"Suriyada kürd dövləti yarana bilər" - Politoloq

"Suriyada kürd dövləti yarana bilər" - PolitoloqDekabrın 8-nə keçən gecə Suriyada müxalifət qüvvələri noyabrın 27-də başlatdıqları hücum çərçivəsində Dəməşqi ələ keçiriblər. Suriya ordusunun komandanlığı isə zabitləri Bəşər Əsədin hakimiyyətinin başa çatması barədə xəbərdar edib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Turan Rzayev bildirib ki, Suriyada 2-ci vətəndaş müharibəsi ola bilər.Suriyadakı vəziyyət daha da çəkişmə halına girsə, kürdlər o ərazidə dövlətlərini yaratmağa çalışacaqlar. Hazırda buna çox yaxındılar:

"Suriyada Bəşər Əsəd rejimi süquta uğradı və bundan sonra nə olacağının müzakirəsi gedir. Əsəd Suriyada mərkəzi hakimiyyəti bərpa etməmişdi. O, müəyyən qisimdə öz hakimiyyətini davam etdirirdi. Bununla belə digər qüvvələrə nisbətən Əsəd bir güc mərkəzi idi. Onun yoxluğu Suriyada hakimiyyət uğrunda mübarizəni qızışdıracaq. Keçid hökumətinin başçısı seçilib. Amma bütün hallarda Suriyada vəziyyətin sabitləşdiyi mənasına gəlmir. Suriyada etnik,dini silahlı qruplaşmalar mövcuddur. Bu qruplaşmaların hamısını dəstəkləyən fərqli-fərqli böyük oyunçular var. Hələlik prosesin pərdəarxasında daha çox Türkiyə faktorunu görürük, amma Amerika və İsrail də böyük ehtimalla proseslərə müdaxilə edəcək. Xüsusilə kürd məsələsi Suriyadakı vəziyyəti daha da gərginləşdirə bilər. Bütün bu faktorlar Suriyadakı vəziyyətin gərginliyindən xəbər verir və hələki sabitlikdən danışmaq üçün çox tezdir. Hətta mümkündür ki, Suriyada 2-ci vətəndaş müharibəsi prosesi getsin. Çünki hələlik kövrək bir sistem var və bu sistemin dağılması istisna deyil.Türkiyə dəstəklədiyi müxalif qrup yanvar ayına qədər, Trampın gəlişinə qədər hakimiyyəti tam ələ keçirməyə çalışacaq. Bunun üçün Rojova kürdlərinin yaşadığı Deyr əz-Zor bölgəsinə girməyə çalışacaqlar. Əgər bunu bacarsalar, Suriyada sabitlikdən danışmaq olar. Böyük ehtimalla bacarmayacaqlar. Türkiyə əvvəllər də əməliyyat etmək istəyib,ABŞ buna icazə verməyib. Bu baş verməsə, Suriyadakı vəziyyət daha da çəkişmə halına girsə, kürdlər o ərazidə dövlətlərini yaratmağa çalışacaqlar. Hazırda buna çox yaxındılar. Amerika onlara dəstək verə bilər.Çünki burada əsas məsələ odur ki, Amerika regionda yeni dövlətlərin olmasını istəyir. Xüsusilə regionda bir kürd dövləti planı mövcuddur. Bu, İraqda da, Suriyada da ola bilər. Amma indiki məqamda Suriyada daha yaxın görünür. Suriyanın şimal şərqində kürd dövləti yaranma ehtimalı var. Bunu İsrail də istəyir. Beləliklə, regionda İsraildən sonra Amerikanın ikinci müttəffiqi yaranacaq".

Şəbnəm Lətifi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1266   Tarix: 09 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.