Qubaya apardığı müştəri taksi sürücüsünün başına iş açdı
Taksi sürücüsünə qarşı quldurluq etməkdə ittiham olunan 36 yaşlı Samir Məmmədovun məhkəməsi yekunlaşıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Samir Nəsimi rayonunda "Şamaxinka" adlanan ərazidə mindiyi taksidə sürücüyə qarşı zorakılıq edib. Razılaşmaya görə, sürücü Rahim İsmayılov 50 manata Samiri əvvəl anasını və əşyalarını götürməsi üçün Xocasən qəsəbəsinə, oradan isə Qubaya aparmalı imiş.
Müştərinin niyyətindən xəbəri olmayan sürücü onu Xocasənə aparıb. Ünvana çatmağa az qalmış Samir onun bel nahiyəsinə küt əşya ilə basaraq cibindəki pulları verməyi tələb edib. Basqına məruz qalan sürücü canını qurtarmaq üçün üzərindəki 1 384 manatın hamısını ona verib.
Samir həbs edildikdən sonra onun əvvəllər də başqa cinayətdən məhkum edildiyi məlum olub. Belə ki, daha əvvəl 8 dəfə cinayət məsuliyyətinə cəlb edilən şəxs 9-cu dəfə ittiham edilib. S. Məmmədov eyni zamanda 12 dəfə inzibati qaydada da həbs edilibmiş.
Ötən gün hakim Əli Məmmədovun sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs əvvəllər məhkum edilsə də, islahı mümkün olmayıb. Bu əsasla yenidən sanksiya həddində cəzalanmalıdır. Hökmə əsasən, S.Məmmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, bu dəfə cəzasını ciddi rejimdə çəkəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 866 Tarix: 05 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Yeni Klinika"da xəstə ölümünə görə - Həkimə hökm oxundu
"Yeni Klinika"da əməliyyat zamanı xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, bu gün Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərar
09.04.2026 483 Yusuf Güney də SAXLANILDI
Məşhur müğənni Yusuf Güney rəqəmsal platformaların birində yayımlanan proqramdakı çıxışı zamanı qadağan olunmuş maddələrin istifadəsini təşviq etdiyi üçün İstanbulda saxlanılıb. yerli mediaya istinadla xəbər verir ki, İstanbul Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən keçirilə
09.04.2026 316 Atəşkəsə baxmayaraq qlobal böhran təhlükəsi qalır - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ-İran arasında əldə olunan müvəqqəti atəşkəs qlobal bazarlarda ilk baxışdan rahatlama effekti yaradıb. Xüsusilə enerji bazarında kəskin reaksiya müşahidə olunub - "Brent" markalı neftin qiyməti bir neçə saat ərzində təxminən 13% ucuzlaşaraq 95 dollar ətrafına enib. Bununla belə, aparıc
09.04.2026 283 Ali təhsildə ödənişlərin artımı yalnız keyfiyyət təminatı ilə mümkündür
"Ali təhsil müəssisələrində təhsil ödənişlərinin artırılması yalnız universitetin texniki imkanları və sistemi gücləndirilmiş olduqda mümkündür. Əgər əlavə müəllim və professor heyəti cəlb edilirsə və tələbələrə daha keyfiyyətli təhsil təqdim olunursa, təhsil haqqının artırılması əsaslı hesab olun
09.04.2026 302 Görünməyən idxalçılar və saxta məhsullar: təhlükə böyüyür - EYYUB HÜSEYNOVDAN AÇIQLAMA
Son dövrlərdə Azərbaycanda məişət və şəxsi qulluq məhsulları bazarında diqqətçəkən bir tendensiya müşahidə olunur. Dünyaca məşhur şirkətlər - Procter & Gamble, Henkel, Unilever, Johnson & Johnson və Reckitt Benckiser - tərəfindən istehsal olunan məhsulların bazarda geniş yayılmasına baxmayaraq
09.04.2026 499 Mərdəkanda sahibsiz it səkkiz nəfərə hücum edib - Sakinlər təşviş içində - VİDEO
Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, artıq bir neçə gündür qorxu içində yaşayırlar. Buna səbəb isə küçədə insanlara hücum edən yiyəsiz, quduz olduğu iddia edilən itin sərbəst şəkildə dolaşmasıdır. Sakinlərin sözlərinə görə, sözügedə
09.04.2026 396 Rayonlara yağış və qar yağır
Azərbaycanın bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 9-u saat 16:00 olan məlumatında qeyd edilib. Belə ki, Sabirabad, Kürdəmir, Qobustan, Neftçalada arabir yağış yağır, Daşkəsən, Qax (Sarıbaş) və Şahdağd
09.04.2026 311 15 yaşlı qızı qaçıran 2 uşaq atası HƏBS OLUNDU
Cəlilabadda 15 yaşlı qızla cinsi əlaqədə olan kişi məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisələr Uzuntəpə kəndi və Göytəpə şəhərində qeydə alınıb. 1995-ci il təvəllüdlü Samir Baxışov (ad və soyad şərtidir) qeyd olunan ünvanlarda iki dəfə təbii, bir dəfə isə qeyri-təbii yolla 2010-cu il təvəllüdl
09.04.2026 439 Həyat amansızdır: Məşhur aktyorun ürək parçalayan durumu
"Yeşilçam" kinosunun unudulmaz simalarından olan İhsan Gedikin son görüntüləri sənət dünyasında "vəfa" məsələsini yenidən müzakirə obyektinə çevirib. Türkiyə mediasına istinadla xəbər verir ki, karyerası ərzində 600-ə yaxın filmdə rol alan 83 yaşlı usta sənətkar, hazırda İstanbu
09.04.2026 386