Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə ÖLDÜRDÜLƏR - Hadisə yerindən GÖRÜNTÜLƏR

Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə ÖLDÜRDÜLƏR - Hadisə yerindən GÖRÜNTÜLƏR2022-ci il martın 13-də Bakının Xətai rayonunda qətl hadisəsi olub. Məlumat daxil olan kimi polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirirlər. Məlum olur ki, hadisə M.Əmirxanov küçəsi, 15 ünvanında baş verib. Döşəmədə üzərində çoxsaylı bıçaq zərbələri ilə 1988-ci il təvəllüdlü Orxan Seyidovun meyiti aşkar edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə ÖLDÜRDÜLƏR - Hadisə yerindən GÖRÜNTÜLƏRHəmin gün Füzuli rayon sakini 1999-cu il təvəllüdlü Pərviz Həsənov Xətai Rayon Polis İdarəsinə gələrək, könüllü təslim olub.

Sosial mediada yayılan xəbərlərdə bildirilib ki, mərhum Orxan Seyidov stilist kimi fəaliyyət göstərib. Bəzi xəbər portallarında bir zaman onun tanınmış müğənni Röya Ayxanın stilisti olması haqda xəbərlər yayılıb.

BiG.AZ xəbər verir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, martın 10-da Pərviz Həsənov "İnstagram" sosial şəbəkəsində, profilində qadın bədəninin şəkli olan və özünü "Mila" kimi təqdim edən cinsi azlıq nümayəndəsi Orxan Seyidovla tanış olub. Seyidov ona NZS qəsəbəsində yerləşən evində görüşməyi təklif edib. Ayın 12-i saat 22 radələrində Əmirxanov küçəsi, 15 ünvanına gəldikdə, Pərviz Həsənov O.Seyidov tərəfindən aldadıldığını başa düşüb. Buna görə, üzərindəki məişət təyinatlı açılıb-qatlanan bıçaqla Seyidova ilk zərbəni vurub. Zərərçəkən özünü müdafiə etmək məqsədi ilə mətbəxdən götürdüyü bıçaqla onun sol qoluna xəsarətlər yetirdikdə, o müstəsna dərəcədə rəhimsizliklə üzünə, boynuna və bədənin digər nahiyələrinə, ümumilikdə 57 dəfə zərbə endirib. Bu hərəkəti ilə Pərviz Həsənov zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürüb.
Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə ÖLDÜRDÜLƏR - Hadisə yerindən GÖRÜNTÜLƏRİş üzrə dindirilmiş Pərviz Həsənov bildirib ki, hərbi xidmətdən qayıdandan sonra sərbəst güləşlə məşğul olub. Axırıncı dəfə Azadlıq prospektində yerləşən gül dükanında gecə növbəsində mühafizəçi işləyib:

"2022-ci il martın 10-da "İnstagram" şəbəkəsində mənə qız adı və şəkli olan profildən tanışlıq mesajı gəldi. Qız adının "Mila" olduğunu yazmışdı. 2 gündən sonra Mila NZS qəsəbəsində evi olmasını və mənimlə görüşmək istədiyini bildirdi. Profildə olan şəkli xoşuma gəldiyindən yanına getmək istədim. Saat 22 radələrində "İnstagram"da yazışa-yazışa onun dediyi ünvanı tapdım. Həyətə daxil olanda qız məni qarşılayıb darvazanı arxadan bağladı. Onun saçı uzun idi, həmin şəxsin kişi ola biləcəyini zənn etmirdim. Əynində qara rəngdə gödəkçə olduğundan sinəsinin olub-olmamasım ayırd edə bilmədim. Mətbəxdən dəhlizə, ordan isə qonaq otağına keçdik. Söhbət edən zaman həmin şəxs "Marlboro" siqareti çəkirdi. Ondan "sən kişisən, ya qadın?" soruşdum. Cavab olaraq o, "narahat olma, sənə pul da verəcəyəm, mənimlə cinsi əlaqədə olarsan" dedi. Onun kişi olduğunu və aldadıldığımı başa düşərək əsəbiləşdim. Yaxınlaşıb qucaqlamaq istəyəndə, ondan kənarlaşıb dəhlizə çıxdım. Amma həmin şəxs arxamca gələrək məni özünə tərəf dartdı. İsrarla onunla cinsi əlaqədə olmağımı, buna ehtiyacı olduğunu və müqabilində mənə pul verəcəyini deyirdi. Əlbəyaxa olduq".
Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə ÖLDÜRDÜLƏR - Hadisə yerindən GÖRÜNTÜLƏRPərviz Həsənov Orxan Seyidovun dediyi sözləri, onu qucaqlamaq istəməsini qeyrətinə sıxışdıra bilmədiyindən, şalvarının arxa cibindən daim üzərində olan "kəpənək" formalı bıçağı çıxarıb boyun nahiyəsinə birinci zərbəni vurub:

