"Like" və "comment"lərlə böyüyən uşaqlar: azadlıq, nəzarət, yoxsa qadağa?

"Like" və "comment"lərlə böyüyən uşaqlar: azadlıq, nəzarət, yoxsa qadağa?Azyaşlıların sosial şəbəkələrdən istifadəsi...

Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrildikcə azyaşlıların bu platformalarda iştirakı məsələsi cəmiyyətin istər-istəməz diqqət mərkəzinə düşür. Uşaqların internetdə sərbəst fəaliyyəti onların inkişafına müəyyən hallarda müsbət təsir etdiyi kimi, müxtəlif təhlükələrlə də üz-üzə qoyur.

Uşaqların sosial şəbəkələrdən istifadəsinin müsbət tərəflərindən ən başlıcası onların yeni biliklər əldə etməsi, xarici dilləri inkişaf etdirməsi, elmi məqalələrə və dərsliklərə çıxış əldə etməsidir. Digər tərəfdən sosial şəbəkələr uşaqların rəsm, musiqi, fotoqrafiya və video montaj kimi sahələrdə öz bacarıqlarını nümayiş etdirə bilməsinə də geniş imkanlar yaradır.

Sosial şəbəkələrin başqa bir mütərəqqi tərəfi də ünsiyyət və sosiallaşma ilə əlaqədardır. Belə ki, bu yolla uşaqlar uzaqda yaşayan dostları və ailə üzvləri ilə əlaqə saxlamaq, maraqlı insanlarla tanış olmaq imkanı qazanırlar.

İnternet dünyanı ayağımıza gətirir

Dünyada baş verən hadisələr, elmi kəşflər və texnoloji yeniliklər haqqında məlumatlar əldə etmək də uşaqların dünyagörüşünün formalaşmasına ciddi təsir göstərir.

Etiraf etmək lazımdır ki, balaca istifadəçilərin öz fikrini ifadə etmə imkanına geniş fürsətlər yaratmasında da sosial şəbəkələrin payı əvəzolunmazdır. Məsələn, bloq yazmaq, video paylaşmaq və müxtəlif müzakirələrdə iştirak etməklə onlar öz fikirlərini ifadə edə bilir, hətta bu yolla istedadlı və qabiliyyətli uşaqlar daha tez "kəşf" oluna bilirlər.

Sosial şəbəkələrin uşaqlara mənfi təsirləri

Lakin bütün bu müsbət tərəfləri və üstünlükləri ilə yanaşı, sosial şəbəkələrin uşaqlara yaratdığı çox ciddi təhlükələr və risqlər də az deyil.

Sosial şəbəkələrin ən pis mənfi tərəflərindən biri uşaqlarda psixoloji asılılıq yaratması, dərs və digər fəaliyyətlərə maraqlarını azaltmasıdır.

Onun təhlükəli tərəflərindən biri kiberzorakılıqla bağlıdır. Belə ki, digər istifadəçilərin təhqirləri, təhdid və zorakılıqla müşayiət olunan paylaşımları uşaqların psixologiyasına mənfi təsir edə bilər.

Həmçinin unudulmamalıdır ki, uşaqlar internetdə kiber dələduzlar və digər təhlükəli insanlarla da qarşılaşa bilirlər.

Bundan başqa, uşaqlar bəzən sosial şəbəkələrdə bilmədən öz şəxsi məlumatlarını paylaşır və bununla da müxtəlif risklərə məruz qalırlar.

Sosial şəbəkələrdə tez-tez yayılan saxta informasiyalar da uşaqlara ciddi zərər vurur. Təcrübə göstərir ki, uşaqlar yalan xəbərlər və manipulyativ məzmunlara inanıb bunun təsiri altında yanlış qərarlar verə bilirlər.

Həmçinin, sosial şəbəkələrə həddindən artıq aludəçilik uşaqlarda sağlamlıq problemləri də meydana gətirir. Belə ki, uzun müddət ekrana baxmaq göz yorğunluğu, yuxu problemləri və fiziki aktivliyin azalmasına səbəb olur.

Uşaqların internetə çıxışına qadağa qoyulmalıdırmı?

Təsadüfi deyil ki, mənfi tərəflərindən dolayı bir çox ölkələrdə azyaşlıların sosial şəbəkələrdən istifadəsi ilə bağlı xüsusi tənzimləmələr və qadağalar mövcuddur.

Hər şeydən əvvəl qeyd edək ki, uşaqların sosial şəbəkələrdə hesab açması məsələsi müxtəlif ölkələrdə fərqli şəkildə tənzimlənir. Məsələn, Böyük Britaniyada 13 yaşından kiçik şəxslərin onlayn platformalarda hesab açması qadağandır. İtaliyada isə 14 yaşından kiçiklərin mobil telefona sahib olması, 16 yaşından kiçiklərin isə sosial şəbəkələrdə profil açması qadağandır. Cənubi Koreyada isə 16 yaşından kiçik uşaqların gecə saat 24:00-dan 06:00-a qədər onlayn oyun oynaması qadağandır.

