Şərqi Afrika yeni qitəyə çevriləcək - Alimlərdən XƏBƏRDARLIQ

Şərqi Afrika yeni qitəyə çevriləcək - Alimlərdən XƏBƏRDARLIQAlimlər Afrika qitəsinin iki hissəyə bölünməsi müddətini yenidən nəzərdən keçiriblər. Onların məlumatına görə, bu proses əvvəlcə düşünüldüyündən daha erkən baş verə bilər.

BAKU.WS xəbər verir ki, Kaliforniya Universitetinin professoru Ken Makdonaldın dediyinə görə, qlobal fəlakət 1-5 milyon il ərzində baş verə bilər, halbuki əvvəllər bu prosesin on milyonlarla il davam edəcəyi güman edilirdi.

2005-ci ildə Efiopiyanın səhrasında uzunluğu təxminən 56,5 kilometr olan bir çat yaranıb və o vaxtdan bəri hər il təxminən 1,5 sm sürətlə genişlənir.

Makdonaldın sözlərinə görə, fəlakət nəticəsində Hind okeanının suları hazırda Şərqi Afrika Rift Vadisinin yerləşdiyi ərazini basacaq. Afrikanın parçalanması nəticəsində Yerdə yeni qitə və okean yaranacaq. Əgər ora su dolarsa, bu okean Atlantik okeanı qədər dərin ola bilər.

Beləliklə, alim yeni qitənin Somali, Keniya, Tanzaniya və Efiopiyanın yarısını əhatə edəcəyini bildirib. Bu qitəyə ehtimal ki, Nubiya qitəsi adı veriləcək.

"Nəticədə Şərqi Afrika yeni bir okeanla qitənin qalan hissəsindən ayrılaraq müstəqil bir qitəyə çevriləcək", - deyə professor yekunlaşdırıb.

Parçalanma Şərqi Afrika Rift sistemi ilə bağlıdır. Bu, təxminən 22 milyon il əvvəl qitənin Böyük gölləri yerləşən bölgəsində yaranmış uzunluğu 3 min kilometrdən çox olan çatdır. Bu ərazidə Somali və Nubiya tektonik plitələri yerləşir və onlar bir-birindən aktiv şəkildə uzaqlaşır.

Hələ 2020-ci ildə ABŞ və Böyük Britaniyadan olan alimlər Şərqi Afrikadakı tektonik çatlar nəticəsində yeni okeanın yaranacağını proqnozlaşdırırdılar. Onlar bunun təxminən 5-10 milyon il ərzində baş verəcəyini və Ərəbistan, Somali və Afrika tektonik plitələrinin hərəkəti nəticəsində mümkün olacağını bildirirdilər.

Oxşar məlumatlar 2023-cü ildə "The Economic Times" qəzetində dərc olunmuşdu. Qeyd edilirdi ki, qitənin parçalanması nəticəsində dənizə çıxışı olmayan ölkələr, məsələn, Zambiya və Uqanda, öz sahil xətlərinə sahib ola biləcəklər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 891   Tarix: 24 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənib

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbiri açıq ela

14:31 325
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

13:08 212
.

Azərbaycanda "Rəqəmsal rabitə" informasiya sistemi yaradılır - Fərman

Azərbaycanda "Rəqəmsal rabitə" informasiya sistemi yaradılacaq və bununla əlaqədar bir sıra məsələlər tənzimlən​əcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, "Rəqəmsal rabitə" informasiya sistemi yaradılıb və "Rəqəmsa

12:33 175
.

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki

17:03 105
.

"Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib. "Ölkəmizin ikitərəfl

12:39 187
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

14:34 138
.

"Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliye

15:18 141
.

"44" filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib - Video

"44" bədii filminin musiqisi də ekran əsərinin özü kimi dinləyicilərin qəlbinə toxunur. "Qafqazinfo" xəbər verir ki, filmin saundtrekinin hazırlanması beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilib. Musiqinin ilkin yazısı ABŞ-ın "New York Production Studios" studiyasınd

16:24 140
.

Əliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirilib. Azərbaycan Prezidentinin Qazaxıstana

16:29 120
.