Azərbaycanda iş qrafiki dəyişdiriləcək? - MÜHÜM AÇIQLAMA

Azərbaycanda iş qrafiki dəyişdiriləcək? - MÜHÜM AÇIQLAMABakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən qrafikə əsasən tənzimlənəcək. Bu məsələdə iş saatları ilə bərabər, istirahət günlərinin dəyişdirilməsi də real hesab edilir.

Bakıda bəzi sahələr üzrə iş qrafikinin dəyişdirilməsi gündəmdədir. Belə ki, paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan 2025-2030-cu illər üçün Dövlət Proqramında tıxacların aradan qaldırılması məqsədilə müəyyən işlərin görülməsi nəzərdə tutulub. Bu işlərdən biri də Bakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən iş qrafikinə əsasən tənzimlənməsidir. 2025-2026-cı illərdə dövlət və özəl sektorun, eləcə də təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi planlaşdırılır. Qeyd edək ki, bu yanaşma ABŞ, Avropa, Türkiyə və Rusiyada artıq geniş şəkildə tətbiq olunur və Bakıda həyata keçiriləcək dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır.

BiG.AZ "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Bu sistem effektli bir mexanizmdir"

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, yeni qərarda iş saatlarının həcmi eyni qalmaqla, yalnız vaxtlarda dəyişiklik ediləcək:

"Gözlənilir ki, işə başlama və iş vaxtının bitməsi saatları fərqli olacaq. Bu zaman bütün təşkilatlarda 9:00-18:00 iş rejimi tətbiq edilməyəcək. Müəssisənin, yaxud qurumun fəaliyyət göstərdiyi sektordan asılı olaraq, iş saatı müəyyənləşdiriləcək. Əmək Məcəlləsinə uyğun səkkiz saatlıq iş rejimi tətbiq ediləcək. Yəni yeni qərar iş saatlarının uzadılması və ya qısaldılması mənasında başa düşülməməlidir. Sadəcə, iş saatları dəyişdiriləcək".

V.Bayramovun sözlərinə görə, fərqli iş saatlarının tətbiq edilməsi bütövlükdə dövlət proqramının istiqamətlərindən biridir:

"Bunun tətbiqi ölkəmiz üçün vacibdir. Avropa ölkələrinə diqqət yetirsək görərik ki, onlarda da dövlət qurumları, özəl sektor, eyni zamanda, xidmət sahələri üzrə fərqli iş saatları tətbiq edilir. Buraya təhsil müəssisələri də daxildir. Azərbaycanda da buna bənzər praktikanın tətbiq edilməsi məqsədəuyğundur. Çünki bu, hər gün qarşılaşdığımız tıxacın, sıxlığın aradan qaldırılması baxımından çox vacibdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda demək olur ki, bu sistem effektli mexanizmdir. Bununla yanaşı, məsələnin həlli üçün digər tədbirlərin görülməsinə də ehtiyac var. Paralel aparıldığı zaman effektivlik qat-qat artacaq".

"İş yerləri təsnifatlaşdırılmalıdır"

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə düşünür ki, iş saatlarının dəyişdirilməsi üçün hərtərəfli monitorinqlər keçirilməli, iş yerləri təsnifatlaşdırılmalı, işçilərin sayca çox olduğu müəssisələr müəyyənləşdirilməli, onlarda iş rejimi müəyyən olunmalıdır:

"Bütün bu proseslərdən sonra işəgötürənlərlə razılaşdırılaraq iş rejimi müəyyən edilə bilər. Bu prosesin bəzi iş yerlərində bir saat tez, bəzisində bir saat gec həyata keçirilməklə tətbiqi mümkündür. Belə olan halda düşünürəm ki, tıxacları tənzimləmək mümkün olacaq".

S.Məmmədovun fikrincə, digər məsələlər də nəzarətə götürülərsə, nəticə daha ürəkaçan olacaq:

"Bu, kompleks tədbirlər çərçivəsində həyata keçirilməlidir ki, effektli olsun. Əsasən təhsil müəssisələrində mümkün tənzimləmələr olmalıdır. Təhsil müəssisələri ilə bağlı xüsusi konsepsiya var. Hansı ki, bununla bağlı müəyyən işlərin görülməsi nəzərdə tutulub. Amma tıxacı yaradan məktəblərdir. Bəzi məktəblərin qarşısında maşınların saxlanılması və sair kimi məsələlər vəziyyəti daha da çətinləşdirir. O səbəbdən, bu kimi digər məqamlar da nəzarətə götürülməlidir".

"Bəzi müəssisələr fərqli iş rejimi tətbiq edirlər"

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilovun sözlərinə görə, qanunda iş saatlarının 9:00-18:00 olması ilə bağlı heç bir tələb mövcud deyil:

"Qanunvericiliyin tələblərinə görə vətəndaş gündəlik səkkiz, həftəlik 40 saatdan çox olmayan iş rejimində çalışmalıdır. Amma bu saatların nə zaman olması bildirilmir. Düzdür, bəzi kiçik müəssisələr var ki, hazırda da fərqli iş rejimini tətbiq edirlər. Lakin onların da sayı çox az olduğundan, bu, pik saatlarda sıxlığın azalmasına təsir etmir".