"Həmin şəxs qaçıb mətbəxdən dəstəyi mavi rəngli bıçağı götürüb, mənə zərbə endirəndə sol əlimi qabağa verdim. Məni bıçaqla vurmasından qəzəblənərək, ardıcıl üzünə, boğazına, sinəsinə və qarnına çoxsaylı zərbələr vurdum. Bıçaq sınaraq, əlimdən yerə düşdü. Orxan mətbəxin girişində, üzüüstə yıxıldı, döşəmədə hərəkətsiz vəziyyətdə qaldı. Evin giriş qapısını açıb çölə çıxa bilmədiyimdən, mərhumun əlindəki bıçaqla qapını açmağa çalışdım. Amma aça bilmədim. Pilləkənlərin yanındakı dar keçiddən hasara çıxıb qaz borusunun üstünə tullandım. Həmin vaxt qarşıma çıxan saqqallı bir oğlan orda nə etdiyimi soruşdu. Cavab verməyərək, pivə zavodunun yanına qədər qaçdım.
Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə ÖLDÜRDÜLƏR - Hadisə yerindən GÖRÜNTÜLƏRTaksi ilə Mehdiabad qəsəbəsinə getdim. Sürücü paltarlarımın qana bulaşdığını deyəndə, ona dalaşdığımı dedim. Maşından düşəndə 100 manat verdim, amma əskinaz qanlı olduğundan, sürücü götürmək istəmədi. Mübahisə etməyə halım olmadığından pulu oturacağın üzərinə qoyub aralandım. Evdə atam nə baş verdiyini soruşanda, ona da dalaşdığımı söylədim. Sol qolumda olan qol saatının düşüb mərhumun evində qaldığını gördüm. Tutulmaq istəmədiyimdən, izi itirməkdən ötrü mobil telefonumu tam format edib bütün kontaktları, sosial şəbəkələri və mesajları sildim. Həmçinin, öldürdüyüm şəxsin istifadəsində olmuş "İphone 13" markalı telefonunda, aramızda olan mesajları silmək istədim ki, məni polislər tapa bilməsin. Lakin telefon kodda olduğundan onu hadisə yerində aça bilmədim. Bunu sonra etmək məqsədi ilə telefonu özümlə götürdüm. Amma taksidən düşüb evə gələrkən yolun kənarında daşla vurub telefonu sındırdım və quyuya atdım. Növbəti gün atam israrla nə baş verdiyini soruşanda, hər şeyi olduğu kimi danışdım. Sonra atamla birlikdə könüllü Xətai Rayon Polis İdarəsinə getdik".

Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə ÖLDÜRDÜLƏR - Hadisə yerindən GÖRÜNTÜLƏRPərviz Həsənov əlavə edib ki, Orxan Seyidovu əvvəllər tanımayıb, törətdiyi əməldən peşmandır.

Zərərçəkmiş şəxsin hüquqi varisi Kamila Salmanova ifadəsində göstərib ki, Orxan Seyidov onun ögey qardaşı olub:

"Orxan geyim mağazasında satış meneceri işləyirdi. Martın 12-də səhər işə getdim. Onda heç bir qeyri-adilik və ya narahatlıq hiss etmədim. Axşam saat 23 radələrində yaşadığımız köhnə məhəllədən Almas adlı qonşumuz mənə zəng vurub evdən səs-küy gəldiyini, çox güman ki, içəri oğru girdiyini söylədi. Orxana zəng etsəm də, qardaşım cavab vermədi. "WhatsApp" tətbiqində "təcili mənə zəng elə" yazsam da, Orxanın şəbəkədə olmadığını gördüm. Mən, anam və Seymur adlı tanışımız ayrı-ayrılıqda NZS qəsəbəsinə getdik. İçəri daxil olanda Orxanın qapının qarşısında, qan içində üzü üstə yerdə uzandığını gördük. Polisə və təcili yardıma zəng edib məlumat verdik".
Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə ÖLDÜRDÜLƏR - Hadisə yerindən GÖRÜNTÜLƏRFotoda: Orxan Seyidov

Şahid Vüqar Məmmədzadə ifadəsində göstərib ki, axşam yaşadığı məhəlləyə qayıdanda çoxlu sayda insanların toplaşdığını görüb:

"Maraqlandıqda öyrəndim ki, qonşuluqda yaşayan Orxan Seyidov öldürülüb. Orxan davranışından, üz görünüşündən və geyimindən cinsi azlıqların nümayəndəsinə oxşayırdı. Ona görə də onunla heç salamlaşmırdım. Amma onu sakit bir insan kimi tanıyırdım, heç kimlə söz-söhbəti və mübahisəsi, pis vərdişləri yox idi".
Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə ÖLDÜRDÜLƏR - Hadisə yerindən GÖRÜNTÜLƏRŞahid Sənan Abbasov ifadəsində göstərib ki, özünə məxsus "Opel Astra" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur:

"Martın 12-i saat 23 radələrində NZS qəsəbəsində maşınıma əyləşən şəxs əvvəl "Baksol" yoluna, sonra isə Novxanı qəsəbəsi istiqamətində sürməyimi bildirdi. Dediyi yerdə avtomobili saxlayanda oğlan mənə 100 manat pul verdi ki, qalıq məbləği ona qaytarım. Amma mənə xırda əskinazlar olmadığından həmin şəxs pul vermədən çıxıb getdi".

Məhkəmə iclasında Pərviz Həsənov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Məhkəmə hesab edib ki, Pərviz Həsənovun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Həsənov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.
Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə ÖLDÜRDÜLƏR - Hadisə yerindən GÖRÜNTÜLƏR


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2383   Tarix: 10 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

TOP MP3