Evində pişik saxlayan insanlarda insult və ya infarkt riski azalır - ARAŞDIRMA

Evində pişik saxlayan insanlarda insult və ya infarkt riski azalır - ARAŞDIRMAEvdə pişik saxlamaq yalnız xoş əhvali-ruhiyyə və ünsiyyət demək deyil. Araşdırmalar göstərir ki, pişiklərlə yaşamaq ürək-damar sağlamlığı, uşaqların inkişafı və psixoloji vəziyyətlə müəyyən əlaqələrə malik ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Minnesota Universitetinin mütəxəssisləri təxminən 4 min amerikalını 10 il ərzində müşahidə ediblər. Məlumatlara görə, evində pişik saxlayan insanlarda insult və ya infarkt riskinin təxminən 30 faiz aşağı olduğu qeydə alınıb. Bununla belə, tədqiqat pişiyin birbaşa olaraq ürək-damar xəstəliklərinin qarşısını aldığını sübut etmir.

Söhbət yalnız müşahidə olunan əlaqədən gedir. Pişiklərin mırıltısı da alimlərin diqqətini çəkən məqamlardandır. Bildirilir ki, təxminən 20-30 Hz tezlikli vibrasiyalar sümük, əzələ və vətərlərə müsbət təsir göstərə bilər.

Pişiklə böyüyən uşaqlarda da müəyyən faydalar müşahidə oluna bilər. Erkən yaşlardan ev heyvanı ilə ünsiyyət sosial bacarıqların inkişafına kömək edə, heyvana qulluq isə uşaqlarda məsuliyyət hissini formalaşdıra bilər.

Bəzi araşdırmalarda uşağın həyatının ilk ilində ev heyvanları ilə təmasının gələcəkdə müəyyən allergik reaksiyaların yaranma riskinin azalması ilə əlaqəli ola biləcəyi qeyd edilir. Eyni zamanda, heyvanlarla böyüyən uşaqların immun sistemində də müəyyən fərqlər müşahidə oluna bilər.

Pişiklərin insanın psixoloji vəziyyətinə də müsbət təsir göstərə biləcəyi bildirilir. Onlar stressli və çətin dövrlərdə sahibinə emosional dəstək verə, tənhalıq hissini azalda bilərlər. İnsanlar ev heyvanları ilə ünsiyyət zamanı hisslərini daha rahat ifadə edə bilirlər.

Heyvan davranışları üzrə araşdırmalar göstərir ki, pişiklər də sahiblərinə bağlılıq formalaşdıra bilirlər. Yaxşı münasibət olduqda pişik insanı öz mühitinin vacib hissəsi kimi qəbul edə və onunla davamlı emosional əlaqə yarada bilər. Maraqlı məqamlardan biri də ev heyvanlarının tanışlıqlara təsiridir. Bəzi sosioloji araşdırmalarda qadınların ev heyvanı saxlayan kişilərə daha çox diqqət yetirdiyi qeyd olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 128   Tarix: 14 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi

Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. "Qafqazinfo"nun məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaiti

11:52 342
.

Azərbaycan-Laos arasında yeni əməkdaşlıq imkanları və perspektivlər

Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməs

12:00 187
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib

17:39 174
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

12:39 353
.

Bakıda "Kəlağayı" yürüşü - Video

Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib

15:11 294
.

Uşaqlığı əlindən alınan qızlar: erkən nikahın pərdəarxası və susdurulan həyat faciələri

"Bir qız uşağının əlindən oyuncaqlarının alınması, məktəb arzularının yarımçıq qoyulması, gələcək peşəsi barədə düşünmək imkanının məhdudlaşdırılması və hələ uşaqlıq dövrünü başa vurmamış ailə məsuliyyətinin altına salınması insan taleyinə vurulan ən ağır zərbələrdən biridir. Dünyanın müxtəlif bölgələrind

14:25 223
.

QIZ UŞAQLARININ UŞAQLIĞINI KİM ƏLİNDƏN ALIR? İran, Əfqanıstan və bəzi ərəb ölkələrində erkən nikahın acı həqiqətləri

Azyaşlı qızların ərə verilməsi, susdurulan səslər, yarımçıq qalan təhsil və məhv edilən gələcəklər: hansı ənənə uşağın hüququndan üstün ola bilər?. Bir qız uşağı hələ məktəb partasında oturmalı, kitab oxumalı, gələcəyi barədə xəyallar qurmalı, dostları ilə oynamalı və həyatın gözəlliklərini kəşf etməlidir

14:12 206
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

19:42 91
.

ChatGPT artıq hər fikrinizlə razılaşmayacaq

OpenAI ChatGPT-nin istifadəçilərlə avtomatik razılaşmasını və onları yersiz tərifləməsini azaltmaq istəyir. Məqsəd çat-botun səhv fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və daha obyektiv cavablar verməsidir. xarici mediaya istinadla xəbər verir ki, şirkət süni intellektin istifadəçiyə həddində

19:45 98
.