"Biz yeni tariximizə qələbə ilə başladıq"- politoloq Turan Rzayev
8 noyabr ən yeni tariximizə qızıl hərflərlə yazılıb. Faktiki olaraq Azərbaycan 44 günlük 2-ci Qarabağ müharibəsi və sonrasında lokal xarakterli Antiterror əməliyyatları ilə kökləri 100 ilə dayanan əslində isə 30 ildir davam edən Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin "Dağlıq Qarabağ" etabını bitirdi. Biz torpaqlarımızın işğalına son qoyduq.
Uzun illərdir ki, türk dünyasında, islam coğrafiyasında qələbə qazanan dövlət obrazı yox idi. Azərbaycan birinci növbədə bu sindiromu aradan qaldırdı. İkinci bir tərəfdən isə Azərbaycan tarixi ədaləti bərpa etdi. Həm regionumuzda, həm də dünyanın münaqişələr tarixində Azərbaycan müharibəni az itki verərək bitirən nadir ölkələrdəndir.
Azərbaycan apardığı əməliyyatlar fonunda maksimum diqqət, peşəkarlıq, operativlik göstərdi. Beynəlxalq hüququn əsasları ilə müharibə apardı, əməliyyatlar həyata keçirdi. Xüsusilə ölkə başçısı cənab İlham Əliyevin bu mövzuda xarici media nümayəndələrinə verdiyi müsahibələr olduqca önəmli idi.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, biz 44 gün ərzində bir neçə müharibənin şahidi olduq. Cəbhədə igidlərimizin vuruşduğunun, arxa cəbhədə vətəndaşlarımızın necə şövqlə yardım etdiyini, ekspert və jurnalistlərin informasiya cəbhəsində döyüşdüyünü gördük:
"Ali Baş Komandanın apardığı uğurlu siyasət və xalqın ona dəstəyi düşmənin başına endirilən "dəmir yumruq" oldu.
2-ci Qarabağ savaşı sistematik müharibə idi ki, tarixi ədalətin bərpası ilə də yekunlaşdı.
Müharibə zamanı Azərbaycan ən modern texnologiyalardan istifadə etdi. Xüsusilə də dron və puaların istifadəsi dünya hərb tarixinə düşəcək əməliyyatlar oldu. Bu da dünya hərb tarixində bir yenilik idi.
Bu müharibədə bizə qələbəni gətirən bir nüans da güclü hərbi taktikalardan Azərbaycanın istifadəsidir. Daha sonrakı Şuşa və Hadrut əməliyyatları da öz sinifinin nadir əməliyyatlarından oldu.
Azərbaycan Ordusu ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra vahid komandanlıq sisteminə keçdi. Ümummilli liderin bu istiqamətdəki səyləri misilsiz idi. Onun bu prosesi Ali Baş Komandan İlham Əliyevə ötürməsi ilə ordumuz 30 il ərzində peşəkarlaşdı. Yeni texnologiyalar, yeni trendlər əsasında təlimlər keçirildi.
Diplomatiya sahəsində də aparılan müharibəni unutmamalıyıq. Azərbaycanın vaxtı ilə qurduğu dostluqlar, əməkdaşlıqlar, strateji tərəfdaşlıqlar, müttəfiqlik münasibətləri təbii ki, qələbəni gətirdi.
Ermənistan və Fransa dəfələrlə BMT-yə şikayət etsə də, bu heç bir nəticə vermədi. Çünki Azərbaycan BMT-nin qəbul etdiyi 4 icra edilməyən qətnaməni həyata keçirdi.
Bir sözlə Azərbaycan ən yeni tarixinə düşəcək böyük qələbənin şahidi oldu. Geridə qoyduğumuz 5 illik peryoda baxdıqda Azərbaycanın 50 ilə qət edə biləcəyi yolu 44 günə başa vurduğunu gördük.
Bizi yeni qələbələr gözləyir. Hazırda Ermənistanla ikili təmas qura bilirik. Heç bir dövlətin müdaxiləsi olmadan sülh müqaviləsi üçün hər iki dövlət sərəncamlar imzalayır.
Bütün bunların hamısı onu göstərir ki, biz hər nə qədər istəmədiyimiz bir yol-müharibəyə əl atsaq da, Azərbaycan bütün bu prosesləri qıssa müddətdə və az itki ilə reallaşdırdı.
Biz yeni tariximizə qələbə ilə başladıq, bundan sonrakı etablar da qələbə ilə yadda qalacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1404 Tarix: 05 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSoğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826