Çoxuşaqlı valideynləri sevindirəcək təklif: 100 mindən çox ailə...

Çoxuşaqlı valideynləri sevindirəcək təklif: 100 mindən çox ailə...Azərbaycanda çoxuşaqlı ailə anlayışının beşdən üçə endirilməsi təklif edilir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Mehriban Vəliyeva hazırda təklif üzərində iş getdiyini bildirib. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək.

Milli.Az "Kaspi" qəzetinə istinadən xəbər verir ki, millət vəkilinin sözlərinə görə, ölkədə bu qəbildən olan 100 mindən çox ailə var. Yəni, çoxuşaqlı ailə modeli beşdən üçə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər.

Statistik məlumata əsasən, Azərbaycanda uşaqlı ailələrin sayı 1 347 534-dür. Şəhər yerlərində 725 615, kənd yerlərində 621 919 uşaqlı ailə yaşayır. Onlardan 422 989 ailə biruşaqlıdır. Ölkədəki 557 814 iki uşaqlı ailənin 295 884-ü şəhər, 261 930-u kənd yerlərində məskunlaşıb. Üçuşaqlı ailələrin ümumi sayı 256 261-ə bərabərdir. Dörduşaqlı ailələrin ümumi sayı isə 71 151-dir. Ümumi sayı 23 150 olan beşuşaqlı ailələrin 11 313-ü şəhərdə, 11 837-si kənd yerlərində yaşayır. Altıuşaqlı ailələrin sayı 9 332-dir. Ölkədə yeddi və daha çox uşağı olan 6 837 ailə mövcuddur.

Hazırda beşdən çox uşağı olan ailələrə sosial müavinət verilir və bu müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır.

Maraqlıdır, görəsən, hökumət çoxuşaqlı ailə anlayışında dəyişikliyə gedəcəkmi? Demoqrafik proseslər baxımından dövlətin buna ehtiyacı varmı? Bu qərar ölkədə doğum səviyyəsini artıra bilərmi?

"Çoxuşaqlı ailə trend deyil"

Sosioloq Üzeyir Şəfiyev bildirir ki, Azərbaycan yaxın gələcəkdə çoxuşaqlı ailələrin stimullaşdırılması yönündə konkret addımlar atacaq: "Bunu şərtləndirən bir sıra səbəblər mövcuddur. Həm təbii artım getdikcə aşağı düşür, həm də keyfiyyətli və gənc əhaliyə həmişə ehtiyacı var. Nəzərə alaq ki, təbii artım tempinin aşağı düşməsi orta və uzaq perspektivdə səfərbərlik, əmək bazarı ilə bağlı problemlər yarada bilər. Eyni zamanda, təbii artımın aşağı düşməsi ilə mexaniki artım artır. Yəni, bu, ölkəyə miqrant axınını sürətləndirə bilər. Bunun qarşısını almağın yeganə yolu ailə planlaması və demoqrafik siyasəti təşviq etməkdir. Nəticədə miqrant axını olmayacaq, əhali təbii şəkildə çoxalacaq. Onsuz da Azərbaycanda beşuşaqlı ailələrin sayı 1-2 ildən sonra daha da aşağı düşəcək. Çünki artıq Azərbaycan cəmiyyətində düşüncə tərzi dəyişib, çoxuşaqlı ailə trend deyil. İnsanlar düşünürlər ki, bir və ya iki uşağa sahib olub, onları daha keyfiyyətli şəkildə böyütsünlər, yaxşı təhsil versinlər və digər imkanlarla təmin etsinlər. Əsas meyar budur".

Təbii artımda ləngimə

Ekspert vurğulayır ki, Azərbaycanda təbii artımda heç vaxt olmadığı qədər ləngimə müşahidə olunur: "Təsadüfü deyil ki, 2023-cü ildə Azərbaycanda təbii artım əvvəlki ilə nisbətən 15 faiz aşağı düşüb. Bu tendensiya 2024-cü ildə də davam edib. Ona görə çoxuşaqlı ailə anlayışının beşdən üç uşağa endirilməsi təklifi təqdirəlayiq haldır. Bu həm təbii artıma təkan verə bilər, həm də gənclər arasında ailə qurmağa marağı artırar. Eyni zamanda, ailələrin sosial rifahını, dayanıqlığını möhkəmləndirə və gənc əhalinin sayının artmasında dəstək kimi faydalı ola bilər".

