35 yaşın gətirdiyi problemlər: Azərbaycanda əhalinin 64 faizi...

35 yaşın gətirdiyi problemlər: Azərbaycanda əhalinin 64 faizi...Azərbaycanda 40 yaşdan sonra insanların iş tapmaq imkanları çətinləşir. Çünki işəgötürənlərin yaşla bağlı tələbləri mövcuddur. Tez-tez iş elanlarında da bu tələbin şahidi oluruq. Adətən elanlarda yaşı 35-dək olan işçilər axtarılır. Halbuki Azərbaycan qanunvericiliyinə görə, yaşa əsaslanan ayrı-seçkilik rəsmən qadağandır.

Nəzərə alsaq ki, yaşı 35-dən yuxarı olan xeyli sayda əmək qabiliyyətli insan var, problemin miqyasının kifayət qədər böyük olduğunu görərik. Bəs, görəsən, bu durumdan çıxış yolları nədir? Dövlət orqanları bu istiqamətdə hansı addımları atmalıdırlar? Orta yaşlı vətəndaşlar əmək bazarında rəqabətə davam gətirmək üçün nə etməlidirlər?

"İqtisadiyyatın şaxələndirilməsi vacibdir"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədovun sözlərinə görə, müəyyən yaşdan sonra insanların iş tapmasında çətinliklərinin yaranması iqtisadiyyatın strukturu ilə bağlıdır: "Əgər iqtisadiyyat lazımi səviyyədə şaxələndirilməyibsə, yüksək texnoloji tutumlu emalla bağlı sahələrdə tələb olunan inkişaf göstəriciləri yoxdursa, əmək bazarında problemlər ortaya çıxır. Bunu artıq işaxtaranların timsalında müşahidə edirik. Hesab edirəm ki, biz iqtisadiyyatın şaxələndirilməsinə nail olmalıyıq. Eyni zamanda, qeyri-xammal sektoruna investisiya yatırılmalıdır ki, bu da işgüzar fəallığın situmullaşdırılmasına, iqtisadi aktivliyə səbəb olsun. Bu isə öz növbəsində əmək bazarında yeni iş yerlərinin açılmasına və bazarda müvafiq təkana imkan yaratsın".

"İşəgötürənləri qınamaq doğru deyil"

Mütəxəssis Fəxri Ağayev isə deyir ki, bu məsələdə işəgötürənləri qınamaq doğru deyil: "Təklif edirəm ki, məsələyə şirkətlərin baxışı ilə baxaq və orta statistik 35 yaşlı insanı görək. Bu yaşa çatmış insanların ciddi bir hissəsi fiziki və psixoloji baxımdan ağırlaşır, ailə və məişət qayğıları çoxalır. Buna əlavə olaraq 35 yaşlı insan zamanında daimi inkişafına zaman və enerji ayırmadığına görə müasir bilik və bacarıqlara malik deyil. Məsələn, 10-15 il öncə iş həyatına başlayanda xarici dil tələbi olmadığına görə dil bilgisi də əksər hallarda olmur. Digər mühüm məqam odur ki, inkişafına zaman ayırmayan və baxış bucağı dar olan insanın həm də özündən daha gənc rəhbərə tabe olmaqla bağlı sıxıntısı ola bilir. 35 yaşlı insanla bərabər şirkətlərin 25 yaşlı gənclər seçimi də var. Yəni müasir biliyə malik, xarici dil bilən, daha enerjili, inkişafa açıq, özünü sübut etməyə həvəsli, daha az maaşla işə daha çox vaxt ayırmağa hazır insan. Şirkətlərin bu mövzuda seçim qərarları təbii deyilmi?"

"Rəqabətin olduğunu unutmamalıyıq"

Ekspertin fikrincə, müəyyən yaş dövründən sonra üstünlük kimi görünən bəzi məqamlar əslində insanları geri aparır: "Etirazlardan biri odur ki, yaşlı insanlar peşəkar olurlar və həyat təcrübələri çox olur. Təəssüf ki, bu üstünlük kimi görünən iki məqam əslində zəif və geri çəkən tərəflərdir. Təcrübəli insanların ciddi hissəsi illərlə eyni hərəkətləri və işi etməyi təcrübə sayır. Müasir və sürətlə dəyişən dünyada isə həyat təcrübəsi bir çox hallarda mühafizəkar mövqeni göstərir və bu da iş dünyası tərəfindən müsbət qarşılanmır. Düşünürəm ki, bu vəziyyətin yaranmasında şəxslərin öz payları da az deyil. İnsan heç bir yaş və ya iş mərhələsində rahatlamamalıdır və şəxsi, peşəkar inkişafına zaman, enerji, vəsait ayırmalıdır, hər zaman rəqabətdə olduğunu unutmamalıdır".

