"Bu gün qızların kriminal aləmə meyilliyi oğlanlardan daha çoxdur" - AÇIQLAMA
"TikTok" sosial platformasının Azərbaycan seqmentində üz-gözü qan içində olan gənc qızın görüntüləri yayılıb. Sözügedən video izləyicilərin sərt reaksiyasına səbəb olub.Videoda gənc qızın ağlaması öz əksini tapır. Görüntülərin harada və kimlər tərəfindən lentə alındığı məlum deyil. DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı açıqlamasında bildirib ki, görüntülərlə bağlı araşdırma aparılır.
Bəs görəsən son dönəmlər gənclər, xüsusilə, məktəblilər arasında kriminal aləmə meyilliliyin artmasının səbəbi nədir?
Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov Sonxeber.az – a açıqlama verib:
"Çox təəssüf edici səhnədir və görünən odur ki, yenə məktəblilərdir. Bu gün cəmiyyətdə valideyinlərin övladlarından xəbərləri yoxdur. Onlar fikirləşir ki, övladına geyim alır, yemək verir, müəllimlərin yanına hazırlığa göndərir və valideyinlik missiyası bitir. Amma bu belə deyil.
Kriminal aləmə meyil nəinki oğlanlar, hətta qızlar arasında da yayılmağa başlayıb. Bu, ailədə xüsusilə qız övladlarının ərköyünləşdirilməsi və tərbiyəsinə diqqət verilməməsi ilə bağlıdır. Çox təəssüflər olsun ki, qız övladları həssas və diqqətcil olduğu üçün ailədə əksər hallarda istər ananın, istərsə də atanın bir-birinə xəyanəti, gizli həyat yaşaması onlara daha tez təsir edir və tərbiyələrində ciddi problemlər yaranmağa başlayır. Bu gün qızların kriminl aləmə meyilliyi oğlanlardan daha çoxdur. Xatırlayırsızsa, bir il bundan əvvəl Bakı şəhəri 156 saylı məktəbdə də belə bir hadisə baş vermişdi. Burda da buna bənzər hadisə baş verir. Görünən odur ki, bir-neçə qız bir qıza qarşı bu hərəkəti ediblər. Mən üzümü valideyinlərə tutub demək istəyirəm ki, ailədə övladları ilə maraqlansınlar. Onlarla söhbət etsinlər, tərbiyələrinə vaxt ayırsınlar. Övlad dünyaya gətirməklə valideyin olmağın fərqli şey olduğunu anlasınlar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 670 Tarix: 07 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏt yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16.10.2026 391 Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 269,4 min ton həcmində metanol (metil spirit) istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 25,2 % azdır. Bu ilin oktyabrın 1-nə 38,1 min ton hazır məhsul qalığ
16:40 42 Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam
Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycanın siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, oktyabrın 19-da Milli Məcli
15:50 126 Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray
12:50 161 Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
16.10.2026 496 Elnarə Abdullayeva nənə oldu
Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub
10:35 310 Beş pişik bir adanı ələ keçirdi - Görün nələr baş verdi
1949-cu ildə Hind okeanındakı Marion adasına siçanlarla mübarizə üçün cəmi beş ev pişiyi gətirilib. Lakin pişiklər sürətlə çoxalaraq gəmiricilərdən çox dəniz quşlarını ovlamağa başlayıblar. Problemi həll etmək üçün atılan addım uzun illər davam edən ekoloji böhrana çevrilib. xarici mediaya istinadl
16.10.2026 379 Batareyaların ömrünü uzadan ucuz üsul tapıldı: Cəmi 25 faiz dəmir kifayət edir
Hindistan alimləri sink-ion batareyalarının daha səmərəli və uzunömürlü olması üçün ucuz üsul hazırlayıblar. Tədqiqat göstərib ki, batareyanın katod materialında vanadium atomlarının 25 faizinin dəmirlə əvəzlənməsi enerji tutumunu, sürətli enerji ötürmə qabiliyyətini və dövrlər üzrə dayanıqlığını artırır
16.10.2026 409 "Tesla" uça bilən avtomobilini təqdim etdi - Video
ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund
16.10.2026 409