ABŞ-da isə hələ 2016-cı ildə uşaqların və yeniyetmələrin internetdən, sosial mediadan və texnologiyadan istifadəsi ilə bağlı tədqiqatlar aparan, valideynlərə və müəllimlərə tövsiyələr verən "Common Sense Media" təşkilatının hesabatına görə amerikalı uşaqların 56%-nin sosial media hesabı var idi və hesab açma yaşı orta hesabla 12 idi. Bu və bunun kimi digər məsələlər ABŞ-da sözügedən problemin həllini gündəmə gətirmişdir. Bunun nəticəsidir ki, hazırda, ölkədə 14 yaşına çatmayan uşaqların sosial media hesabı açması qadağandır, 14-15 yaşlı uşaqlar isə valideynin icazəsi ilə sosial media hesabı aça bilərlər. Lakin bu qadağanın necə tətbiq ediləcəyi və yaşın təsdiqi məsələləri hələ də müzakirə mövzusu olaraq qalmaqda davam edir.

Azərbaycanda uşaqların internetdən istifadəsi

Azərbaycana gəldikdə, 2023-cü ildə aparılan araşdırmalar belə bir xoşagəlməz mənzərəni meydana çıxarmışdır ki, ölkəmizdə 10-15 yaş arası uşaqların 68%-i gündə ən azı 4 saatını sosial şəbəkələrdə keçirir.

Təəssüf ki, ölkəmizdə hələlik uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı hüquqi tənzimləmələr mövcud deyil. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu, dolayısı ilə valideynlərin uşaqlarının internet istifadəsinə nəzarət etməli olduqlarını deməyə əsas verir.

Bundan başqa, "Uşaq hüquqları haqqında", eləcə də "Uşaqların zərərli informasiyalardan qorunması haqqında" Azərbaycan Respublikasının qanununlarında da uşaqların həyatının, sağlamlığının və mənəviyyatının qorunması baxımından valideynlərin üzərinə düşən bir sıra vəzifələr və öhdəliklər nəzərdə tutulur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 691   Tarix: 10 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14.10.2026 159
.

Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı

Orta əsrlər İngiltərəsində kasıb ailələrdə böyüyən insanlar qurğuşunun zərərli təsirinə daha çox məruz qalıblar. Alimlər bunun səbəblərini araşdıraraq sosial təbəqə ilə zəhərli metala məruzqalma səviyyəsi arasında əlaqə müəyyən ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələr

14.10.2026 138
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14.10.2026 108
.

Bədənin "ikinci ürəyi" - baldır əzələləri niyə bu qədər vacibdir?

Baldır əzələləri yalnız yeriməyə və tarazlığı qorumağa kömək etmir. Onlar qanın ayaqlardan ürəyə qayıtmasında da mühüm rol oynayır. Buna görə tibbi ədəbiyyatda bu əzələləri bəzən bədənin "ikinci ürəyi" adlandırırlar. xarici mediaya istinadla baldırın insan bədənindəki rolunu izah edir. Əlbəttə

14.10.2026 200
.

"Yuventus" Ronaldoya borcunu ödəmək istəmir: Ali Məhkəməyə ŞİKAYƏT

İtaliyanın "Yuventus" klubu Kriştiano Ronaldoya ödənilməmiş əməkhaqqına görə 9,8 milyon avro verilməsi barədə qərardan İtaliyanın Ali Məhkəməsinə şikayət edib. xəbər verir ki, klub kassasiya şikayəti təqdim edib və məhkəmə iclasının tarixinin təyin olunmasını gözləyir. Bu, 2021-ci ildən dava

14.10.2026 179
.

ÇL: Oyunlara hansı kanallarda baxmaq olar?

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək bəzi matçlara Azərbaycan telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə nümayiş etdiriləcək:. Azərbaycan. "CBC Sport"

14.10.2026 179
.

Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gec

14.10.2026 223
.

"Nursema" yenidən "Kızılcık şerbeti"ndə

"Kızılcık Şerbeti" serialında gözlənilməz dəyişiklik edilib. Axşam.az xəbər verir ki, "Nursema" obrazına həyat verən aktrisa Ceren Karakoç yenidən ekran işində rol alacaq. Maraqlı məqamlardan biri isə beşinci mövsümün "Nursema"nın məzarından görüntülərlə başlamasıdır. B

14.10.2026 171
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14.10.2026 261
.