"Ən az məsuliyyət özəl sektor və biznesdədir"

F.Ağayevin sözlərinə görə, bu vəziyyətin aradan qaldırılmasında dövlətin rolu və məsuliyyəti böyükdür: "Hesab edirəm ki, işəgötürənlərin 35 yaş üzərində insanları işə qəbul etmələri üçün stimullaşdırıcı tədbirlər dövlət qurumları tərəfindən həyata keçirilməlidir. Dövlət həm də orta yaş üzərində olan insanların peşə dəyişmə, müasir bazar tələblərinə uyğun olan yeni bilik və bacarıqlara malik olmaları üçün dəstək verməlidir. Bu vəziyyətin yaranmasında ən az məsuliyyət özəl sektor və biznesdədir. Çünki rəqabət gücünü qorumaq və fəaliyyət göstərdiyi bazarda ayaqda qalmaq üçün biznes ona maksimum effektiv formada fayda verəcək insanları işə qəbul etmək istəyir və bu da çox təbii və doğrudur".

Qeyri-bərabər paylanan işçi qüvvəsi

"Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə bildirir ki, problem yaşla bağlı deyil. Onun sözlərinə görə, əmək bazarında tələblə təklif arasında olan uyğunsuzluq insanların iş tapmasını çətinləşdirir: "Azərbaycanda işçi qüvvəsi coğrafi olaraq qeyri-bərabər paylanıb. Demək olar ki, iş yerlərinin əksəriyyəti Bakı və Abşeronda cəmləşib. Məsələn, tibbi və pedaqoji heyətin təxminən 63 faizi bu ərazilərdə yaşayır. Ona görə də iri şəhərlərdə iş tapmaq çətindir. Eyni zamanda, Azərbaycanda əhalinin 64 faizi 40 yaşına çatmayanlardır. Əmək bazarına daxil olanların sayı onu tərk edənlərin sayından daha çoxdur. Əlbəttə, bu, Avropa ölkələrinin qibtə edəcəyi bir məsələdir. Çünki onlarda vəziyyət tam əksinədir, əhali qocalır. Bizdə isə nəsil cavandır. Əmək bazarının ehtiyacları ilə işçi qüvvəsinin sayı arasında fərq var. Bu fərqə görə iş tapmaq bir qədər çətindir. O səbəbdən də işəgötürənlər seçim edirlər".

Peşəkarlara hər zaman iş var

S.Məmmədov vurğulayır ki, əslində, ixtisaslı kadr axtaran işəgötürən işçinin yaşına əhəmiyyət vermədən onu işə qəbul edir: "Düzdür, büdcə təşkilatlarında işləyənlər üçün çalışmanın son yaş həddi 65 nəzərdə tutulub. Bəzi istisna hallarda bu yaş həddi artırıla bilər. Amma 60 yaşdan sonra dövlət orqanlarında işə düzəlmək bir qədər çətindir. Çünki bu yaş pensiyaqabağı dövr sayılır. Özəl sektorda isə belə bir problem yoxdur. Bizdə elə sahələr var ki, onminlərlə vakansiyalar mövcuddur. Məsələn, tornaçı, qaynaqçı, elektrik-montajçı, ixtisaslı fəhlə peşələri və s. İşəgötürənlər bu sahələr üzrə yüksək maaşla kadr axtarsalar da, tapılmır. Əgər 40 yaşından yuxarı tornaçı varsa, onu zavod niyə işə götürməsin?".

