Tramp Ukraynanın bəzi ərazilərinə GÖZ QOYUB - Zelenski hansı sazişdən İMTİNA ETDİ? - ŞƏRH

Tramp Ukraynanın bəzi ərazilərinə GÖZ QOYUB - Zelenski hansı sazişdən İMTİNA ETDİ? - ŞƏRHBirləşmiş Ştatların Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə borc müqabilində Ukrayna torpaqlarını emal üçün ABŞ-yə verməyi təklif etməsi dünya gündəminin əsas müzakirə mövzusuna çevrilib. Tramp bildirib ki, ABŞ xərclədiyi bütün pulları geri istəyir. Bunun üçün 500 milyard dollar ekvivalentində nadir torpaq minerallarını Ukraynadan tələb edir. Maraqlıdır ki, Zelenski əvvəlcə bu təklifə razı olsa da, sonda fikrini dəyişdiyi iddia edilib. Belə ki, "The Washington Post"un köşə yazarı Coş Rogin bildirib ki, Volodimir Zelenski ABŞ-yə ölkəsinin faydalı qazıntı ehtiyatlarının 50 faizinə sahib olmaq hüququ verən sazişi imzalamaqdan imtina edib. Zelenski ABŞ nümayəndələri ilə Ukrayna konstitusiyasına uyğun olaraq hazırlanmış mədən sazişi ilə bağlı öz təklifini səsləndirib. Maraqlıdır ki, ABŞ senatoru Brayn Şatz Münhendə Zelenski ilə görüşdən sonra Donald Trampın təklifinin təkmilləşməyə ehtiyacı olduğunu deyib, lakin detallar barədə danışmaqdan imtina edib. O, həmçinin bildirib ki, Zelenskinin sövdələşmənin birtərəfliliyi ilə bağlı iddiaları ədalətlidir.

Mövzu ilə bağlı Oxu.Az-a danışan rusiyalı politoloq Sergey Markovun sözlərinə görə, D.Tramp vaxtilə seçicilərinə Ukrayna ordusuna verilən hərbi yardımı dayandıracağını vəd etsə də, indi bunun qeyri-mümkün olduğunu görür, ona görə də bu prosesi lehinə çevirməyə, yəni ABŞ-nin, əslində, prosesdən faydalandığını göstərməyə çalışır:

"Əslində isə Ukraynada nadir resursların böyük dəyəri yoxdur. Amma burada bir neçə vacib məqam var. Əlbəttə, Ukraynada nadir torpaq materialları var, lakin böyük hissəsi Rusiyanın nəzarətinə keçən Donbas və "Novorossiya" ərazisində yerləşir. Məsələn, bunlardan məşhuru Rusiya ordusu tərəfindən iki ay əvvəl ələ keçirilmiş Şevçenko qəsəbəsindəki litium metal yatağıdır. ABŞ-nin Ukraynanın başqa ərazilərindən əldə edə biləcəyi digər heç bir nadir torpaq elementi yoxdur. Birləşmiş Ştatlar nadir torpaq elementlərini Argentina, Çili, Boliviya, həmçinin bir çox nadir torpaq elementləri ilə məşhur olan müttəfiqi Avstraliyadan da əldə edə bilər. Çünki Ukraynada elə bir mineral yoxdur ki, ABŞ onu başqa müttəfiqlərindən ala bilməsin. Buna görə də nadir torpaq elementləri məsələsi çox sünidir".

"Ukraynanın ərazisinin böyük bir hissəsini qara torpaqlar təşkil etdiyindən əkinçilik üçün çox əlverişlidir. Artıq bu torpaqların əksər qismi böyük transmilli korporasiyalar tərəfindən alınıb. "BlackRock" və "The Vanguard Group" şirkətləri burada üstünlük təşkil edir. "BlackRock" isə Ukraynanın təbii sərvətlərinin əsas alıcılarındandır. Yəni Ukraynada ABŞ-nin alması üçün xüsusi nəsə qalmayıb", - deyə politoloq bildirib.

Amerikalı siyasi şərhçi İrina Tsukerman isə Oxu.Az-a açıqlamasında deyib ki, Donald Trampın Volodimir Zelenskiyə bu təklifi Rusiya ilə davam edən münaqişədə Kiyevin müdafiə imkanlarını və iqtisadi sabitliyini gücləndirməyi hədəfləyir:

"Lakin Prezident Zelenskinin münaqişəni bitirmək, tez və davamlı sülh əldə etmək üçün Rusiya ilə ərazi mübadiləsi barədə danışıqlara açıq olduğunu göstərən məlumatlar da var. ABŞ ilə mineral ehtiyatlarla bağlı tərəfdaşlıq təklifi isə Ukrayna ərazisinin ABŞ-nin nəzarətinə keçməsini nəzərdə tutmur. Əsas məqsəd müharibənin sonunda Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, eləcə də mövqeyini gücləndirməkdir".

"Tramp müharibədən sonra Ukraynanın bərpa və inkişafında yaxından iştirak etmək istəyir. Münaqişədən sonra ən yaxşı halda əldə edilə biləcək variant bəzi ərazilərdə uzunmüddətli icarə müqaviləsidir, ərazilərin birləşdirilməsi yox. Böyük ehtimalla, bu təklif tezliklə unudulacaq və ya hər iki tərəfin ciddi şəkildə nəzərdən keçirdiyi cari təkliflər üçün daha yaxşı şərtlər əldə etmək məqsədilə istifadə ediləcək", - deyə analitik əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 718   Tarix: 15 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib

14.10.2026 208
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14.10.2026 261
.

"Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"

"Avroviziya 2011" qalibi Nigar Camal vahid məktəbli forması ilə bağlı müzakirələrə münasibət bildirib. Axşam.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında paylaşım edərək insanları təxribatlara uymamağa və milli birliyi qorumağa çağırıb. Nigar qeyd edib ki, vahid məktəbli forması din

14.10.2026 218
.

Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi

İsrail Baş naziri Benyamin Netanyahu hazırkı şəraitdə - ölkədə seçkilər keçirilməzdən əvvəl İrana qabaqlayıcı zərbə endirilməsinin əleyhinədir. Teleqraf xəbər verir ki, bu barədə o, İsrail Ordusunun Radiosuna müsahibəsində bildirib. "Fikrimcə, hazırda bizim üçün münasib vaxt deyil. Mən bütün həyatı

14.10.2026 179
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14.10.2026 261
.

"Vilyarreal"ın qapıçısı silahlı basqına görə "Napoli" ilə oyuna çıxa bilmədi

İspaniyanın "Vilyarreal" klubunun qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyinə görə UEFA Çempionlar Liqasının "Napoli" ilə oyununu buraxıb. "AS" nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də səhər saatlarında, macar qolkiper ailəsi ilə birlikdə evind

14.10.2026 168
.

Hakan Fidan Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Azərbaycana səfər edəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, o, Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM (CICA

14.10.2026 270
.

Keyn Messini keçib Ronaldonun rekorduna yaxınlaşdı

"Bavariya"nın hücumçusu Harri Keyn Lionel Messinin rekordunu keçib və ardıcıl Çempionlar Liqası oyunlarında qol vurmaqla Kriştiano Ronaldonun tarixi göstəricisinə yaxınlaşmağa davam edir. -ın xəbərinə görə, ümumi turnirin ikinci oyununda "Bavariya" Norveç "Vikinq"i ilə 3-

14.10.2026 177
.

Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gec

14.10.2026 223
.