Zəfər tarixinin igidi – kapitan Şamil Babayev

Zəfər tarixinin igidi – kapitan Şamil BabayevŞəhidlik müqəddəs bir iş üçün canını fəda etməkdir. Bizim üçün din, vətən, torpaq, namus kimi məfhumlar müqəddəsdir və bu müqəddəs dəyərlərə hər hansı səbəbdən zərər vuran və ya tənqid edənlərə qarşı çəkinmədən mübarizə aparacaq, lazım gələrsə canımızı da verəcəyik. Şəhidlik dinimizdə ən yüksək dərəcələrdəndir. Bu səviyyəyə çatan şəxs
cənnətlə mükafatlandırılar. Bu səbəbdən də İslam inancına malik insanlar şəhadət şərbətini içməkdən heç vaxt çəkinməmiş, müqəddəs bildikləri dəyərlər uğrunda qorxmadan mübarizə aparmışlar. Bu müqəddəs vətəni bizə qoyub gedənlər ya şəhid olub, cənnətlə mükafatlandırılıb, ya da veteran adını qazanıblar. Yaşadığımız bu torpaqlar şəhidlərimizin qanı ilə yuyulur. Bu gün bu torpaqlarda sərbəst hərəkət edib, xoşbəxt yaşaya biliriksə, bu, bizim üçün qorxmadan canından keçən şəhidlərimizin sayəsindədir. 
Şəhidlik... Həmin zirvəyə yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır. Bu adla ölümsüzləşən igid oğullarımız göstərdikləri şücaətlə sübut ediblər ki, qəhrəmanlıq bir anın bəhrəsi deyil. Qəhrəmanlıq xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan bir keyfiyyətdir. Azərbaycan xalqının oğul və qızları hər zaman bu keyfiyyətə sahib olublar. Həmçinin tarixboyu xalq olaraq şərəfli ölümlə fəxr etmişik. Ölümün gözünə dik baxa bildiyimiz üçündür ki, bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da,
var olmaq haqqını itirməyib. Məhz bu qətiyyət və cəsarət Vətənə olan sonsuz sevgi sayəsində şəhidlik adlı zirvəni fəth edən oğul və qızlarımızın sayı çox olub.

Bu Vətən deyilən torpaq deyil ki,
İnsanın ürəyi, canı Vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, Vətəndir.

26 yanvar 1988-ci ildə anadan olmuş Camaldın kənd sakini Şamil Babayevi uşaqlıqdan tanıyırdım. Bir məktəbdə oxumuşduq. Onunla olan xatirələrimi yazmaq mənim üçün çox çətindir. Ancaq həm də qürurvericidir. Hələ uşaqlıqdan vətənpərvərliyi ilə sinif yoldaşlarından seçilirdi. Hamının sevimlisi, əzizi idi. Orta məktəbi bitirdikdən sonra Şamillə yollarımız ayrıldı. Universitet illəri, ardınca hərbi xidmət. Kəndimizə qayıtdıqdan sonra öyrəndim ki, Şamil hərbçi olub.Onunla ancaq telefonla danışırdıq. Daxili qoşunların
Lənkəranda yerləşən Xüsusi Təyinatlı Dəstəsində qrup komandiri kimi xidmət edirdi. Hərdən soruşurdum: - Şamil "Hərbçi olmaq necə hissdir?" O deyirdi: – "İllərlə yaşadığın evdən, ailəndən, yaxınlarından uzaqlaşıb, Vətənin hər hansı bölgəsində xidmət etmək bəzən çətin gələ bilər. Bu da təbii haldır. Vətənə xidmət asan olsa, qədri bilinməz torpağın... Çətin və məsuliyyətlidir, şərəflidir Vətənə xidmət. Bax budur hərbçi olmaq". Sonuncu dəfə məzuniyyəti vaxtı kəndimizdə görüşdük onunla. Söhbətimiz əsnasında dediyi bir cümlə hələ də yadımdadır: "Hərbi xidmət bizim Vətən sevgimizi daha da artırıb. Mülki həyatdan fərqli olaraq, hərbi xidmətdə bu və ya digər hadisəyə, Vətənə "bir köynək yaxınlar" kimi baxırıq. Vətənlə bağlı hadisələrə daha məntiqli düşüncələrlə yanaşırıq". O vaxt o qədər də fikir vermədiyim sözlərini indi başa düşürəm. Onun haqqında fikirlərimi qələmə
aldıqca düşünürəm ki, Şamil ölmədi, qəhrəmancasına şəhid oldu. Heç Cavanşirlər, Babəklər, Fəridlər, Mübarizlər, Poladlar ölərmi? Sanki dostum yanımdadır. Onunla bir anlığa söhbətləşirəm... Qəribədir, soyuq havadan əsər-əlamət qalmayıb... Sənin qəlbinin hərarətidir, bu soyuğu yox edən, başıqarlı uca dağlardan üz tutan soyuq küləyi mülayimləşdirən...

