Bakıda sərnişinlərin şikayət etdiyi sürücü həbs olundu - Narkotik aludəçisi imiş

Bakıda sərnişinlərin şikayət etdiyi sürücü həbs olundu - Narkotik aludəçisi imişBakıda narkotik maddələrin təsiri altında avtobus idarə edən sürücü sərnişinlərin tələbi ilə saxlanılıb.

"Qaynarinfo"nun məlumatına görə, hadisə 30 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində baş verib.

Belə ki, 1969-cu ildə Laçın rayonunun Ağanus kəndində anadan olmuş, paytaxtda "Daewoo BS090" markalı avtobusun sürücüsü işləyən F.G. barəsində sərnişinlər polisə şikayət ediblər. İki qadın və bir kişi sərnişin sürücü F.G.-nin avtobusu idarə edən zaman özünü qeyri-adekvat aparmasını müşahidə ediblər, bu barədə ərazidə fəaliyyət göstərən polisə məlumat veriblər. Onlar əvvəlcə F.G.-yə yaxınlaşaraq avtobusu saxlamasını tələb ediblər. Bundan sonra ərazidə xidmət aparan DYP əməkdaşlarını məlumatlandırıblar. Həmin vaxt avtobusun sərnişini olmuş şəxslər digər avtobusa minərək ərazidən uzaqlaşıblar.

Sərnişinlərin şikayəti əsasında sürücü dərhal saxlanılaraq, tibbi müayinədən keçirilib və avtobusu narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub.

Məhkəmənin qərarı ilə F.G. İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, bir ay müddətinə inzibati qaydada həbs edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 658   Tarix: 02 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Berlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi

Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən

15:14 176
.

Bazar günü 31 dərəcə isti olacaq

Oktyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

13:16 191
.

Türkiyədə istintaq: İki məmur həbs edildi

Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzr

17:30 163
.

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır

15:05 163
.

Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb"

Füzuli rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 800 milyon manata çatıb. "Report" xəbər verir ki, bunu Milli Məclisdə Füzulini təmsil edən deputat Vüqar Bayramov bildirib. Deputat vurğulayıb ki, 2020-ci ildə həmin göstərici 191 milyon 923 min manat idi və zəfərdə

21:30 0
.

Xarici şirkətlər Zəngilanın bərpasında iştirak edir

Araz, Oxçuçay, Bəsitçay və Həkəri çaylarının ərazisindən keçdiyi stratei əhəmiyyətli, ərazisində bir sıra faydalı qazıntıların olduğu Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla da 730 kvadrat kilometr sahəsi olan rayonun 1 şəhər, 5 qəsəb

14:28 177
.

Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə

10:21 331
.

Ronaldo yeni biznesə qoşulur

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo mineral su istehsalına 10 milyon avro investisiya yatırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Sic Noticias" nəşri məlumat yayıb. Biznesə 10 milyon avro yatırmış "Grup

14:18 200
.

Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray

12:50 182
.