Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan TƏHLÜKƏDƏ
Qahirədə bir araya gələn 5 ərəb ölkəsi - Səudiyyə, BƏƏ, Qətər, Misir və İordaniyanın xarici işlər nazirləri ABŞ Prezidenti Donald Trampın fələstinliləri Qəzzadan deportasiya etmək planına etiraz olaraq ABŞ dövlət katibi Marko Rubioya ortaq məktub göndəriblər. Məktubda qəzzalıların köçürülməsinin regiondakı böhranı və çaxnaşmanı dərinləşdirəcəyi bildirilir, bunun yerinə Qəzzanın sürətli bərpasına və İsraillə Fələstinin birlikdə mövcud olduğu ikidövlətli həll yoluna Tramp tərəfindən dəstək verilməsi barədə çağırış edilir.
Ekspertlər Trampın planını "ölü doğulmuş uşaq" adlandırırlar. Hətta bunun yeni Ərəb-İsrail müharibəsinə səbəb olacağı da deyilir.
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqarlı deyib ki, Trampın bu fikirlərinin həyata keçirilməsi praktiki olaraq mümkün deyil:
"Bunun bir sıra səbəbləri var:
Birincisi, 1 milyon 800 min insan öz torpaqlarını tərk etmək niyyətində deyil. Onlar indiyədək İsrailin dəhşətli hücumlarından qorxmayaraq öz vətənlərini tərk etməyiblər. Demək olar ki, hər ailədən itki verən qəzzalılar dirəniş göstərirlər. Bunun həyata keçirilməsi üçün 1 milyon 800 min insanı məhv etmək lazımdır. Təbii ki, bu da mümkün deyil. Digər tərəfdən qəzzalıların sürgün edilməsi o deməkdir ki, HƏMAS üzvləri də onlarla bərabər qonşu ölkələrə köç etməlidir.
Misir isə buna qəti etiraz edir və HƏMAS-ı Misirin təhükəsizliyinə təhdid hesab edir. Yəni Misir indiyədək bu səbəbdən qəzzalıların Misirə köç etməsinə qarşı çıxır. İordaniya da buna kəskin etirazını bildirib və bu təklifi heç bir halda qəbul etməz. Çünki İordaniya ilə Fələstin arasında tarixi ziddiyyət var. Trampın açıqlaması spontan söylənilən ifadədir və əsası yoxdur, praktiki mexanizmləri yoxdur. Əlbəttə Tramp Yaxın Şərq üzrə mütəxəssis deyil və orada bu problemi öz düşüncəsi ilə həll edə bilməz".
Siyasi şərhçi qeyd edib ki, bu, Netanyahunun fiaskoya uğramış planının bir hissəsidir və həyata keçirilməsi mümkünsüzdür:
"Tramp üçün prioritet istiqamətlər ABŞ-ın daxili iqtisadi problemlərini həll etmək və müharibələrə girməməkdir. Bu planın reallaşması İsrailin təkbaşına həll edəcəyi məsələ deyil. Bunun üçün ABŞ birbaşa müharibəyə girməli və İsrailə limitsiz dəstək verməlidir. Buna isə ABŞ-ın iqtisadi imkanları və geosiyasi vəziyyəti imkan vermir. Digər tərəfdən, Tramp da çox yaxşı anlayır ki, Netanyahunun siyasi karyerası bitib və onu İsraildə ciddi problemlər gözləyir. Netanyahunun hakimiyyətdən getməsi ilə bu problemlər də yoxa çıxacaq".
Ə.Zülfüqaroğlu vurğulayıb ki, adıçəkilən ərəb ölkələri ilə yanaşı Türkiyə də buna kəskin etirazını bildirib:
"ABŞ hökuməti Türkiyə və Səudiyyə Ərəbistanı ilə münasibətlərinin normal olmasına çalışır. Bu baxımdan Trampın açıqlaması ilə ABŞ-ın bu istiqamətdə yürüdəcəyi siyasətin tərs mütənasib olacağını düşünürəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 580 Tarix: 09 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsrail Hizbullahın mövqelərinə hava zərbələri endirib
İsrail ordusu Livanın cənubunda Hizbullah terror təşkilatına məxsus olduğu bildirilən hədəflərə hava zərbələri endirib. İsrail tərəfi bildirib ki, əməliyyat zamanı Hizbullah terror təşkilatının hərbi infrastrukturu və silahlı qrup üzvləri hədəfə alınıb. Zərbələrin qruplaşmanın fəaliyyətinin qarşısın
15:47 189 Düzgün ətiri necə seçmək olar?
