Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama
"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır".
Bunu BiG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
O, qeyd edib ki, bəzi ailələr gəlirlərinə uyğun olmayan xərclərə yol verir, kredit kartlarından və istehlak kreditlərindən plansız istifadə edirlər. Xüsusilə bir kreditin digər kredit hesabına bağlanması borc yükünü daha da artırır. İnsan gələcək gəlirlərini nəzərə almadan borclananda müəyyən müddətdən sonra maaşının əhəmiyyətli hissəsi, bəzən isə demək olar ki, hamısı kredit ödənişlərinə yönəlir:
"Amma digər tərəfdən, yalnız əhalini günahlandırmaq da doğru deyil. Ərzaq, kommunal xidmətlər, kirayə, nəqliyyat, təhsil və digər zəruri xərclərin artması gəlirin böyük hissəsinin gündəlik tələbatın ödənilməsinə yönəlməsinə səbəb olur. Təsadüfi deyil ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, orta statistik Azərbaycan vətəndaşı gəlirlərinin 50 faizini gündəlik tələbat mallarına xərcləyir. Avropada isə bu göstəricinin 10-15 faiz arasında olduğu bildirilir.
Maaş əsas ehtiyacları tam qarşılamağa kifayət etmədikdə ailə məcburən kreditə müraciət edə bilər. Bu halda kredit artıq əlavə istehlak vasitəsi deyil, aylıq büdcədə yaranan çatışmazlığı aradan qaldırmaq üçün istifadə olunan maliyyə alətinə çevrilir.
Əsas problem gəlirlə xərclər arasındakı fərqin getdikcə azalmasıdır. Əgər insanın aylıq gəlirindən zəruri xərcləri çıxandan sonra ehtiyat yaratmaq üçün vəsait qalmırsa, gözlənilməz xərc ortaya çıxdıqda onun əsas çıxış yolu borclanmaq olur. Beləliklə, borc birdəfəlik maliyyə alətindən çıxaraq daimi gəliri tamamlayan vasitəyə çevrilir.
Ona görə də əhalinin borcdan çıxması üçün həm maliyyə savadlılığının artırılması, həm də real gəlirlərin yüksəldilməsi vacibdir. İnsanların xərclərini daha düzgün planlaşdırması borclanma riskini azalda bilər. Lakin gəlir gündəlik zəruri xərcləri belə qarşılamağa kifayət etmirsə, problemi yalnız qənaət etməklə həll etmək mümkün deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 121 Tarix: 30 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNepal və Hindistanda yeni daşqınlar 70 nəfərin həyatına son qoydu
Çin-Nepal sərhədində keçən ayın sonlarında baş verən buzlaq uçqunları və dağıdıcı daşqınların ardınca, sentyabrın 24-dən etibarən regional miqyasda başlayan yeni leysan yağışlar həm Nepal, həm də qonşu Hindistanda genişmiqyaslı fəlakət və növbəti daşqın dalğasına səbəb olub. "Reuters"ə istinadl
29.09.2026 220 Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd
29.09.2026 204 Rosatom rəhbəri Metsamor AES-in ilk ümumi sxemini Paşinyana təqdim edib
Rosatom-un baş direktoru Aleksey Lixaçev Metsamor Atom Elektrik Stansiyasının (AES) ilk ümumi sxeminin orijinalını Ermənistanın Baş naziri Nikol Paşinyana təqdim etdiyini açıqlayıb. xəbər verir ki, Lixaçevin sözləri "Sputnik Near Abroad"ın "Telegram" kanalında dərc olunub. "B
10:59 108 Qarabağın Yenidən İnteqrasiyası: Süni İntellektlə "Ağıllı" İnteqrasiya və İnkişaf İmkanları
"Dövlətimizin Qarabağ regionunun bərpa və inkişaf prosesində süni intellekt (Sİ) texnologiyalarından strateji şəkildə istifadə etməsi regionun yalnız yenidən qurulmasına deyil, gələcəkdə dünyanın ən müasir və "ağıllı" məkanlarından birinə çevrilməsinə imkan yarada bilər". Bunu BİG.AZ-
29.09.2026 283 Cəbrayıl dirçəlir, gülə-gülüstana çevrilir
1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 oktyabr həm də bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. Bu gün Cəbrayıl yenidən qurulur, Cəbrayıla həya
10:17 132 Lənkəranda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib
29.09.2026 241 Serbiya Fransadan yeni döyüş təyyarələri alır
Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd
29.09.2026 220 Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)
Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər
10:18 143 Kirayə mənzildə iki əcnəbinin meyiti tapılıb
Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər
11:14 119