"Arıqlama qəhvələri və çayları psixoloji asılılıq yaradır"-ASİM VƏLİYEV

"Arıqlama qəhvələri və çayları psixoloji asılılıq yaradır"-ASİM VƏLİYEVSon dövrlər elektron ticarət yolu ilə kütləvi formada "arıqlama çayı və qəhvələri" adı altında müxtəlif markalı qəhvə və çayların Azərbaycan Respublikasına gətirilməsi artmaqdadır. Həmin mallar ilə əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd olunan qəhvə və çayların tərkibində güclü təsirə malik maddə hesab edilən "sibutramin" maddəsinin olduğu aşkar edilib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, son dövrlərdə sağlam həyat tərzi və arıqlama mövzusuna olan maraq günbəgün artmaqda davam edir. Təbii ki, bu maraq müxtəlif kommersiya məhsullarının, xüsusən də arıqlama çayı və qəhvələrinin geniş şəkildə reklam edilməsinə səbəb olur. Lakin bu məhsulların istifadə edilməsinin insan sağlamlığına təsirini göz ardı etməməliyik:

"Arıqlama qəhvələri və çayları psixoloji asılılıq yaradır"-ASİM VƏLİYEV"Arıqlama çay və qəhvələrinin tərkibində adətən təbii bitki ekstraktları, kofein, diuretiklər (sidikqovucu maddələr) və bəzi hallarda sintetik komponentlər yer alır. Əksər hallarda bu məhsullar maddələr mübadiləsini sürətləndirmək və orqanizmdən artıq mayenin xaric olunmasını təmin etmək məqsədi güdür.
Təbii bitki mənşəli maddələr hər nə qədər faydalı görünsə də, düzgün dozada istifadə olunmadıqda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Məsələn, sennanın ekstraktı tez-tez ishala səbəb olduğu üçün bağırsaq funksiyalarını poza bilər. Kofein yüksək dozada qəbul edildikdə yuxusuzluq, sinir pozğunluğu və ürək döyüntülərinin artmasına gətirib çıxarır. Diuretiklər orqanizmdə elektrolit balansının pozulmasına səbəb olaraq əzələ spazmları və qan təzyiqinin düşməsinə gətirib çıxara bilər.
Bu məhsulların qısamüddətli istifadəsi çəki itkisinə səbəb olsa da, bu itki əsasən maye itkisi ilə bağlı olur. Bununla yanaşı arıqlamanın dayanıqlı olmaması nəticəsində "yo-yo effekti" adlanan vəziyyət yaranır ki, bu zaman insan itirdiyi çəkidən daha artıq çəki toplayır. Həmçinin orqanizmin metabolik funksiyalarına müdaxilə nəticəsində həzm sistemi pozuntuları, bağırsaq tənbəlliyi və maddələr mübadiləsinin yavaşlaması baş verə bilər.
Arıqlama qəhvələri və çayları bəzi hallarda psixoloji asılılıq yaradır. İstehlakçılar bu məhsullar olmadan arıqlaya bilməyəcəklərinə inanaraq onları mütəmadi şəkildə qəbul etməyə başlayırlar. Uzun müddətli istifadə isə psixi narahatlıqlar, sinir sistemində gərginlik və yuxu problemlərinə səbəb ola bilər.
Hər hansı arıqlama məhsulunu qəbul etməzdən əvvəl mütəxəssis rəyi alınmalıdır. Sağlam və balanslı qidalanma ilə yanaşı müntəzəm fiziki aktivlik daha dayanıqlı və təhlükəsiz arıqlama üsuludur. Məhsulların tərkibinə diqqət etməliyik və çox qatıqlı olan məhsullardan imtina etməliyik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 907   Tarix: 11 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14.10.2026 159
.

Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı

Orta əsrlər İngiltərəsində kasıb ailələrdə böyüyən insanlar qurğuşunun zərərli təsirinə daha çox məruz qalıblar. Alimlər bunun səbəblərini araşdıraraq sosial təbəqə ilə zəhərli metala məruzqalma səviyyəsi arasında əlaqə müəyyən ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələr

14.10.2026 138
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14.10.2026 108
.

Bədənin "ikinci ürəyi" - baldır əzələləri niyə bu qədər vacibdir?

Baldır əzələləri yalnız yeriməyə və tarazlığı qorumağa kömək etmir. Onlar qanın ayaqlardan ürəyə qayıtmasında da mühüm rol oynayır. Buna görə tibbi ədəbiyyatda bu əzələləri bəzən bədənin "ikinci ürəyi" adlandırırlar. xarici mediaya istinadla baldırın insan bədənindəki rolunu izah edir. Əlbəttə

14.10.2026 200
.

"Yuventus" Ronaldoya borcunu ödəmək istəmir: Ali Məhkəməyə ŞİKAYƏT

İtaliyanın "Yuventus" klubu Kriştiano Ronaldoya ödənilməmiş əməkhaqqına görə 9,8 milyon avro verilməsi barədə qərardan İtaliyanın Ali Məhkəməsinə şikayət edib. xəbər verir ki, klub kassasiya şikayəti təqdim edib və məhkəmə iclasının tarixinin təyin olunmasını gözləyir. Bu, 2021-ci ildən dava

14.10.2026 179
.

ÇL: Oyunlara hansı kanallarda baxmaq olar?

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək bəzi matçlara Azərbaycan telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə nümayiş etdiriləcək:. Azərbaycan. "CBC Sport"

14.10.2026 179
.

Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gec

14.10.2026 223
.

"Nursema" yenidən "Kızılcık şerbeti"ndə

"Kızılcık Şerbeti" serialında gözlənilməz dəyişiklik edilib. Axşam.az xəbər verir ki, "Nursema" obrazına həyat verən aktrisa Ceren Karakoç yenidən ekran işində rol alacaq. Maraqlı məqamlardan biri isə beşinci mövsümün "Nursema"nın məzarından görüntülərlə başlamasıdır. B

14.10.2026 171
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14.10.2026 261
.