Ordumuzun 44 dəqiqəyə yazdığı tarix: Ermənilər elə ordu ilə qarşılaşdılar ki...
Ermənistanın Azərbaycana qarşı hər dəfə yeni ərazi iddiaları bölgədə münaqişə və müharibə situasiyasının aktiv fazada qalmasına səbəb olub.
Növbəti təxribatların nəticəsi kimi Qarabağda 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə şiddətli döyüşlər başladı.
Onu da qeyd etmək lazımdır ki, Aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalanandan bəri təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi.
44 günlük Vətən müharibəsində dosta qürur, düşmənə qorxu yaşadan və hərbi hədəfləri dəqiq şəkildə zərərsizləşdirən pilotsuz uçuş aparatlarının səsi ilk dəfə məhz həmin döyüşlərdə eşidildi. Elə həmin döyüşlərdə də ordumuzun artan imkanları bu və ya digər vasitələrlə nümayiş etdirildi.
Həmin 4 günlük toqquşmada qarşı tərəfin hərbi fəallığını genişləndirməyə imkan verməmək məqsədilə Silahlı Qüvvələrimiz cavab tədbirləri ilə tarix yazdı. Həmin vaxt düşmənə meydan oxuyan ordumuzun ruh yüksəkliyi də öz yerində idi.
Beləcə, ən yaxın tariximizə Aprel döyüşləri kimi düşmüş 4 günlük savaş Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu.
Həmin vaxt ümumilikdə 2 min hektar ərazi işğaldan azad edilib. Lakin Ermənistan Aprel döyüşlərini düzgün təhlil etmədi. Bu ölkə sülh danışıqlarını uzatmaqda və bu danışıqların imitasiyası ilə məşğul olmaqda israrını davam etdirdi. Beynəlxalq təşkilatlardan da İrəvana təzyiqlər edilməməsi, münaqişənin daha da alovlanmasına yönəlmiş dəstəyin nümayişi kriminal-xunta rejiminin işğalçı siyasətinin davam etməsinə rəvac verdi. Düşmənin irrasional hərəkətləri 2020-ci il iyul ayından Tovuz rayonu əraziləri boyunca döyüşlərin başlamasına səbəb oldu. Lakin Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı. Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri Azərbaycan torpağına keçə bilmədi.
Tovuz döyüşləri zamanı Bakının küçə və prospektlərində, həmçinin şəhər və bölgələrimizdə Azərbaycan Silahlı Qüvvələrinə dəstək aksiyaları keçirildi. Çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi. Bu vaxt çərçivəsində paralel olaraq Ermənistana hərbi təyinatlı yüklərin daşınması intensiv xarakter almışdı. Yaranmış vəziyyət irəlidə başlayacaq 44 günlük Vətən müharibəsinin siqnalı idi.
Bütövlükdə döyüşlərdə qazanılan qələbə İkinci Qarabağ müharibəsi üçün böyük stimul oldu.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 635 Tarix: 08 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXarici şirkətlər Zəngilanın bərpasında iştirak edir
Araz, Oxçuçay, Bəsitçay və Həkəri çaylarının ərazisindən keçdiyi stratei əhəmiyyətli, ərazisində bir sıra faydalı qazıntıların olduğu Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla da 730 kvadrat kilometr sahəsi olan rayonun 1 şəhər, 5 qəsəb
14:28 147 Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda təhsil sahəsi üzrə orta aylıq nominal əməkhaqqı 834 manat təşkil edib. Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarını əhatə edən "Sosial, iqtisadi inkişaf" aylıq məruzəsində məluma
16.10.2026 422 Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi
Vandal düşmənin torpaqlarımızı işğal etməsi nəticəsində Xudafərin körpüləri, Şıxlar və Xubyarlı kəndlərindəki türbələr, "Divlər Sarayı" mağarası, Sultan Məcid hamamı, Qız qalası, Şərifan abidələri və digər zəngin mədəni irsi, tarixi abidələri ilə tanınan Zəngilan rayonunun sakinlərinin həyat
14:37 146 Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 269,4 min ton həcmində metanol (metil spirit) istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 25,2 % azdır. Bu ilin oktyabrın 1-nə 38,1 min ton hazır məhsul qalığ
16:40 42 Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
16.10.2026 496 Təyyarədə belə oturmaq tromb riskini artıra bilər - XƏBƏRDARLIQ
Təyyarədə uzun müddət hərəkətsiz oturmaq sağlamlıq üçün müəyyən risklər yarada bilər. Xüsusilə ayaqları çarpazlaşdıraraq oturmaq qan dövranına mənfi təsir göstərə və ayaqlarda şişkinliyə səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, pulmonologiya və intensiv terapiya üzrə mütəxəssis Nin
16.10.2026 314 Bu ölkədə ev alanlara 40 min avroyadək dəstək - Şərtlər AÇIQLANDI
İspaniyanın La-Rioxa bölgəsində kiçik yaşayış məntəqələrində ev almaq və ya tikmək istəyənlərə 40 min avroyadək subsidiya verilir. Yardımla mənzilin dəyərinin 40 faizədək hissəsini qarşılamaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "Revive" adlı proqram kənd yerlərində əhalini
16.10.2026 344 "Böyük qayıdış" Zəngilandan başladı
Vətənimizin bütövlüyünün təmin edilməsi XX əsrin sonlarında tarixinə vurulan ağır zərbələrdən sonra onun xarici və daxili siyasətinin başlıca meyarı olmuşdu. Məhz bu istiqamət üzrə 2016-cı ilin aprel döyüşləri və 2020-ci il iyul hərbi əməliyyatları bir qığılcım rolu oynamışdır. Bu həqiqətlərin tarix
14:24 146 Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
Bu ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 6 milyon 671,5 min ton təşkil edib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 291,4 min ton və ya 4,2 % azdır. Məlumata əsasən, yüklərin 39,5 %-i nef
15:50 114