Ətir təkcə xoş qoxu deyil, həm də insanın zövqünü, xarakterini və üslubunu əks etdirən vacib detal hesab olunur. Lakin bazarda minlərlə fərqli ətir növünün olması seçim prosesini çətinləşdirir. Bir çox insan qoxusunu bəyəndiyi ətri aldıqdan sonra onun dərisində fərqli hiss edildiyini və ya qalıcılığını
17:26 197 İranın Mərkəzi Kəşfiyyat İdarəsinin obyektlərinə hücumları Rusiyanın mümkün rolu ilə bağlı suallar doğurur
ABŞ kəşfiyyatı ilə tanış olan dörd mənbə bildirib ki, İranın Körfəzdəki Mərkəzi Kəşfiyyat İdarəsinin obyektlərinə dron hücumları ABŞ kəşfiyyat analitiklərini Rusiyanın hədəf məlumatı və ya qabaqcıl dron texnologiyası ilə təmin edib-etmədiyini araşdırmağa sövq edib. BİG.AZ Reuters-ə istinadən xəbər veri
11:09 382 Problemli kreditlər 25% artdı - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda problemli kreditlərin həcmində artım yenidən diqqət mərkəzinə düşüb. Azərbaycan Mərkəzi Bankının son statistikası göstərir ki, bu il iyunun 1-nə vaxtı keçmiş kreditlərin məbləği 635,4 milyon manata çatıb. Bu göstərici ilin əvvəli ilə müqayisədə 21,15 faiz, son bir illə müqayisədə isə 2
12:43 209 İyulun pensiya ödənişi yekunlaşdı
Respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə iyul ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyi
12:02 427 Hovuzlarda su kifayət qədər təmizlənirmi? - DERMATOLOQDAN AÇIQLAMA
Yay mövsümündə havaların isti keçməsi ilə əlaqədar hovuzlara üz tutanların sayı əhəmiyyətli dərəcədə artır. Lakin sərinləmək və istirahət etmək məqsədilə istifadə olunan hovuzlarda suyun gigiyenik vəziyyəti hər zaman müzakirə mövzusu olaraq qalır. Suyun lazımi qaydada təmizlənməməsi və dezinfeksiya olunmamas
16:52 211 Salyanda müəmmalı hadisə: Çoban 84 qoyunla yoxa çıxdı
Salyan rayonunda 26 yaşlı gəncin heyvanlarla birlikdə yoxa çıxmasının bəzi təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, həmin şəxs heyvanları özü aparıb. Ümumilikdə itdiyi iddia olunan xırdabuynuzlulardan 54-ü qoyun, 30-u keçi olub. 71 baş heyvan tapılsa da, məlum olub ki, R.Rüstəmov 14 baş heyvan
11:11 548 Səhnəmizin Florası 85 yaşında...
Bu gün Xalq artisti Flora Kərimovanın doğum günüdür. "Qafqazinfo" 85 yaşını qeyd edən sənətkarla əlaqə saxlayıb. Xalq artisti bildirib ki, ad gününü ailəsi ilə birlikdə qeyd edəcək: "Özümü yaxşı hiss edirəm. Hazırda evdəyəm, istirahət edirəm. Doğum günümü ailəmlə, yaxınlarımla birlikd
15:22 216 SON DƏQİQƏ: ABŞ İranı bombalayır
ABŞ ordusu İran ərazisinə növbəti hava hücumları həyata keçirib. Məlumata görə, bu, ABŞ-ın İrana qarşı apardığı əməliyyatların ardıcıl 13-cü gecəsidir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, zərbələr zamanı İranın hərbi obyektləri, o cümlədən raket, dron və hava hücumundan müdafiə sistemləri il
19:37 161