Məktəb niyə uşağı həyata hazırlaya bilmir?-AÇIQLAMA
"Səhər məktəbin qapıları açılır, uşaqlar siniflərə daxil olur, müəllim jurnalını götürüb dərsə başlayır. Lövhədə mövzu yazılır, dəftərlər açılır, suallar verilir, cavablar dinlənilir. Bir neçə saatdan sonra zəng çalır və uşaqlar evlərinə gedirlər. Ertəsi gün isə eyni mənzərə yenidən təkrarlanır".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, bu mənzərənin içində elə bir sual var ki, üzərində bəzən kifayət qədər dayanmırıq: məktəbdə keçən illər uşağı yalnız növbəti imtahana hazırlayır, yoxsa onu həyatda qarşılaşacağı vəziyyətlərə də hazırlayır?:
"Əlbəttə, məktəbin əsas vəzifəsi uşağa bilik verməkdir. Riyaziyyatı, dili, tarixi, fizikanı, biologiyanı bilmədən keyfiyyətli təhsil almaq mümkün deyil. Ancaq uşaq məktəbdən məzun olanda onun əlində yalnız dərsliklərdəki məlumatlar qalmamalıdır. O, fikrini ifadə etməyi, qarşısındakı insanı dinləməyi, səhv etdiyini etiraf etməyi, məsuliyyət götürməyi, problemi görüb onun həlli yollarını axtarmağı da bacarmalıdır.
Biz çox vaxt uşağın neçə bal topladığını dəqiq bilirik, amma onun hansı məsələdə çətinlik çəkdiyini o qədər də soruşmuruq. "Dərslərini oxudun?" sualı gündəlik həyatımızın bir hissəsinə çevrilib. Ancaq "Bu gün nə öyrəndin və nəyi başa düşmədin?" sualını daha az veririk. Halbuki ikinci sual uşağın öyrənmə prosesini anlamaq üçün daha çox məlumat verə bilər.
Məktəbi bitirən insan həyatın içində tamam başqa suallarla qarşılaşır. Pulunu necə xərcləyəcəyini, kiminlə necə münasibət quracağını, hüquqlarını necə qoruyacağını, iş yerində məsuliyyətini necə daşıyacağını, qarşısındakı insanla razılaşmadıqda fikrini necə ifadə edəcəyini artıq heç bir test vərəqi onun yerinə həll etmir. Uşağın bu bacarıqları formalaşdırması üçün məktəbdə ona düşünmək və qərar vermək imkanı da verilməlidir.
Müəllim hər sualın hazır cavabını verdikdə şagird həmin cavabı yadda saxlaya bilər. Lakin eyni məsələ bir qədər fərqli formada qarşısına çıxanda yenə müəllimin cavabını gözləyə bilər. Uşaq özü araşdırmağa, sual verməyə, səhv edib yenidən cəhd göstərməyə alışanda isə vəziyyət dəyişir. Bu halda məktəbdə öyrəndiyi bilik yalnız imtahan günündə deyil, sonrakı həyatında da onun işinə yarayır.
Məktəbin uğurunu yalnız əla qiymətlərin sayı ilə ölçmək kifayət deyil. Əla qiymət, əlbəttə, yaxşı nəticədir. Ancaq məktəbdən məzun olan gəncin öz ayaqları üzərində dayanması, məsuliyyət daşıması və qarşısına çıxan problemlərin həlli yollarını tapması da mühüm nəticədir.
Uşağa həyatın hər məsələsi üçün hazır cavab vermək mümkün deyil. Buna görə də ən vacib bacarıqlardan biri cavabı bilmədikdə onu necə axtarmağı öyrənməkdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 120 Tarix: 30 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
33 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayo
09:59 114 "Açığı, gəzə bilmirəm..." - Abid Şərifov
"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer
29.09.2026 288 Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır
Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında 44 günlük Vətən müharibəsində qazanılan qələbə xüsusi əhəmiyyət daşıyır. Altı il öncə - oktyabrın 4-də Cəbrayıl rayonunun işğaldan azad olunması qazandığımız qələbəyə apara
10:07 116 Mayk Taysonun oğlu boksda debüt etməyə hazırlaşır
Ağır çəkidə əfsanəvi boksçu Mayk Taysonun oğlu peşəkar boksda ilk addımlarını atır və məşhur Misfits Boxing promouterlik şirkəti ilə müqavilə bağlayır. Keçmiş mübahisəsiz ağır çəki çempionu Mayk Taysonun oğlu Amir Tayson peşəkar boks karyerasına başlayacaq. -ın xarici mediaya istinadən məlumatına görə
29.09.2026 222 Atatürk Universitetində Bakıda məzuniyyət coşqusu yaşanıb
Atatürk Universiteti Açıq və Uzaqdan Təhsil Fakültəsi tərəfindən Azərbaycanın paytaxtı Bakıda məzuniyyət mərasimi təşkil olunub. Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlunun iştirakı ilə keçirilən mərasimdə 2026-2027-ci tədris dövründə məzun olan təxminən 200 tələbə məzuniyyət sevincin
10:10 114 Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı b
29.09.2026 401 4 Oktyabr - Cəbrayılın azad edildiyi gündür
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlad. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanl
10:12 125 Cəbrayıl dirçəlir, gülə-gülüstana çevrilir
1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 oktyabr həm də bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. Bu gün Cəbrayıl yenidən qurulur, Cəbrayıla həya
10:17 132 Filarmoniya parkında meyit tapıldı
Bakının mərkəzindəki parkdan meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 09 radələrində İstiqlaliyyət küçəsi 10-da yerləşən Filarmoniya parkında qeydə alınıb. Üzərində zorakılıq əlamətləri görünməyən meyit Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Nazim Xisro oğlu Quliyevə məxsu
10:54 144