"Azərbaycan şimal və cənubun yanlışını asanlıqla bağışlamayacaq" - Politoloq

"Azərbaycan şimal və cənubun yanlışını asanlıqla bağışlamayacaq" - Politoloq"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu üçün fəaliyyətinə xitam verilib.Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyev Rusiyadakı Azərbaycan vətəndaşlarını deportasiya etməyi təklif edib.Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulub.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Turan Rzayev bildirib ki, böyük ehtimalla mövcud gərginlik də səngiyəcək. Lakin budəfəki gərginliyin əvvəlkilərdən əsas fərqi Azərbaycanın Rusiyaya olan inam və etimadının əsaslı surətdə sarsılmasıdır:

"Rusiya-Azərbaycan gərginliyi səngimir. Kreml bu gərginliyi aradan qaldırmaqdansa, propaqandaçıları Nikolay Valuyev, Yevgeni Popov və s. vasitəsilə məsələni daha da dərinləşdirir.
Rusiya və Azərbaycan arasında əvvəllər də gərginlik olub. Bununla belə, tərəflər hər zaman ortaq məxrəcə gəlməyi bacarıb. Çünki prinsipcə Azərbaycanın heç bir qonşusu ilə münasibətləri gərgin saxlamaq niyyəti yoxdur, olmayıb. Böyük ehtimalla mövcud gərginlik də səngiyəcək. Lakin budəfəki gərginliyin əvvəlkilərdən əsas fərqi Azərbaycanın Rusiyaya olan inam və etimadının əsaslı surətdə sarsılmasıdır.
Müqayisə üçün deyim ki, bu gün İranla da vəziyyət belədir. Səfirliyimizə edilən hücum və Tehranın sərgilədiyi aqressiv xarici siyasət Bakının bu ölkəyə etimadını, inamını sarsıtdı. Hətta hazırda Tehran atmosferi yumşaltmaq istəsə də, Bakının etimadı, güvənini qazanmaq bundan sonra çətindir.
Aydın məsələdir ki, Rusiya-Azərbaycan və İran-Azərbaycan gərginlikləri tamamilə fərqli motivli idi. Amma hadisələr arasında paralellik apardıqda nəticənin eyni olduğunu görmək olar: Azərbaycan şimal və cənubun yanlışını asanlıqla bağışlamayacaq.
Rəsmi Bakı regional əməkdaşlığa hazırdır. Rusiya ilə iqtisadi, hətta gərginlik sonrası siyasi münasibətlər davam edəcək. Amma Bakı həm də Kremllə münasibətləri artıq yüz ölçüb, bir biçəcək. Əsl siyasətdə hər şey indi başlayır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 890   Tarix: 10 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14.10.2026 159
.

Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı

Orta əsrlər İngiltərəsində kasıb ailələrdə böyüyən insanlar qurğuşunun zərərli təsirinə daha çox məruz qalıblar. Alimlər bunun səbəblərini araşdıraraq sosial təbəqə ilə zəhərli metala məruzqalma səviyyəsi arasında əlaqə müəyyən ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələr

14.10.2026 138
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14.10.2026 108
.

Bədənin "ikinci ürəyi" - baldır əzələləri niyə bu qədər vacibdir?

Baldır əzələləri yalnız yeriməyə və tarazlığı qorumağa kömək etmir. Onlar qanın ayaqlardan ürəyə qayıtmasında da mühüm rol oynayır. Buna görə tibbi ədəbiyyatda bu əzələləri bəzən bədənin "ikinci ürəyi" adlandırırlar. xarici mediaya istinadla baldırın insan bədənindəki rolunu izah edir. Əlbəttə

14.10.2026 200
.

"Yuventus" Ronaldoya borcunu ödəmək istəmir: Ali Məhkəməyə ŞİKAYƏT

İtaliyanın "Yuventus" klubu Kriştiano Ronaldoya ödənilməmiş əməkhaqqına görə 9,8 milyon avro verilməsi barədə qərardan İtaliyanın Ali Məhkəməsinə şikayət edib. xəbər verir ki, klub kassasiya şikayəti təqdim edib və məhkəmə iclasının tarixinin təyin olunmasını gözləyir. Bu, 2021-ci ildən dava

14.10.2026 179
.

ÇL: Oyunlara hansı kanallarda baxmaq olar?

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək bəzi matçlara Azərbaycan telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə nümayiş etdiriləcək:. Azərbaycan. "CBC Sport"

14.10.2026 179
.

Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gec

14.10.2026 223
.

"Nursema" yenidən "Kızılcık şerbeti"ndə

"Kızılcık Şerbeti" serialında gözlənilməz dəyişiklik edilib. Axşam.az xəbər verir ki, "Nursema" obrazına həyat verən aktrisa Ceren Karakoç yenidən ekran işində rol alacaq. Maraqlı məqamlardan biri isə beşinci mövsümün "Nursema"nın məzarından görüntülərlə başlamasıdır. B

14.10.2026 171
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14.10.2026 261
.