Tənha ana talassemiyalı körpəsinin əməliyyatı üçün yardım istəyir - MÜRACİƏT
Qəbələ rayonu Vəndam qəsəbə sakini Əsmər Famil qızı Mahmudova 3 yaşlı oğlu Yusifin ağır xəstəliyi ilə bağlı xeyirxah insanlardan yardım istəyir.
KONKRET.az-a müraciət edən 27 yaşlı gənc ana övladı haqqında ətraflı məlumat verərək bildirir ki, Yusif Vüqar oğlu Mahmudov 2021-ci ilin noyabrın 1-də dünyaya gəlib. Bir müddətdən sonra səhhətində yaranan problemlər (qarın şişkinliyi, dalağın böyüməsi, dəridə göyərmələr və ən əsası qanın parçalanması) nəticəsində vəziyyəti kəskin pisləşib. Ona görə də tibbi sığortanın göndərişi əsasında uşağı Qəbələdən Bakıya – Milli Hemotologiya və Transfuziologiya Mərkəzinə aparmalı olublar. Müxtəlif analizlərdən sonra məlum olub ki, Yusif talassemiyanın böyük beta formasını daşıyır. Ananın sözlərinə görə, 2023-cü ilin fevral ayında xəstəxanada uşağa ayda iki dəfə qan vurulması məsləhət görülüb və bunun üçün hər ay həkim müayinələri və qan köçürülməsi üçün mərkəzə üz tutublar.
Ə.Mahmudova bildirir ki, həmin dönəmlərdə evdə onkoloji xəstəlikdən əziyyət çəkən qayınanası olduğu üçün bütün vəsaitlərini onun müalicəsinə xərcləyiblər. Nəticədə imkansızlıqdan Yusifin müalicəsini vaxtlı-vaxtında aparmaq mümkün olmayıb və uşağın vəziyyəti günü-gündən daha da pisləşirib.
Ana deyir ki, ikinci övladı olacağı təqdirdə ilik tapmaq asan olsa da, yoldaşı buna razılıq verməyib: "Həkimlər süni yolla uşaq dünyaya gətirə biləcəyimi məsləhət görsələr də, imkansızlıq və başqa səbəblərdən bu da mümkün olmadı, üstəlik, həyat yoldaşımla da ayrıldıq. Hazırda mən və oğlum atamın himayəsində yaşayırıq" , – deyən Ə.Mahmudova övladının gözü qarşısında acı çəkməsinə dözə bilmədiyini dilə gətirir: "Hər dəfə xəstəxanada uşağın damar yolu açılanda vəziyyəti pisləşir, damarlar partlayır, qan parçalanır, qan vurulduqca orqanizmdə dəmir çoxalır və bir az da yüklənir. Son zamanlarda artıq iştahadan da kəsilib".
Ə.Mahmudova övladının müalicəsinin ancaq ölkədən kənarda mümkün olduğunu deyir və tənha ana kimi xeyirxah insanlardan kömək istəyir: "Həkimlərin rəyinə görə, ilik köçürülməsi əməliyyatına ehtiyac var. Artıq donor axtarışı üçün müraciət də etmişəm və bizə məlumat verilib ki, donor tapılıb. Lakin bu, külli miqdarda maddi vəsait tələb edən bir əməliyyatdır və mənim imkanım olmadığı üçün övladım gözümün qabağında əriyib gedir".
Əsmər xanım məsələ ilə bağlı bəzi xeyriyyə fondlarına müraciət etdiyini desə də, Yusifin təcili əməliyyata ehtiyacı olduğunu nəzərə alaraq saytımız vasitəsilə xeyirxah insanlardan yardımlarını əsirgəməməyi xahiş edir: "Mərhəmətli və yardımsevər xalqımızdan oğlumun əməliyyatı üçün lazım olan vəsaitin toplanmasında əl uzatmalarını xahiş edirəm. Mən oğlunu tək-tənha böyüdən gənc bir anayam. Bütün analar kimi övladımı gələcəyin əsgəri, Vətənə, xalqa və dövlətə layiqli və yararlı bir şəxsiyyət kimi görmək istəyirəm. Övladımın gələcəyi naminə hər kəsdən kömək umuram və əvvəlcədən dərin təşəkkürümü bildirirəm".
Balaca Yusifə dəstək məqsədilə Əsmər Mahmudovanın əlaqə nömrələrini təqdim edirik: Tel: 051-350-45-87, 050-464-28-78


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 829 Tarix: 08 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXarici şirkətlər Zəngilanın bərpasında iştirak edir
Araz, Oxçuçay, Bəsitçay və Həkəri çaylarının ərazisindən keçdiyi stratei əhəmiyyətli, ərazisində bir sıra faydalı qazıntıların olduğu Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla da 730 kvadrat kilometr sahəsi olan rayonun 1 şəhər, 5 qəsəb
14:28 147 Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda təhsil sahəsi üzrə orta aylıq nominal əməkhaqqı 834 manat təşkil edib. Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarını əhatə edən "Sosial, iqtisadi inkişaf" aylıq məruzəsində məluma
16.10.2026 422 Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi
Vandal düşmənin torpaqlarımızı işğal etməsi nəticəsində Xudafərin körpüləri, Şıxlar və Xubyarlı kəndlərindəki türbələr, "Divlər Sarayı" mağarası, Sultan Məcid hamamı, Qız qalası, Şərifan abidələri və digər zəngin mədəni irsi, tarixi abidələri ilə tanınan Zəngilan rayonunun sakinlərinin həyat
14:37 146 Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 269,4 min ton həcmində metanol (metil spirit) istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 25,2 % azdır. Bu ilin oktyabrın 1-nə 38,1 min ton hazır məhsul qalığ
16:40 42 Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
16.10.2026 496 Təyyarədə belə oturmaq tromb riskini artıra bilər - XƏBƏRDARLIQ
Təyyarədə uzun müddət hərəkətsiz oturmaq sağlamlıq üçün müəyyən risklər yarada bilər. Xüsusilə ayaqları çarpazlaşdıraraq oturmaq qan dövranına mənfi təsir göstərə və ayaqlarda şişkinliyə səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, pulmonologiya və intensiv terapiya üzrə mütəxəssis Nin
16.10.2026 314 Bu ölkədə ev alanlara 40 min avroyadək dəstək - Şərtlər AÇIQLANDI
İspaniyanın La-Rioxa bölgəsində kiçik yaşayış məntəqələrində ev almaq və ya tikmək istəyənlərə 40 min avroyadək subsidiya verilir. Yardımla mənzilin dəyərinin 40 faizədək hissəsini qarşılamaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "Revive" adlı proqram kənd yerlərində əhalini
16.10.2026 344 "Böyük qayıdış" Zəngilandan başladı
Vətənimizin bütövlüyünün təmin edilməsi XX əsrin sonlarında tarixinə vurulan ağır zərbələrdən sonra onun xarici və daxili siyasətinin başlıca meyarı olmuşdu. Məhz bu istiqamət üzrə 2016-cı ilin aprel döyüşləri və 2020-ci il iyul hərbi əməliyyatları bir qığılcım rolu oynamışdır. Bu həqiqətlərin tarix
14:24 146 Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
Bu ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 6 milyon 671,5 min ton təşkil edib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 291,4 min ton və ya 4,2 % azdır. Məlumata əsasən, yüklərin 39,5 %-i nef
15:50 114