S.Məmmədov həmçinin qeyd edir ki, müvafiq dövlət qurumları iş tapa bilməyən vətəndaşlara dəstək göstərməyə çalışır: "Məsələn, Dövlət Məşğulluq Mərkəzi tərəfindən müəyyən peşəyönümlü kurslar təşkil edilir. Ölkədə özünəməşğulluq proqramları həyata keçirilir. İş tapa bilməyən vətəndaşların aktiv məşğulluğunu təmin etmək üçün addımlar atılır. Lakin buna baxmayaraq, işsizlik həddi yüksək olaraq qalmaqdadır". ("Kaspi" qəzeti)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1042   Tarix: 02 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

UNESCO Yaxın Şərqdə altı abidəni təhlükədə olan irs siyahısına daxil edib

UNESCO Komitəsi Cənubi Koreyanın Pusan şəhərində keçirilən iclasında altı mədəniyyət obyektini eyni vaxtda həm Ümumdünya İrs Siyahısına, həm də Təhlükədə olan Ümumdünya İrs Siyahısına daxil edib. "Report" bu barədə "Al Jazeera"ya istinadən xəbər verir. Telekanalın məlumatına görə

17:10 139
.

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub

Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub. BİG.AZ xəbər verir ki, bu barədə APA-ya şairin köməkçisi Arif Mehmandost məlumat verib. "Səhhəti yaxşılığa doğru gedirdi, amma yenidən ağırlaşdı. Buna görə də süni tənəffüs aparatına qoşulub", - deyə köməkçisi bildirib

13:06 184
.

Rəsmi Vaşinqtondan Avropa İttifaqına sərt XƏBƏRDARLIQ

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) mallarına yüksək idxal rüsumlarının tətbiq ediləcəyini və ABŞ-nin texnologiya şirkətlərinə qarşı kəsilmiş cərimələrin ləğvinə nail olacağını bəyan edib. xəbər verir ki, Tramp bu barədə "Apple" şirkətinə tətbiq edilən cəriməni şərh edərkə

19:50 51
.

Polşada it sahiblərinə yeni qadağa: Prezident qanunu təsdiqlədi

Polşa Prezidenti Karol Navrotski ötən ilin noyabrında analoji qanun layihəsinə veto qoymasından sonra itlərin zəncir və digər vasitələrlə bağlı saxlanılmasını qadağan edən qanunu təsdiqləyib. TASS agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı yeni redaktədə hazırlanmış sənədin bütün maraqlı tərəfləri

11:45 163
.

Cənubi Çin dənizində Vyetnama aid gəmi batıb, 23 nəfər itkin düşüb

Cənubi Çin dənizində Vyetnamın "KHOI NGUYEN18" gəmisinin qəzaya uğraması nəticəsində 23 nəfər itkin düşüb. "Report" bu barədə "Xinhua"ya istinadən xəbər verir. Məlumata görə, göyərtəsində 62 nəfərin olduğu gəmi iyulun 24-nə keçən gecə batıb. Ekipajın bir hissəsi xilasedic

21:45 0
.

NYT: Avropa Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılığın güclənməsindən ehtiyat edir

Avropa müdafiə və enerji şirkətləri Avropa İttifaqının (Aİ) Rusiya qazından tamamilə imtina etməsinin ABŞ tədarüklərindən həddindən artıq asılılığa və Vaşinqtonun Avropanın enerji siyasətinə təsirinin güclənməsinə gətirib çıxara biləcəyindən narahatlıq ifadə edir. "Report" xəbər verir ki, b

19:10 93
.

Ukrayna ABŞ lisenziyası ilə "Patriot" istehsalında Yaponiyanın dəstəyinə ümid edir

Ukrayna Yaponiyanın Özünümüdafiə Qüvvələri üçün ələkeçirici raketlər istehsal edən Yaponiyanın "Mitsubishi Heavy Industries Ltd." şirkətinin təcrübəsinə arxalanaraq, ABŞ lisenziyası ilə "Patriot" hava hücumundan müdafiə sistemlərinin istehsalında Yaponiyanın dəstəyinə ümid edir. "Report"

10:30 171
.

Azərbaycan I yarımildə 41 min tona yaxın xurma ixrac edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 32 milyon 99 min ABŞ dolları dəyərində 40 min 527 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, dəyər baxımından 847 min dollar (2,6 , həcm baxımından isə 5 min 307 ton (11,6 %) azdır. Hesabat dövründə xurma ixracında

13:10 166
.

"TikTok"un başı dərddə: Uşaqların təhlükəsizliyi ilə bağlı ciddi iddialar

Avropa Komissiyası (AK) "TikTok"u Rəqəmsal Xidmətlər Aktında (Digital Services Act - DSA) nəzərdə tutulan uşaqların onlayn mühitdə qorunması ilə bağlı Avropa İttifaqı (Aİ) qaydalarını pozmaqda ittiham edib. xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayımlanıb. Məlumatda bildirili

11:30 170
.

TOP MP3