300 il əvvəlki romanda süni intellektin yaranacağı proqnozlaşdırlıb: məşhur yazıçı nəyi təsvir edib?
Conatan Sviftin 300 il əvvəl nəşr olunan "Qulliverin səyahətləri" romanı müasir süni intellekt texnologiyalarını xatırladan bir ixtiranın təsvirinə görə yenidən diqqət mərkəzinə düşüb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 1726-cı ildə ilk dəfə nəşr olunan əsərdə təsvir edilən qurğulardan birinin müasir süni intellektə əsaslanan çatbotlarla gözlənilməz oxşarlığı üzə çıxıb. Yazıçı əsərində mətnləri avtomatik yaradan mexanizmi təsvir edib.
Romanın üçüncü hissəsində baş qəhrəman Laqado şəhərindəki Böyük Akademiyaya düşür. Burada alimlər qeyri-adi, bəzən isə tamamilə absurd layihələr üzərində çalışırlar. Eyni zamanda şəhər əhalisi yoxsulluq içində yaşayır.
Akademiyada təqdim olunan ixtiralardan biri taxta və məftillərdən hazırlanmış böyük mexaniki qurğudur. Bu maşın savadlı müəllifin iştirakı olmadan mətnlər yaratmaq üçün nəzərdə tutulub. İxtiraçının fikrincə, qurğu xüsusi təhsili olmayan istənilən şəxsə fəlsəfə, riyaziyyat, siyasət, hüquq və digər elm sahələrində kitablar yazmağa imkan verməli idi.
Mexanizm sözlərin təsadüfi qaydada yerlərinin dəyişdirilməsi prinsipi ilə işləyirdi. Şagirdlər yaranan söz birləşmələrini nəzərdən keçirir, cümlə əmələ gətirə biləcək hissələri seçir və onları katiblərə ötürürdülər. İxtiraçı ümid edirdi ki, zaman keçdikcə bu üsulla bütün elm sahələrinə aid bilikləri toplamaq mümkün olacaq.
Romanda təsvir edilən qurğu müxtəlif mətn birləşmələri yarada bilsə də, onların mənasını anlamır və təqdim olunan məlumatların doğruluğunu müstəqil şəkildə yoxlaya bilmirdi.
Bununla belə, ixtiraçı praktiki faydası sübut olunmayan layihəsini genişləndirmək üçün böyük maliyyə vəsaiti cəlb etməyə çalışırdı. O, belə maşınlardan 500 ədəd hazırlamağı planlaşdırırdı.
Əsərdə Mars planetinin iki peykinin mövcudluğundan da bəhs olunur. Halbuki roman yazılarkən həmin peyklər astronomlara hələ məlum deyildi.
Marsın Fobos və Deymos adlı peykləri yalnız 1877-ci ildə, yəni "Qulliverin səyahətləri" romanının nəşrindən 151 il sonra kəşf edilib. Svift əsərində hətta onların planet ətrafında hərəkətinə dair təxmini göstəricilər də təqdim edib.
Ancaq bu uyğunluğun da elmi izahı var. Yazıçı Kepler qanunları və dövrünün astronomik tədqiqatları ilə tanış idi. Buna görə də o, mövcud elmi qanunauyğunluqlara əsaslanaraq Marsın peyklərinin ola biləcəyini ehtimal etmişdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 127 Tarix: 14 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama
"Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur". xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında deyilir. Bildirili
11:03 182 İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın siyasi, iqtisadi və geosiyasi transformasiyasının əsas mərhələləri
"2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 23 ili tamam olur. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı idi. Həmin tarixdən etibarən Azərbaycanın dövlət idarəçiliyi, iqtisad
12:12 203 Sergey Lavrov sabah Bakıya gəlir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Tədbir çərçivəsində AQEM-in gələcək inkişafı, o cümlədən onu
13:08 212 Azərbaycan-Laos arasında yeni əməkdaşlıq imkanları və perspektivlər
Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməs
12:00 186 TRACTOR FC-dən İrandakı türklərin hüquqları ilə bağlı paylaşım: "Niyə söhbət İrandan gedəndə susursunuz?"
İranın "Traktor" futbol klubunun adı ilə fəaliyyət göstərən "TRACTOR F.C." sosial şəbəkə səhifəsində Türkiyədə Azərbaycanla bağlı baş örtüyü müzakirələrinə sərt reaksiya verilib. Paylaşımda İranda yaşayan milyonlarla türkün ana dilində təhsil hüququ məsələsi gündəmə gətirilib. xəbə
17:14 155 Dost münasibətlər iqtisadi imkanlara yol açır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əks etdirən mühü
12:00 187 Vahid məktəbli forması ətrafında kampaniya: YAP-ın mövqeyi və Azərbaycan-Türkiyə parlamentlərarası həmrəyliyinin siyasi mesajı
"Vahid məktəbli formasının tətbiqi ətrafında aparılan müzakirələr artıq təkcə təhsil məsələsi deyil, cəmiyyətdə sosial bərabərlik, milli-mənəvi dəyərlər, uşaqların gələcəyi və informasiya təhlükəsizliyi baxımından da diqqət mərkəzindədir. Yeni Azərbaycan Partiyasının (YAP) mövqeyi və Milli Məclisi
11:28 175 ChatGPT artıq hər fikrinizlə razılaşmayacaq
OpenAI ChatGPT-nin istifadəçilərlə avtomatik razılaşmasını və onları yersiz tərifləməsini azaltmaq istəyir. Məqsəd çat-botun səhv fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və daha obyektiv cavablar verməsidir. xarici mediaya istinadla xəbər verir ki, şirkət süni intellektin istifadəçiyə həddində
19:45 1 Azərbaycan-Laos münasibətləri inkişafdadır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında
12:36 222