Sumqayıtda qəzada ölən hakimin anası bir milyon manat təzminat istəyib

Sumqayıtda qəzada ölən hakimin anası bir milyon manat təzminat istəyibSumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

BiG.AZ "Unikal"a istinadla xəbər verir ki, hadisə ilə bağlı təqsirləndirilən Nuran Abdurahmanov 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesində Aynur Rzayevanın anası 1983-cü il təvəllüdlü N.Abdurahmanovu bağışlamayıb. O bildirib ki, qızı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi olub və ağır kateqoriyalı cinayət işlərinə baxıb. Hüquqi varisin iddiasına görə, bu hadisənin onun baxdığı cinayət işləri ilə əlaqəli ola bilmə ehtimalı araşdırılmayıb.

Bundan başqa, Aynur Rzayevanın hüquqi varisi təqsirləndirilən şəxsdən bir milyon manat təzminat istəyib. Bunun 30 000 manatı qəza zamanı yararsız vəziyyətə düşmüş "Nissan Sunny" markalı avtomobilə görə, 700 000 manatı Aynur Rzayevanın 2016-cı il və 2018-ci il təvəllüdlü övladlarının 18 yaşına çatanədək layiqli həyat səviyyələrinin təmin edilməsi üçün, 270 000 manatı isə ona vurulmuş mənəvi zərərin əvəzi olaraq tələb edilib.

Məhkəmə hesab edib ki, 700 000 manat məbləğində maddi ziyanın tutulması ilə bağlı iddia təmin edilə bilməz.

Belə ki, Mülki Məcəllənin ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tənzimləyən normalarına əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ ailə başçısının ölümü nəticəsində təminat mənbəyini itirmiş şəxslərə məxsusdur.

Yəni, belə hallarda hüququn subyekti mərhumun himayəsində olmuş və qanunla təminat almaq hüququna malik şəxslərdir.

Azyaşlı uşaqlar həmin hüququn daşıyıcıları olsalar da, bu hüquqlarını müstəqil həyata keçirə bilmədiklərindən onların hüquq və qanunla qorunan mənafeləri qanuni nümayəndələri tərəfindən müdafiə edilir.

Bununla yanaşı, məhkəmə hesab edib ki, iddiada tələb olunan 270 000 manat məbləğində mənəvi zərər mülki cavabdehin maddi imkanları ilə obyektiv surətdə uzlaşmır. Məhkəmə təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün hallarını, o cümlədən cavabdehin maddi durumunu, adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyətini nəzərə alaraq o qənatə gəlib ki, mülki iddia bu hissədə qismən təmin edilməli və vurulmuş mənəvi zərərə görə 20 000 manat məbləğində pul təqsirləndirilən şəxsdən tutularaq mülki iddiaçıya ödənilməlidir.

Qəzada yararsız vəziyyətə düşmüş "Nissan Sunny" markalı avtomobilə görə isə təqsirləndirilən şəxsdən 1 701 manatın tutulmasına qərar verilib. Ümumilikdə qəzaya səbəb olan Abdurahmanov qarşı tərəfə 21 701 manat ödəməli olacaq.

Qeyd edək ki, ötən ilin dekabrında Sumqayıt-Pirşağı avtomobil yolunda baş verən qəza zamanı Abdurahmanovun idarə etdiyi "Samand Soren" markalı avtomobil içərisində sərnişin kimi əyləşmiş hakim Aynur Rzayevanın olduğu "Nissan Sunny" ilə toqquşub. Hadisə nəticəsində Aynur Rzayevanın sürücüsü ağır yaralanıb, hakim isə həyatını itirib.

Onu da bildirək ki, Aynur Rzayevanın sürücüsü də təqsirləndirilən şəxsdən şikayətçi olub. Təqsirləndirilən şəxs isə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istədiyini, himayəsində iki övladının olmasını, valideynlərini itirmiş bir uşağı da himayəyə götürdüyünü, eyni zamanda yaşlı ata və anasına da özünün baxdığını bildirib və qeyd olunan halların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Xatırladaq ki, Aynur Rzayeva şəhid övladı olub. Onun atası Tapdıq Köçəri oğlu Rzayev Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Kərkicahanda şəhidlik zirvəsinə ucalıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 804   Tarix: 25 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA

Doğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda is

15:16 256
.

Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir

Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti "Milrem Robotics"in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib. Bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb

29.09.2026 231
.

Keçmiş səfir Ukraynadakı münaqişə ilə bağlı xəbərdarlıq edib

Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin uzanması üçün əlindən gələni edəcəyi barədə Britaniyanın Moskvadakı keçmiş səfiri Yan Praud xəbərdarlıq edib. xəbər verir ki, Praud bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizenin "YouTube" kanalında danışıb. Onun sözlərin

10:40 175
.

Süni intellekt bunu əvvəlcədən bilir: 10 gün ərzində…

ABŞ alimləri insanın nə vaxt uzun müddət hərəkətsiz qalacağını əvvəlcədən müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Mount Sinai Tibb Məktəbinin tədqiqatçıları 195 qadının fiziki aktivlik, ürək döyüntüsü və yuxu məlumatlarını geyilə bilən cihazla

16:03 210
.

Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama

"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera

11:57 219
.

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd

29.09.2026 220
.

Kirayə mənzildə iki əcnəbinin meyiti tapılıb

Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər

11:14 196
.

Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikay

14:11 215
.

Makrondan etiraf: "Avropa özü bundan imtina etdi"

Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas elementlərindən biri olub və Avropa özü bundan imtina edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bunu Fransanın Prezidenti Emmanuel Makron Madriddə keçirilən iqtisadi forumda deyib. "Bizim rəqabət qabiliyyəti və innovasiya ilə bağl

15:45 171
.