Nəticə etibarı ilə hələ bir müddət əvvələ qədər Fransanın Azərbaycanda 207 şirkəti fəaliyyət göstərmiş,bu ölkənin ən böyuk konsorsiumlarından biri olan "Total"şirkəti Azərbaycan Beynəlxalq Neft Konsorsiumunda payçı tərəflərdən biri olmuşdur. Total isə Fransanın ən böyuk vergi ödəyicilərindən biridir.
Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbədən sonra regionda geosiyasi durumun Qərbin xeyrinə olmayaraq tədricən dəyişməsi Kollektiv Qərbin bir hissəsi olaraq Fransanı da narahat etmiş,rəsmi Paris ölkəmizə qarşı Avropada səsləndirilən bir sıra əsassız bəyənat və çağırışların təşəbbüskarına çevrilmişdir.Azərbaycana ünvanlanmış bəyənatlarında onun guya ki,Ermənistana aid əraziləri ələ keçirməsi,Dağlıq Qarabağın erməni icmasına münasibətdə zorakılığa yol verməsi,etnik təmizləmə siyasəti aparması,insan haqlarını pozması kimi əsassız bəyənatlar yer almışdır.Bölgədə sabitlik və dayanıqlı təhlükəsizlik problemlərinin həllinə rəsmi Paris erməni maraqlarına yarayan mövqe sərgiləməklə Ermənistanı silahlandırır,eskalasiyanın güclənməsinə səbəb olan siyasət həyata keçirir.Rəsmi Bakını təhdid etməklə Fransa bizi Ermənistanla Qərb platformasında danışıqlara sövq etmək və Qərbin bölgə ilə bağlı geosiyasi maraqlarına cavab verə biləcək sülh müqaviləsinin əldə edilməsinə çalışır.Kollektiv Qərbin bir hissəsi olaraq Fransa regionda özünün neomüstəmləkəçi maraqlarının realizə edilməsinə yönəlmiş mövqe sərgiləyir,Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında Paşinyan rejimindən istifadə edir. Rəsmi Bakı Qərbin regionla bağlı geosiyasi mahiyyət kəsb edən planlarında yer almaq mövqeyindən uzaq olduğundan Ermənistanı silahlandırmaq,eskalasiyanın güclənməsinə xidmət edən diplomatik bəyənatlarla onun mövqeyinə təsir göstərmək,müstəqil siyasət yeritməsinin qarşısını almağa yönəli mövqe sərgiləyirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 734   Tarix: 01 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray

12:50 182
.

Biləsuvarda ağır qəza: Əsgər ziyarətinə gedən ailənin iki üzvü öldü

Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. xəbər verir ki, qəza nəticəsində ölənlər yeznə və qayınana olublar. Belə ki, əslən Naxçıvan Muxtar Respublikasından olan və Bakı şəhərində yaşayan, 1986-c

19:10 131
.

Berlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi

Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən

15:14 176
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

20:04 0
.

Hindistanda Xalq Tarakanlar Partiyası hərəkatının lideri saxlanıldı

Hindistan polisi Xalq Tarakanlar Partiyası hərəkatının lideri Abxicit Dipkeni nəzarət altına alıb. Bu barədə "India Today" nəşrinə istinadən məlumat verir. "Dipke iki dəfə Konnot-Pleysdə (Nyu-Delhi rayonu) Mərkəzi parkı ziyarət etməməsi ilə bağlı qadağanın olduğu bildiriş göndərilib, laki

18:30 143
.

Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə

10:21 331
.

Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər

Yəmənin hökumət qüvvələri Təiz əyalətinin cənub-şərqində husilərin səkkiz saatdan çox davam edən hücumlarını dəf etdiklərini bildiriblər. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Yəməndəki əməkdaşlarına istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, Təiz şəhəri müntəzə

17:20 158
.

Həmin qəzanın səbəbi təkərdəki nasazlıq imiş...

Dünən İsmayıllı rayonununun Balik kəndində ölümlə nəticələnən yol qəzası avtomobillərdən birinin nasaz vəziyyətdə olması səbəbindən baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Göyçay rayon sakini Yasər Mustafayev "VAZ"

13:58 192
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

19:00 203
.