Düşmənə qan udduran şəhid Ruslan Sadıqovun anası DANIŞDI
Vətən müharibəsinin tarix yazan şəhidlərindən biri də Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq noyabrın 7-də şəhadətə ucalan Ruslan Sadıqovdur.
2020-ci il noyabrın 6-da Ruslan Şuşadan valideynlərinə zəng edib, sağollaşanda onlardan növbəti zəngini gözləməklərini istəyib. Noyabrın 8-i Azərbaycan xalqı 30 ilə yaxın gözlədiyi şad xəbəri alıb.
Nəhayət, Şuşa azaddır. Ruslan Sadıqovun ailəsi isə qələbə xəbərini ürəkdolusu yaşaya bilməyib. Nə qədər gözləsələr də, ondan nə bir zəng gəlib, nə də bir xəbər. Oğlunun qəhrəmanlığından danışan şəhidin anası Qaragöz Abdullayeva Ruslanın onlara həmişə başucalığı gətirdiyini deyib.
"Şuşa döyüşlərində sona qədər, son nəfəsinə kimi döyüşdü. O bizi yox, Vətəni özünə ana seçdi. Mən bir şeyin həsrətini çox çəkirdim. O, harada vəfat edibsə, həmin vurulduğu yerə getmək istəyirdim. Ruslanın bir iş yoldaşı ilə oğlumun vuruşduğu dağın başına çıxdıq. O uşaq məni həmin yerə çıxarana kimi nələr çəkdi. Təsəvvür edin, o ucqar dağın başına qalxmaq üçün iməklədik. Eyni yerdə eyni dəstənin üzvləri 4 nəfər orada rəhmətə gediblər. Elə bil ki, bu, bir az mənə təsəlli oldu, ürəyim sakitləşdi. Mən onun vurulduğu yerdən bir ovuc torpağını, bir dəstə də gülünü gətirmişəm", - deyə Q.Abdullayeva bildirib.
Ruslan Sadıqov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilb. Döyüş dostlarının dediyinə görə, Ruslan şəhid olmazdan əvvəl iki dəfə "Azərbaycan, Azərbaycan" kəlməsini deyərək gözlərini yumub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 512 Tarix: 08 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail Hizbullah terror təşkilatının liderinin köməkçisini öldürdüyünü iddia edir
İsrail cümə axşamı günü Livanın paytaxtı Beyruta endirdiyi intensiv hava hücumları nəticəsində Hizbullah terror təşkilatının lideri Naim Qasımın köməkçilərindən birini öldürdüyünü bildirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, qətlə yetirilən şəxsin Kassemin katibi və qardaşı oğlu Əl
09.04.2026 296 Hizbullah terror təşkilatı atəşkəsi pozduğunu əsas gətirərək İsrailin şimalına raket atıb
Livanın Hizbullah hərəkatı cümə axşamı səhər ABŞ-ın İranla iki həftəlik atəşkəs razılaşması əldə etməsindən bəri ilk hücumunu Şimali İsrailə raket atdığını bildirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Hizbullah terror təşkilatı verdiyi açıqlamada hücumun İsrailin atəşkəs rejimini pozmasın
09.04.2026 273 Atəşkəsə baxmayaraq qlobal böhran təhlükəsi qalır - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ-İran arasında əldə olunan müvəqqəti atəşkəs qlobal bazarlarda ilk baxışdan rahatlama effekti yaradıb. Xüsusilə enerji bazarında kəskin reaksiya müşahidə olunub - "Brent" markalı neftin qiyməti bir neçə saat ərzində təxminən 13% ucuzlaşaraq 95 dollar ətrafına enib. Bununla belə, aparıc
09.04.2026 277 Azərbaycanda 200-dən çox kişi arvadının soyadını götürüb - Son 3 ildə
Azərbaycanda bu ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib. xəbər verir ki, bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşını
09.04.2026 302 15 yaşlı qızı qaçıran 2 uşaq atası HƏBS OLUNDU
Cəlilabadda 15 yaşlı qızla cinsi əlaqədə olan kişi məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisələr Uzuntəpə kəndi və Göytəpə şəhərində qeydə alınıb. 1995-ci il təvəllüdlü Samir Baxışov (ad və soyad şərtidir) qeyd olunan ünvanlarda iki dəfə təbii, bir dəfə isə qeyri-təbii yolla 2010-cu il təvəllüdl
09.04.2026 392 İllərdir kibrit yeyən qızın diaqnozu şoka saldı
İllərdir kibrit yeyən 29 yaşlı qadın ağır dəmir çatışmazlığından əziyyət çəkir. BİG.AZ xəbər verir ki, ailə həkimi Tatyana Zaxarovanın sözlərinə görə, qidalanma pozğunluqları qidalı maddələr çatışmazlığının əsas səbəbi hesab olunur. "Bədən hüceyrələrə oksigen çatdırmaqda çətinlik çəkdikcə yorğunlu
09.04.2026 70 "Hizbullah" lideri Naim Qasım da ÖLDÜRÜLDÜ
"Hizbullah" lideri öldürülüb. "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Livanda "Hizbullah" lideri Molla Naim Qasım İsrailin hava hücumunda məhv edilib
09.04.2026 260 İranda müharibə zamanı 3000-dən çox insan həlak olub, tibb qurumu bildirir
İranın məhkəmə ekspertizasının rəhbəri dövlət mediasına bildirib ki, ABŞ və İsrailin 28 fevralda hücumlara başlamasından bəri İranda 300-dən çox insan həlak olub. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, o əlavə edib ki, ölənlərin 40%-nin şəxsiyyətinin müəyyən edilməsi və ailələrinə qaytarılmas
09.04.2026 305 Sevgini illərlə necə yaşatmaq olar? - Xoşbəxt cütlüklərin 3 "gizli" vərdişi
Amerikalı psixoloq Mark Trevers uzunmüddətli münasibətlərdə xoşbəxtliyi müəyyən edən üç vərdişi açıqlayıb. Qaynarinfo-nun məlumatına görə, o, "Forbes" üçün yazdığı məqalədə uzunmüddətli araşdırmalara istinad edərək bildirib ki, bəzi cütlüklər xoşbəxtliyi demək olar ki, hiss olunmadan, gündəli
09.04.2026 1