N.Xəlilov yeni qaydaların necə tənzimlənəcəyinə də aydınlıq gətirdi:

"Məsələn, bəzi müəssisələrdə iş saatı 10:00-19:00 aralığındadır. Bəziləri 8:00-17:00 olaraq təyin edir. Əgər bu, digər yerlərə də aid edilsə, hər bir müəssisə üçün iş saatı müəəyənləşdiriləcək. Bu halda da işçilərin əmək müqavilələrinə müvafiq dəyişikliklər ediləcək. Bəzi müəssisələrdə, xüsusən də dövlət müəssisələrində iş saatları qrafiklə bölüşdürüləcək. Hər bir sahəyə aid peşələrin işə başlama və bitirmə saatları fərqli olacaq".

İstirahət günlərini də dəyişmək mümkündür

Ekspertin fikrincə, iş saatları dəyişdiyi zaman həftə sonu istirahət günlərini də dəyişmək mümkün ola bilər:

"Çünki bununla bağlı da qanunvericilikdə heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Bəzi müəssisələr fərqli istirahət günləri müəyyən edə bilər. Bu da şəhərin yükünün azalmasına fayda verəcək. İstirahət günlərinin dəyişməsi insanlar üçün də sərfəlidir. Elə insanlar var ki, həkimə getməli, yaxud hansısa qurumda işlərini həll etməlidirlər. Lakin işdən icazə almaları çətindir. Həftəsonu bir çox müəssisələr çalışmır, banklar işləmir, səhiyyə sahəsində də ixtisaslı həkimlər həmin günlərdə istirahətdə olur, yalnız növbətçi həkimlər fəaliyyət göstərirlər. Belə olan halda şəxs işini həll edə bilmir. Amma bu kimi dəyişikliklər insanlara işdən əlavə digər məsələlərini də həll etmək üçün şərait yaradacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 797   Tarix: 08 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Düzgün ətiri necə seçmək olar?

Ətir təkcə xoş qoxu deyil, həm də insanın zövqünü, xarakterini və üslubunu əks etdirən vacib detal hesab olunur. Lakin bazarda minlərlə fərqli ətir növünün olması seçim prosesini çətinləşdirir. Bir çox insan qoxusunu bəyəndiyi ətri aldıqdan sonra onun dərisində fərqli hiss edildiyini və ya qalıcılığını

17:26 197
.

Qızıl ucuzlaşdı - Son qiymətlər açıqlandı

Qlobal əmtəə bazarlarında qızıl və gümüşün qiymətlərində eniş qeydə alınıb. Birja göstəricilərinə əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçersləri 0,61% ucuzlaşaraq 4 126,4 ABŞ dollarına düşüb. Gümüş də eyni dinamikanı nümayiş etdirib

18:15 156
.

Tramp: Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq

ABŞ Prezidenti Donald Tramp husilərin yenidən gəmilərə hücum etməsi halında buna görə İranın məsuliyyət daşıyacağını bildirib. APA xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Bir il əvvəl ABŞ husilərin ticarət və kommersiyaya mane olmaq üçü

19:45 144
.

Köhnə binaların söküntüsü mənzil qiymətlərini daha da bahalaşdıracaq? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakının müxtəlif ərazilərində köhnə yaşayış binalarının söküntüsü davam edir. Bu proses şəhərin yenilənməsi və qəzalı tikililərin əvəzlənməsi baxımından əhəmiyyətli hesab olunsa da, daşınmaz əmlak bazarına mümkün təsirləri də müzakirə olunur. Xüsusilə söküntü aparılan ərazilərdə mənzilə tələbatın artmasını

12:21 434
.

Daha bir Türkiyə gəmisi vuruldu - Ölən və yaralılar var

Qara dənizdə Türkiyə gəmisinə dron hücumu nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb. Məlumata görə, İstanbul limanında qeydiyyatdan keçmiş "Mv Reyhan Sarı" gəmisi kömür yükü ilə Tamandan Trabzona gedirdi. Qeyd olunur ki

18:45 195
.

Moskva şəhərində hərbi təyyarə qəzaya uğrayıb

Rusiyanın Moskva şəhərinin Odintsovo rayonunda hərbi təyyarənin qəzaya uğradığı bildirilir. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, pilot qəza zamanı katapult edərək xilas olmağı bacarıb. Hadisənin başvermə səbəbləri və təyyarənin hansı modelə aid olduğu hələlik açıqlanmayıb

14:28 209
.

Problemli kreditlər 25% artdı - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda problemli kreditlərin həcmində artım yenidən diqqət mərkəzinə düşüb. Azərbaycan Mərkəzi Bankının son statistikası göstərir ki, bu il iyunun 1-nə vaxtı keçmiş kreditlərin məbləği 635,4 milyon manata çatıb. Bu göstərici ilin əvvəli ilə müqayisədə 21,15 faiz, son bir illə müqayisədə isə 2

12:43 209
.

Süni intellekt uğrunda rəqabət niyə yeni mərhələyə keçir?

The Washington Post yazır ki, süni intellekt sahəsində rəqabət artıq təkcə texnologiya şirkətləri arasında deyil, dövlətlər arasında da strateji yarışa çevrilib. Son aylarda açıq mənbəli (open-source) böyük dil modellərinin sürətlə yayılması bazarda balansı dəyişdirib. Əvvəllər yalnız böyük şirkətləri

15:59 183
.

Hindistanda güclü daşqınlar: ölənlərin sayı 41 nəfərə çatdı

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında güclü yağışlar daşqınlarla nəticələnib. xəbər verir ki, bu barədə "Hindistan Tayms" məlumat yayıb. Hadisə nəticəsində ölənlərin sayı 41-ə yüksəlib. Daşqınlar ştatın 25 rayonunda 727 mindən çox insana təsir edib. 100-dən çox şəxsin itkin düşdüy

21:30 1
.

TOP MP3