Almaniya Kansleri Şolts Trampla birlikdə Ukrayna üçün hazırladıqları ümumi strategiyadan danışdı

Almaniya Kansleri Şolts Trampla birlikdə Ukrayna üçün hazırladıqları ümumi strategiyadan danışdıAlmaniya Federal Kansleri Olaf Şolts ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla Ukraynada sülhün nizamlanması məsələsində sıx əməkdaşlığın mümkünlüyündən danışıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə o, "Funke" nəşrinə müsahibəsində deyib.

Şolts tərəflərin bu məsələdə ümumi strategiya hazırlaya biləcəklərinə əminliyini ifadə edib.

"Mən ABŞ-nin gələcək prezidenti ilə telefonda çox danışmışam, biz, həmçinin, təhlükəsizlik siyasətinə cavabdeh olan şəxslərlə də birbaşa əlaqə saxlayırıq. Əminəm ki, biz Ukrayna üçün ümumi strategiya hazırlaya biləcəyik", - deyə kansler bildirib.

Həmçinin, Olaf Şolts Ukraynanın sülh danışıqları zamanı əraziləri güzəştə gedib-getməməsi ilə bağlı sualına dəqiq cavab verməkdən yayınıb və bildirib ki, heç bir məsələ Kiyevin iştirakı olmadan həll edilməməlidir. Onun sözlərinə görə, Ukraynanın müstəqilliyini və suverenliyini təmin edən nizamlanmaya nail olmaq lazımdır.

Xatırladaq ki, dekabrın 2-də Olaf Şolts Kiyevdə olduğu zaman Rusiya Prezidenti Vladimir Putinə müraciətində Almaniyanın Kiyevə dəstəyini davam etdirəcəyinə söz verib. Bundan əlavə, o bildirib ki, Almaniya 2025-ci ildə Ukraynaya hava hücumundan müdafiə sistemləri, haubitsalar və döyüş helikopterləri də daxil olmaqla, silah tədarükünü davam etdirəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 595   Tarix: 07 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bir neçə şirkətlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhərində yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, gübrələrin və pestisidlərin satın alınması ilə bağlı tenderə yekun vurub. Qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalib

16:15 207
.

4 növ xərçəngin əsas səbəbi AÇIQLANDI

Artıq çəki təkcə zahiri görünüş problemi deyil, həm də təhlükəli xəstəliklərin inkişafı üçün risk amilidir. -ın xarici mediaya istinadla xəbərinə görə, Britaniyanın Cancer Research UK xeyriyyə təşkilatının alimləri bildiriblər ki, piylənmə onkoloji xəstəliklərin yaranması üçün əsas risk faktorlarında

20:00 54
.

Bir neçə gün geomaqnit qasırğası olacaq

12-18 yanvarda geomaqnit qasırğası olacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, proqnoz günlərində C sinif alışmanın baş verməsi ehtimalı 65%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 15%, X (R3) sinif alışmanı

17:29 144
.

Mənzurə Musayevanın qardaşı vəzifəsindən azad edildi

Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tutduğu vəzifədən azad edilib. "Report"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Hazırda baş həkim vəzifəsinə yeni təyinat yoxdur. Qeyd edək ki, M.Musayev müğənni Mənzurə Musayevanın qardaşıdır

11:05 458
.

"Coca-Cola" kosmetika kolleksiyasını təqdim edib

"Coca-Cola" şirkəti Braziliyanın "Bruna Tavares" brendi ilə əməkdaşlıq çərçivəsində dekorativ kosmetika xəttini təqdim edib. bu barədə "Daily Afisha"ya istinadən xəbər verir. Kolleksiyaya dırnaq, göz və dodaq üçün boyalar, parıldadıcı və balzamlar, tuş və digər aksesuarla

11:25 220
.

Sabah intensiv yağış yağacaq

Azərbaycanda yanvarın 13-də yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərd

13:46 309
.

Qəzza zolağında gərginlik: İsrail ordusu yeni plan hazırladı

İsrail ordusu Qəzza zolağında yeni quru əməliyyatı ilə bağlı plan hazırlayıb. xarici mediaya istinadən xəbər verir ki, bu qərara HƏMAS-ın hərbi imkanlarını, xüsusilə də zədələnmiş tunel infrastrukturunu bərpa etməsi barədə məlumatlar səbəb olub. Bundan əlavə, İsrail tərəfi hərəkatın yeni mənbələrdə

10:58 174
.

Bakıda məşhur mağazalar şəbəkəsi satılıb - İşçilərdən kütləvi şikayət

Bakıda fəaliyyət göstərən məşhur mağazalar şəbəkəsi satılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "MAPLE TRADING" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus "Grab Star" ərzaq və şirniyyat mağazalar şəbəkəsi yeni yaradılan "Grand Novatra" MMC-yə keçib. "MAPL

14:27 307
.

"Kale Seramik" rəhbərliyi qaydalara məhəl qoymur

Bakıda "Kale Seramik" mağazasının qarşısında piyadaların səkisində avtomobil saxlanması barədə xəbər vermişdik.1xeber.media xəbər verir ki, -ın qaynar xəttinə daxil olan görüntülərdə avtomobilin mağaza rəhbərliyinə məxsus olduğu bildirilirdi. Lakin görünən odur ki, sözügedən narazılıq şirkə

16:20 207
.

TOP MP3