Azərbaycanda bitən bu göbələk öldürür - DİQQƏTLİ OLUN!

Azərbaycanda bitən bu göbələk öldürür - DİQQƏTLİ OLUN!Son günlər ölkədə insanların göbələkdən zəhərlənmə faktlarının sayının artdığını görürük. Ümumiyyətlə, hər il yüzlərlə insan ehtiyatsızlıqla toplanan və ya yanlış tanınan zəhərli göbələklərdən zəhərlənmə riski ilə üzləşir. Göbələkdən zəhərlənmələrin səbəbləri, əlamətləri və qarşısını alma yolları ilə bağlı maarifləndirmə işlərinin aparılması bu qidadan təhlükəsiz şəkildə faydalanmağın əsas şərtidir.

Bəs göbələkdən zəhərlənməmək üçün nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı qida eksperti Ağa Salamov BAKU.WS-ə bununla bağlı açıqlama verib.
Azərbaycanda bitən bu göbələk öldürür - DİQQƏTLİ OLUN!O bildirib ki, bu məsələ ilə bağlı bir çox maarifləndirmə işləri aparılır:

"Təəssüflər olsun ki, neçə aydır ki, ard-arda göbələk zəhərlənməsi xəbərlərini görürük. Problem ondadır ki, çox vaxt regionlarda yaşayan vətəndaşlarımız öz həyətlərində və yaxud meşələrdə yabanı halda yetişən göbələkləri toplayırlar. Daha sonra onlarda hazırladıqları yeməklər, turşular zəhərlənmələrə yol açır.

Şampinyon qidalarda istifadə etdiyimiz göbələk növüdür. Ancaq şampinyona bənzər bir göbələk növü də solğun əzvaydır. Hansı ki həmin göbələk növü zəhərlidir. Çox vaxt insanlar şampinyonla birgə onu da yığır, bu da zəhərlənməyə yol açır.
Azərbaycanda bitən bu göbələk öldürür - DİQQƏTLİ OLUN!Zəhərli göbələkləri bu qida ilə bağlı məlumatı olan insanların yığması daha məqsədəuyğundur. Onlar göbələyin rəngindən, qapağının altına baxmaqla, görünüşü ilə ayıra bilirlər.
Azərbaycanda bitən bu göbələk öldürür - DİQQƏTLİ OLUN!Supermarketlərdə və qida mağazalarında satılan, xüsusi şəraitdə yetişdirilmiş göbələklər, yabanı göbələklərə nisbətən daha təhlükəsizdir. Bu göbələklər müvafiq keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olaraq yetişdirilir və istehlakçılara təqdim olunur.

Əgər vətəndaşlar yenə də təbiətdə göbələk yığmaq istəyirlərsə, yığdıqları göbələklərin təhlil edilməsini və fərqləndirilməsini öyrənməlidirlər."
Azərbaycanda bitən bu göbələk öldürür - DİQQƏTLİ OLUN!Qeyd edək ki, göbələkdən zəhərlənmənin ilk əlamətləri adətən baş ağrısı, qarın ağrısı, ürəkbulanma, qusma, diareya, halsızlıq və başgicəllənmə kimi simptomlardır. Bu simptomlar yaranarsa, vaxt itirmədən həkimə müraciət etmək tövsiyə olunur, çünki göbələk zəhərlənməsi çox ciddi nəticələrə səbəb ola bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 920   Tarix: 07 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Hamı mənim balama ağladı"

Türkiyəli müğənni Atilla Taş 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı övladını itirməsi ilə yaşadığı kədəri bu sözlərlə bölüşüb:. "Kədərimi ifadə edəcək söz tapa bilmirəm. Hələ də özümü çox gücsüz hiss edirəm. Amma o qədər yanımd

16.10.2026 440
.

Tramp: Siyasətdə heç kimə etibar etmirəm

ABŞ Prezidenti Donald Tramp siyasətdə heç kimə etibar etmədiyini bildirib. Teleqraf xəbər verir ki, bu barədə o, "Newsmax" müsahibəsində danışıb. Telekanalın İsrail Baş naziri Benyamin Netanyahuya etibar edib-etmədiyi barədə sualına Tramp belə cavab verib: "Düzünü desəm, heç kimə etiba

16.10.2026 337
.

Prezident sarayına raket hücumunda 5 nəfər öldü

Yəmənin Ədən şəhərində yerləşən prezident sarayına raket və pilotsuz uçuş aparatları ilə hücum edilib. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hücum İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirilib. Məlumata görə, hədəfə alınan "Əl-Məaşik" saray

16.10.2026 361
.

Aleksandr Lukaşenko: Ukraynada sülh 2026 və ya 2027-ci ildə əldə olunacaq

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada sülhün 2026 və ya 2027-ci ildə əldə olunacağına əminliyini ifadə edib. Teleqraf xəbər verir ki, bu barədə A.Lukaşenko "BelTA" agentliyinə açıqlama verib. "Bu sülh olacaq. Əgər bu il olmasa, gələn il. Mən tamamilə əminəm. Rusiya güclü v

16.10.2026 336
.

Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı zorakılıq göstərməsi faktı ilə bağlı polis araşdırmaya başlayıb. Bu barədə -ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Xatırladaq ki

18:13 205
.

Həyat yoldaşınız sizdən uzaqlaşır? - Evlilikdə diqqət çəkən 7 əlamət

Münasibətlərdə böhran həmişə mübahisələr və ya boşanmaq barədə söhbətlərlə başlamır. Bəzən ər-arvad arasındakı emosional məsafə səssizcə artır: söhbətlər azalır, bir-birinin həyatına maraq zəifləyir, gündəlik qayğı və nəvaziş unudulur. xarici mediaya istinadla xəbər verir ki, "Psychology Today"

16.10.2026 367
.

Həbsdə olan Nəvainin aqibəti necə olacaq?

Qazaxıstanda narkotikə görə həbsdə olan "Navai" ləqəbli azərbaycanlı reper (Nəvai Bəkirov) girov qarşılığında azadlığa buraxıla bilər. Axşam.az xəbər verir kiI, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, reperin vəkilləri həbs qətimkan tədbirinin girovla əvəz olunmasın

16.10.2026 399
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,

18:00 0
.

Gənclərin 70 faizi telefonla danışmaq istəmir - Mütəxəssislər səbəbini açıqladı

Gənclər arasında telefonla danışmaq getdikcə daha az üstünlük verilən ünsiyyət formasına çevrilir. Xüsusilə əvvəlcədən xəbərdarlıq edilmədən edilən zənglər bəzi gənclərdə narahatlıq və stress yaradır. Mesajlaşma isə daha rahat ünsiyyət vasitəsi hesab olunur. 2024-cü ildə aparılan araşdırmaya görə, 18-3

14:30 152
.