Unikal hadisə: ABŞ-də həbsdə olan və Rusiyaya təhvil verilən Aleksandr Vinnikə "təmiz səhifə" açıldı
ABŞ-də həbsdə olan və ötən gecə ölkəsinə təhvil verilən Rusiya vətəndaşı Aleksandr Vinnikin üzərindən ABŞ-də bütün ittihamlar götürülüb.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə onun vəkili Arkadi Bux məlumat verib.
"Cinayət işinə xitam verilib və müvəkkilimiz həbsdən azad edilib. Hazırda cənab Vinnik heç bir cinayət qeydi olmayan şəxs hesab olunur və bu, ABŞ məhkəmə sənədləri ilə təsdiqlənib", - deyə Bux bildirib.
Vəkil onu da əlavə edib ki, ittihamlar götürüldükdən sonra Aleksandr Vinnikə ABŞ-nin cinayət sistemində "təmiz səhifə" açılıb və indi o, sərbəst şəkildə, o cümlədən də Avropaya səyahət etmək imkanı əldə edib. ABŞ qanunlarına görə, üzərindən ittihamlar götürülmüş şəxs heç vaxt həbs olunmadığını söyləmək hüququna malikdir və sərhədçilərin Vinniki cinayətkar keçmişinə görə dayandırmaq üçün əsasları yoxdur.
Bütün sənədlər, o cümlədən işin bağlanması və onun azadlığa buraxılması barədə qərar məxfilikdən çıxarılıb və ictimaiyyət üçün açıqdır.
"Bu işi unikal adlandırmaq olar: ABŞ-yə ekstradisiya edilmiş şəxs illərlə həbsdə yatıb, lakin heç bir cinayət qeydi olmadan, tam təmiz reputasiya ilə vətənə qayıtmağı bacarıb. Müştərimiz ABŞ-də təmizdir, ittihamlar götürülüb, bu, nadir haldır", - deyə Bux vurğulayıb.
"Bu gün cənab Vinnikin rəsmi rekordu cinayət keçmişinin olmamasıdır, yəni o, istənilən lisenziyalar, müxtəlif ölkələrə vizalar üçün müraciət edə bilər və imtina üçün heç bir əsas olmamalıdır", - deyə o qeyd edib.
Vəkil bu hadisənin böyük qələbə olduğunu vurğulayıb.
Xatırladaq ki, ötən gecə Aleksandr Vinnik Rusiyaya qayıdıb. O, 2017-ci ilin yayında ABŞ-nin sorğusu əsasında Yunanıstanda həbs edilib və kriptofırıldaqçılıqda ittiham edilib. 2022-ci ildə Vinnik ABŞ-yə ekstradisiya edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 587 Tarix: 15 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSergey Lavrov Bakıya gəldi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib
14.10.2026 208 Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir
Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind
14.10.2026 261 "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
"Avroviziya 2011" qalibi Nigar Camal vahid məktəbli forması ilə bağlı müzakirələrə münasibət bildirib. Axşam.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında paylaşım edərək insanları təxribatlara uymamağa və milli birliyi qorumağa çağırıb. Nigar qeyd edib ki, vahid məktəbli forması din
14.10.2026 218 Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
İsrail Baş naziri Benyamin Netanyahu hazırkı şəraitdə - ölkədə seçkilər keçirilməzdən əvvəl İrana qabaqlayıcı zərbə endirilməsinin əleyhinədir. Teleqraf xəbər verir ki, bu barədə o, İsrail Ordusunun Radiosuna müsahibəsində bildirib. "Fikrimcə, hazırda bizim üçün münasib vaxt deyil. Mən bütün həyatı
14.10.2026 179 Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər
Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident
14.10.2026 261 "Vilyarreal"ın qapıçısı silahlı basqına görə "Napoli" ilə oyuna çıxa bilmədi
İspaniyanın "Vilyarreal" klubunun qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyinə görə UEFA Çempionlar Liqasının "Napoli" ilə oyununu buraxıb. "AS" nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də səhər saatlarında, macar qolkiper ailəsi ilə birlikdə evind
14.10.2026 168 Hakan Fidan Bakıya gəlir
Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Azərbaycana səfər edəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, o, Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM (CICA
14.10.2026 270 Keyn Messini keçib Ronaldonun rekorduna yaxınlaşdı
"Bavariya"nın hücumçusu Harri Keyn Lionel Messinin rekordunu keçib və ardıcıl Çempionlar Liqası oyunlarında qol vurmaqla Kriştiano Ronaldonun tarixi göstəricisinə yaxınlaşmağa davam edir. -ın xəbərinə görə, ümumi turnirin ikinci oyununda "Bavariya" Norveç "Vikinq"i ilə 3-
14.10.2026 177 Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gec
14.10.2026 223