"Deyirdi ki, "4 təkərlə" səni Qarabağı gəzdirəcəyəm" - Video

"Deyirdi ki, "4 təkərlə" səni Qarabağı gəzdirəcəyəm" - VideoƏməkdar artist Rafael İsgəndərov "Günə bax" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, proqramda aktyorun şəhid dostu Müşviq Abbasovun səs yazısı təqdim olunub. O, dostu ilə bağlı xatirələrini bölüşüb:

"Bizim Müşviqlə planlarımız çox idi. Özü deyirdi ki, "4 təkərlə" səni bütün Qarabağı gəzdirəcəyəm. Qismət olmadı. Oraya getdim, amma özü ilə yox. Sonuncu dəfə Ballıqaya istiqamətində getmişdik. Çadır qurmuşduq. Mənə hər şeyi danışırdı müharibə ilə bağlı. Planım da bu idi ki, ondan bunları öyrənim. Nə vaxtsa Qarabağla bağlı film çəkiləndə tarixi faktlar əsasında ondan istifadə edərdim. Əfsus olsun ki, bunu edə bilmədim. Alınan torpaqlarımızda çadır qurub qala bilmədik. Çox maraqlı olardı ki, onunla gedim".

Qeyd edək ki, M.Abbasov 44 günlük Vətən müharibəsində iki oğlu - Şamil və İntiqam ilə birlikdə könüllü olaraq döyüşlərə qatılıb. O, Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb və 6 oktyabr 2020-ci ildə rayonun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin sərəncamları ilə M.Abbasov ölümündən sonra "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 988   Tarix: 08 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sumqayıtda qəzada ölən hakimin anası bir milyon manat təzminat istəyib

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb. BİG.AZ "Unikal"a istinadla xəbər verir ki, hadisə ilə bağlı təqsirləndirilən Nuran Abdurahmanov 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə prosesind

25.07.2026 328
.

İranda ABŞ "tam təslim olana" qədər zərbələri davam etdirməyə hazırdırlar

Regionda ABŞ obyektlərinə davam edən zərbələr "düşmən tam təslim olana" qədər endiriləcək. "Report" xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədrin sözlərini İranın "Press TV" kanalı sitat gətirib. "Regiondakı hər bir tüstü sütun

16:00 141
.

NYT: ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir

ABŞ xüsusi xidmət orqanları hesab edir ki, İranın yeni ali rəhbəri ayətullah Müctəba Xamenei nüvə silahının yaradılmasına atasına nisbətən əhəmiyyətli dərəcədə daha çox maraq göstərir. "Report" xəbər verir ki, bu barədə kəşfiyyatın qiymətləndirmələri ilə tanış olan ABŞ rəsmilərinə istinadə

18:00 62
.

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub

Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub. BİG.AZ xəbər verir ki, bu barədə APA-ya şairin köməkçisi Arif Mehmandost məlumat verib. "Səhhəti yaxşılığa doğru gedirdi, amma yenidən ağırlaşdı. Buna görə də süni tənəffüs aparatına qoşulub", - deyə köməkçisi bildirib

13:06 174
.

Azər Əmirov: "Əmanətlərin sığortalanması sistemində kəskin dəyişikliklər gözlənilmir"

Hazırkı mərhələdə əmanətlərin sığortalanması sistemində kəskin dəyişikliklər gözlənilmir. "Report"un Şamaxıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlı

12:10 158
.

Azərbaycan I yarımildə 4 milyon dollar dəyərində nar ixrac edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 99 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 , dəyər baxımından isə, 299 min dolla

10:45 173
.

Naxçıvanda təcili tibbi yardım avtomobili aşıb: Xəsarət alanlar var - FOTO

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Qəza zamanı "Mercedes" markalı təcili tibbi yardım avtomobili ilə "Cherry" markalı avtomobil toqquşub. Nəticədə təcili tibbi yardım avtomobili aşıb. Təcili tibb

10:27 178
.

Azərbaycan alma ixracından gəlirini 10 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 47 min 867 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 38 milyon 948 min ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 2 min 753,82 ton (5,4 %) az, dəyər baxımında

25.07.2026 219
.

Misir və ABŞ Qəzzada beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini sürətləndirmək istəyir

Misir və ABŞ Qəzza zolağında Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) yerləşdirilməsini sürətləndirmək istiqamətində regional tərəfdaşlarla birgə iş aparır. "Report"un "The Times of Israel"ə istinadən verdiyi məlumata görə, bu barədə Livanın "Al-Akhbar" qəzeti xəbər verir

15:00 138
.

TOP MP3