"Arif Quliyev koronavirus deyildi, beynində problem var idi"
"Mən də hamı kimi Arif Quliyevi ekrandan tanımışam. Onun aktyor kimi böyük sənətkar olduğu göz qabağında idi. Bir bədbəxtliyi var idi ki, rejissoru olmadı. Əgər Arif İtaliya, Fransa, İngiltərədə dünyaya gəlsəydi, oraların məşhur rejissorları ilə təmasda olsa idi, dünya şöhrətli aktyor olardı. Bunu çəkinmədən deyirəm. Arif Quliyevin rejissoru Azərbaycanda tapılsaydı, 10 dəfə daha qüdrətli obrazlar canlandırardı".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Qorxmaz Əlilicanzadə "AStar" layihəsində Mərhum Xalq artisti Arif Quliyev haqqında danışarkən deyib. O, 3 yaşında uşaqlar evinə tərk edilən A.Quliyevin doğma ailəsi ilə sonralar əlaqə saxlamaq istəmədiyini bildirib:
"O, qardaşlarını özünə yaxın buraxmırdı. Onun əsl anası ilə maraqlanıram ki, kimdir. Yaşadığı kəndi də bilirəm, amma oğlunun icazəsi olmadan deyə, bilmərəm. Amma Bakı kəndlərindən biridir. Onun hansı səbəbdən uşaq evində böyüməsini bilmirəm. O, insanlarda özünü axtarırdı ki, mən bu xasiyyəti hansı anadan-atadan almışam. Tapa bilmirdi. Onun çəkdiyi dərdləri bilsələr, hönkür-hönkür ağlayardılar".
Q.Əlilicanzadə bildirib ki, mərhum sənətçi oğlu Fəridin faciəli həyatına görə çətin dövrdən keçib:
"Çox dərd çəkirdi. Bəlkə də təklikdə ağlayıb, amma bunu görən olmayıb. O, dərdini insanlara göstərmək istəmirdi".
Q.Əlilicanzadə A.Quliyevin koronavirusdan deyil, başqa xəstəlik səbəbindən vəfat etdiyini açıqlayıb:
"Arif koronavirus deyildi, beynində problem var idi. Onun ciyərlərində soyuqdəymə yox idi. Təzyiqi qalxıb-düşürdü. Sonra da ona qızdırma gəldi. Bəli, adını koronaviris qoyduq, amma evdə müalicə ala bilərdi. Arif inanmırdı öləcək. Orada da deyib-gülməyindən, zarafatından qalmırdı. Amma vəziyyət ciddiləşəndə o da dəyişdi. Elə bil Arif sağollaşıb getdi".
Xatırladaq ki, A.Quliyevin oğlu Fərid Quliyev 2000-ci ildə qəsdən adamöldürmə maddəsi ilə ittiham olunaraq həbs edilmişdi. 14 illik məhkumluq müddəti verilmiş aktyorun oğlu 2011-ci ildə əfv olunmuş, 2012-ci ildə isə vərəm xəstəliyindən dünyasını dəyişmişdi.
Qeyd edək ki, Arif Quliyev 2021-ci ildə 70 yaşında koronavirusdan vəfat edib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKaşpirovski vəfat etdi
Məşhur ekstrasens və teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teleaparıcı Andrey Malaxov "Telegram" kanalında məlumat yayıb. "Anatoli Mixayloviç Kaşpirovski artıq aramızda deyil" deyə, Malaxov paylaşımında bildirib. Qeyd edək ki, Anatol
03.10.2026 282 Tarkanın əkizi kimi tanınan "Popstar" qalibi indi nə işlə məşğuldur?
200-ci illərin əvvəllərində Türkiyədə milyonlarla insanı ekran qarşısına toplayan "Popstar Türkiye" musiqi yarışmasının ilk qalibi Abidin Özşahin illər sonra tamamilə fərqli sahəyə yönəlib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, yarışmanın münsiflər heyətində Deniz Seki, Armağan Çağlayan
03.10.2026 333 "Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun
14.10.2026 151 "Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
11.10.2026 265 Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurupun fonddan əldə etdiyi qazancın 15 milyard 793 milyon lirəyə çatdığı iddia edilib. Axşam.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı kapital bazarı fondları ilə bağlı araşdırmada Sütşurupun maliyyə əməliyyatları il
03.10.2026 280 "Kim belə fikir çatdırırsa, yalandır" - Aysel
Müğənni Aysel Əlizadə bir müddət yaşadığı İstanbuldan Azərbaycana qayıtmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" proqramında danışıb:. "Əvvəl İstanbulda konsertlər çox olurdu, yarı burada, yarı orada qalırdım. Amma hazırda Azərbaycanda qalmağ
10.10.2026 252 "Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığını bildirib:. "Onunl
04.10.2026 403 Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Axşam.az-ın məlumatına görə, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqların
11.10.2026 549 Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - VİDEO
Müğənni Ayaz Babayevlə bloqer Mehin Məclislərdən birində səmimi görüntüləri ilə diqqət çəkiblər. xəbər verir ki, məclis zamanı ikilinin birlikdə romantik rəqs etdiyi anlar bloqer Əfruzə tərəfindən lentə alınıb. Sözügedən görüntülər daha sonra sosial şəbəkədə paylaşılıb. Əfruzə paylaşımında Ayaz Babaye
04.10.2026 711