300-350 milyon manat kifayətdir

İqtisadçı-ekspert Fuad İbrahimli bildirir ki, istənilən ölkədə təbii artım zəifləyən zaman demoqrafik nöqteyi-nəzərdən stimullaşdırma mexanizmi işə düşür: "Ailəyə olan münasibətlər baxımından məsələyə yanaşırıqsa, bizdə təbii artım siyasəti var və həmişə də olacaq. Bu baxımdan bizdə ailələrin stimullaşdırılmasına yanaşma demoqrafik nöqteyi-nəzərdən deyil, sosial cəhətdən olmalıdır. Yəni, çoxuşaqlı ailələr "uşaq pulu" ilə təmin edilməlidirlər. Çünki vətəndaşların gəlir və xərc mənbələri arasında böyük uçurum var. Bunu aradan qaldırmaq üçün müxtəlif yollar seçilməlidir. Ya istehlak səbətini tənzimləməliyik ki, reallığı əks etdirsin, ya da çoxuşaqlı ailələrə "uşaq pulu" verməliyik. Bu mənada yeni qanunvericilikdə çoxuşaqlı ailə anlayışının üçə endirilməsi müsbət haldır. İndiki şəraitdə buna ehtiyac var".

İqtisadçı sözügedən təşəbbüsün dəstəkləməsi üçün hökumətin kifayət qədər maliyyə resurslarına malik olduğu qənaətindədir: "Bu mexanizmin icrası maliyyə dayanıqlığı nöqteyi-nəzərdən Azərbaycan iqtisadiyyatı üçün heç bir problem yaratmır. Məsələnin yubanmasına səbəb büdcədə həmin istiqamət üzrə konkret vəsaitin ayrılmamasıdır".

Onun sözlərinə görə, büdcədən bu istiqamətə ildə təxminən 300-350 milyon manat vəsaitin ayrılması kifayətdir. Əgər sosial dəstək bütün kateqoriyadan olan uşaqları əhatə edərsə, bu məbləğ 550 milyon manat civarında ola bilər.

"Dəyişiklik hazırda 3 uşağı olan ailələrə də şamil edilə bilər"

Sosioloq, fəlsəfə doktoru Mail Yaqubun fikrincə, bu istiqamətdə qanunvericiliyə yenidən baxılması günün tələbidir: "Vaxt itirmədən bununla bağlı qanun qəbul olunmalı və dərhal icrasına başlanmalıdır. Hətta biz bu məsələdə xeyli gecikmişik. Çünki mövcud demoqrafik vəziyyətə uyğun aparılan hesablamalara görə, indiki gedişlə 2100-cü ildə Azərbaycan əhalisinin sayı səkkiz milyona düşəcək".

Onun sözlərinə görə, son illər dünyada gedən mənfi tendensiyalar Azərbaycanda da müşahidə edilir: "İlk növbədə, gənclərin ailə qurmağa və uşaq sahibi olmağa meyilləri azalıb. Uşaq dünyaya gətirməyi planlayan ailələr isə əksər hallarda bir uşaqla kifayətlənirlər. Bu da əhali sayının azalmasına səbəb olur. Bunun acı nəticələrini anlamaq fərdlərin deyil, dövlətin üzərinə düşür. Çünki qlobal problemləri ölkədə fərdlər başa düşə bilməz. Bunu dövlət düşünməli və vəziyyətə müdaxilə etməlidir. Əgər dövlət bu istiqamətdə addımlar atmağı hədəfləyirsə, alqışlanmalıdır".

Ekspert hesab edir ki, sözügedən qərar qəbul olunarsa, hazırda üç uşağı olan ailələrə də şamil edilməlidir: "Amma qanunun əsas təşəbbüskarları yəqin ki, bu dəyişikliyin qərar veriləndən sonrakı dövrü əhatə etməsi təklifini irəli sürəcəklər. Bununla yanaşı, ölkədə çoxuşaqlı ailələrin sayının azlığı nəzərə alınaraq dəyişikliyin hazırda üç uşağı olan ailələrə də şamil olunması gözləniləndir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1827   Tarix: 15 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 39° isti olacaq

İyulun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25 isti, gündüz 33-38 isti olacaq. Atmosfer təzyiqi normada

12:57 177
.

