Niyam saxta sənədlərlə aldadıldığını iddia edir - 500 minlik qalmaqal
Adı 21 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə hallanan müğənni Niyam Salaminin 500 000 manat borcunu ödəyə bilmədiyi üçün keçmiş şəriki tərəfindən məhkəməyə verilməsi ilə bağlı məsələnin bəzi təfərrüatı məlum olub.
BiG.AZ xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlama verən N.Salaminin vəkili Azər Xudiyev qarşı tərəfin iddialarının doğru olmadığını bildirib.
Hüquqşünas N.Salaminin məhkəmədə imzasını əvvəlcə təsdiq edib, sonra isə dəyişdirdiyi ilə bağlı iddiaların qətiyyən doğru olmadığını, birinci instansiya məhkəməsində və apellyasiya şikayəti zamanı şahidlərin dindirilməsi və imzanın düzgünlüyünün yoxlanması üçün texniki ekspertizaya göndərilməsi üçün vəsatət qaldırdıqlarını bildirib:
"Birinci instansiya məhkəməsində də biz şahidlərin dindirilməsini tələb etdik və vəsatət qaldırdıq ki, kağızın üzərindəki xətt texniki ekspertizaya göndərilsin. Həmin vaxtı Niyam bəyin hüquqi işlərini görən Xətai adlı şəxs, soyadını bilmirəm, üç-dörd ədəd A4 formatındakı ağ, boş kağıza imza atdırıb Niyam bəyə. Bu barədə o özü apellyasiya məhkəməsində də ifadə verdi, hətta dedi ki, biz müğənnilərlə işləyirik deyə üç-dörd ağ vərəqə imza atdırırıq ki, özləri burada olmayanda, qastrol səfərində və ya toyda olanda restoran işində onun əvəzindən müqavilələrin üstünü yazırıq, doldururuq, bağlayırıq. Xətai bəy işdən ayrılanda isə Niyam bəyin bütün sənədləri ilə birlikdə bu imzalı boş kağızları da verib Tural bəyə. Sonradan Tural götürüb Niyamın adından həmin o imzalı ağ kağızın üzərinə öz istədiyi kimi mətn yazıb ki, "500 000 manat almışam və mən onu aybaay qaytarmağı öhdəmə götürürəm". Bu, tamamilə cəfəngiyyatdır, əsassızdır".
A.Xudiyev onu da vurğulayıb ki, Şirvan Kommersiya Məhkəməsi onların qaldırdıqları vəsatəti qəbul etməyib:
"Bizim ekspertiza və şahidlərin dindirilməsi ilə bağlı vəsatətimiz qəbul edilmədi. Biz də apellyasiya şikayəti verdik və apellyasiya şikayəti zamanı hakimlərin nəzərinə çatdırdıq ki, şahidlərimiz var. Həmin məhkəmədə Niyam bəyin əvvəlki vəkili Xətai özü və guya 500 000 manatlıq müqavilə imzalananda orada olduqları deyilən şahidlər də iştirak edirdilər və şahidlər müqavilə ilə bağlı deyilənlərin tamamilə əsassız olduğunu söyləyərək, bildirdilər ki, Niyamın yanında ancaq icarə müqavilələri imzalananda olublar və onların yanında Niyam ancaq ağ kağıza imza atıb.
Hakimlər də belə qərara gəldilər ki, bu məsələ şübhə doğurduğu üçün iş texniki ekspertizaya getməlidir. Beləcə, apellyasiya məhkəməsində vəsatətimiz təmin olundu və materiallar ekspertizaya göndərildi. Hazırda xəttin müəyyənləşdirilməsi texniki ekspertizada olduğu üçün biz cavab gözləyirik. Yəni bu proses bağlanmayıb, davam edir" deyə, hüquqşünas bildirib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFahriye Karan üçün 15 dayə dəyişdi
Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"
16.09.2021 2609 41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO
Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb
16.09.2021 6043 Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB
Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"
17.09.2021 4147 Pandemiyada ikinci restoranını açdı
Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını
17.09.2021 3697 Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı
Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl
16.09.2021 2059 "Bu missiyam da tamamlandı" - Afaq Gəncəli
"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd
16.09.2021 1999 "Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"
"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə
16.09.2021 3763 "Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16.09.2021 2120 Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR
Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:
17.09.2021 3949