Zəfər tarixinin igidi – kapitan Şamil BabayevŞamil Vətən müharibəsinin ilk günündən komandir kimi rəhbərlik etdiyi heyətlə döyüşlərə qatılıb, Füzuli şəhəri və rayonun tam şəkildə düşməndən azad olunmasında fəal iştirak edib. Şamilin komandiri olduğu əsgərlərindən onunla bağlı döyüş xatirələrini dinləyirəm. Kapitan Şamil Babayev Füzuli ətrafında gedən döyüşlərin birində qrupu ilə mühasirəyə düşür. Say baxımından düşməndən xeyli az olsalar da, 40-dan çox erməni əsgərinə üç saatdan artıq müqavimət göstərirlər. Hər biri şəhid olmağı gözə alsa da, sonda onlar
mühasirəni yara bilirlər. Həmin döyüşdə Şamil öz məharəti ilə əsgərlərini düşmən pusqusundan bir şəhid və bir yaralı olmaqla çıxara bilir. Mühasirəni yararaq əsgərlərini xilas edən kapitan Babayev döyüş bacarığı ilə Lənkəran Xüsusi Təyinatlı birliyin rəhbər heyətini heyran qoyur. Necə olur ki, belə bir pusqudan siz bir şəhid və bir yaralı ilə çıxırsınız...

Vaxtdır, qisasını, alasan gərək,
Zəfər nəğməsini, çalasan gərək,
Zalımı taxtından salasan gərək,
Düşmənin bağrını dələn əsgərim.
Müjdəsi Şuşadan gələn əsgərim.

Son nəfəsinə kimi əsgərləri ilə maraqlanan, döyüş yoldaşlarına "qardaş" deyə müraciət edən Şamilin ən böyük arzusu Şuşanı azad etmək idi. Məhz Şuşa qalası uğrunda gedən döyüşlərdə Şamilin rəhbərlik etdiyi qrup düşmənin üç dəfə cəhd etdiyi hücumun qarşısını qətiyyətlə alır. Qala ətrafında gedən döyüşlərdə düşmənə ağır zərbələr vuran Şamil və əsgərləri onları qaçmağa məcbur edirlər. Sonuncu döyüş onun keçirdiyi ən ağır döyüşlərdən biri olur. Müharibədən qazandığı dostlarının bir neçəsini elə döyüş meydanında da itirən qəhrəmanımız 7 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşdə ağır yaralanır. 8 noyabr. Şuşa şəhərində şanlı Azərbaycan bayrağı dalğalanır. Ağır yaralı olan kapitan Babayev sonuncu dəfə ay-ulduzlu bayrağa baxır. Tabeçiliyində olan əsgərləri: - Komandir arzunuza çatdınız, Şuşa bizimdir, deyir. Onun üçün torpağı, el-obası hər zaman müqəddəs idi. İndi başa düşürəm ki, belə ruha malik olanların qarşısında tab gətirmək mümkünsüzdür. Kapitan Şamil Babayev kimi bu ruhu daşıyanlar üçün Vətən sadəcə sözdən ibarət deyil..!