"Titanik" fəlakətindən 4 gün əvvəl yazılmış məktub tapıldı: Nələrdən bəhs edilir?

İkinci sinif sərnişinin dostuna yazdığı məktub hərraca çıxarılacaq. Məktubun ilkin qiymətləndirməsi 47 min dollar təşkil edir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" yazıb. Henri Prays Hodces "Titanik"ə Sauthemptonda 250643 nömrəli, təxminən 17,5 dollarlıq biletl

22.07.2026 579
.

Müəllimlərin yeni geyim qaydaları nə vəd edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Prezident İlham Əliyevin təsdiqlədiyi "Ümumi təhsil haqqında" qanuna dəyişikliklər qüvvəyə minib. Yeniliklərə əsasən, artıq dövlət ümumi təhsil müəssisələrində yalnız şagirdlər deyil, müəllimlər də geyimlə bağlı müəyyən olunacaq tələblərə əməl etməlidirlər. Bununla yanaşı, valideynlərin d

16:13 173
.

ABŞ Malidə terrorçulara qarşı hərbi əməliyyat variantını nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp administrasiyası Malidə fəaliyyət göstərən "Cəmaat Nüsrət əl-İslam vəl-Müslimin" (CNİM) silahlı qruplaşmasına qarşı mümkün hərbi əməliyyatın keçirilməsini müzakirə edir. Məlumata görə, əməliyyatla bağlı yekun qərar veriləcəyi təqdirdə, Mali Trampın ikinci prezidentli

15:34 154
.

Tailandda silahlı hücum: 5 təhlükəsizlik əməkdaşı öldürüldü

Tailandın cənubunda yerləşən Narathivat əyalətində silahlı şəxslərin hücumu nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub, 6 mülki şəxs yaralanıb. Məlumata görə, axşam saatlarında təxminən 10 nəfərdən ibarət silahlı qrup yol kənarında yerləşən nəzarət-buraxılış məntəqəsinə hücu

15:07 152
.

Yanacaq bazarındakı çətinliklər… - Putin təsəlli verdi

Rusiya yanacaq bazarındakı çətinliklər müvəqqətidir və ümumi iqtisadi mənzərəyə təsir göstərməyəcək. xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. "Rusiyada dövlət maliyyəsi sabitdir. 2026-cı ilin ilk 5 ayında ÜDM 0,2% artıb", - o bildirib. Qeyd edək ki, Ukrayna ordusunun Rusiy

22.07.2026 469
.

Hovuzlarda su kifayət qədər təmizlənirmi? - DERMATOLOQDAN AÇIQLAMA

Yay mövsümündə havaların isti keçməsi ilə əlaqədar hovuzlara üz tutanların sayı əhəmiyyətli dərəcədə artır. Lakin sərinləmək və istirahət etmək məqsədilə istifadə olunan hovuzlarda suyun gigiyenik vəziyyəti hər zaman müzakirə mövzusu olaraq qalır. Suyun lazımi qaydada təmizlənməməsi və dezinfeksiya olunmamas

16:52 151
.

Moskva şəhərində hərbi təyyarə qəzaya uğrayıb

Rusiyanın Moskva şəhərinin Odintsovo rayonunda hərbi təyyarənin qəzaya uğradığı bildirilir. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, pilot qəza zamanı katapult edərək xilas olmağı bacarıb. Hadisənin başvermə səbəbləri və təyyarənin hansı modelə aid olduğu hələlik açıqlanmayıb

14:28 186
.

İsrail Hizbullahın mövqelərinə hava zərbələri endirib

İsrail ordusu Livanın cənubunda Hizbullah terror təşkilatına məxsus olduğu bildirilən hədəflərə hava zərbələri endirib. İsrail tərəfi bildirib ki, əməliyyat zamanı Hizbullah terror təşkilatının hərbi infrastrukturu və silahlı qrup üzvləri hədəfə alınıb. Zərbələrin qruplaşmanın fəaliyyətinin qarşısın

15:47 155
.

TOP MP3