Zəfər tarixinin igidi – kapitan Şamil BabayevCamaldın kənd qəbiristanlığında torpağa tapşırılan igidimiz Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Zəfər" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Ailəli olan qəhrəman şəhidimizin Yusif adında bir oğlu Vətənə əmanət qalmışdır.
P.S. Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə canını fəda edən şəhidlərimizin ailələri daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Həmin ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, sosial qayğılarının həll olmasına, onlara tibbi-psixoloji dəstəyin göstərilməsinə dövlət səviyyəsində nəzarət edilir.
2021-ci il noyabr ayınının 5-də – Zəfər Günü ərəfəsində mənzillə təmin olunan ailələrdən biri də şəhid kapitan Şamil Babayevin ailəsi olmuşdur. Biz hamımız şəhidlərə ehtiram göstərməli, onların qoyub getdikləri torpaqları son damla qanımıza qədər qorumalıyıq. Şəhidlərə borcumuzu ödəməyin yeganə yolu onların irsini qorumaq və bu ölkəni gələcək nəsillərə buraxmaqdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1014   Tarix: 08 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xarici şirkətlər Zəngilanın bərpasında iştirak edir

Araz, Oxçuçay, Bəsitçay və Həkəri çaylarının ərazisindən keçdiyi stratei əhəmiyyətli, ərazisində bir sıra faydalı qazıntıların olduğu Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla da 730 kvadrat kilometr sahəsi olan rayonun 1 şəhər, 5 qəsəb

14:28 147
.

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda təhsil sahəsi üzrə orta aylıq nominal əməkhaqqı 834 manat təşkil edib. Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarını əhatə edən "Sosial, iqtisadi inkişaf" aylıq məruzəsində məluma

16.10.2026 422
.

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi

Vandal düşmənin torpaqlarımızı işğal etməsi nəticəsində Xudafərin körpüləri, Şıxlar və Xubyarlı kəndlərindəki türbələr, "Divlər Sarayı" mağarası, Sultan Məcid hamamı, Qız qalası, Şərifan abidələri və digər zəngin mədəni irsi, tarixi abidələri ilə tanınan Zəngilan rayonunun sakinlərinin həyat

14:37 146
.

Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 269,4 min ton həcmində metanol (metil spirit) istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 25,2 % azdır. Bu ilin oktyabrın 1-nə 38,1 min ton hazır məhsul qalığ

16:40 42
.

Zəhərli hörümçək udan körpə qız komaya düşdü

Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so

16.10.2026 496
.

Təyyarədə belə oturmaq tromb riskini artıra bilər - XƏBƏRDARLIQ

Təyyarədə uzun müddət hərəkətsiz oturmaq sağlamlıq üçün müəyyən risklər yarada bilər. Xüsusilə ayaqları çarpazlaşdıraraq oturmaq qan dövranına mənfi təsir göstərə və ayaqlarda şişkinliyə səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, pulmonologiya və intensiv terapiya üzrə mütəxəssis Nin

16.10.2026 314
.

Bu ölkədə ev alanlara 40 min avroyadək dəstək - Şərtlər AÇIQLANDI

İspaniyanın La-Rioxa bölgəsində kiçik yaşayış məntəqələrində ev almaq və ya tikmək istəyənlərə 40 min avroyadək subsidiya verilir. Yardımla mənzilin dəyərinin 40 faizədək hissəsini qarşılamaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "Revive" adlı proqram kənd yerlərində əhalini

16.10.2026 344
.

"Böyük qayıdış" Zəngilandan başladı

Vətənimizin bütövlüyünün təmin edilməsi XX əsrin sonlarında tarixinə vurulan ağır zərbələrdən sonra onun xarici və daxili siyasətinin başlıca meyarı olmuşdu. Məhz bu istiqamət üzrə 2016-cı ilin aprel döyüşləri və 2020-ci il iyul hərbi əməliyyatları bir qığılcım rolu oynamışdır. Bu həqiqətlərin tarix

14:24 146
.

Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb

Bu ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 6 milyon 671,5 min ton təşkil edib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 291,4 min ton və ya 4,2 % azdır. Məlumata əsasən, yüklərin 39,5 %-i nef

15:50 114
.