"Aynişana qulaq asdıq, 20 min batırdıq"

"Aynişana qulaq asdıq, 20 min batırdıq"İnfluenser Aynişan Quliyeva bəzən mediada onun haqda çıxan absurd xəbərlər haqda danışıb.

OLAY yazır ki, sənətçi bu barədə ARB-də yayımlanan "Pərvizə görə" proqramında söz açıb.

"Ən absurdu "Aynişanın qapısını dezinfeksiya etdilər" xəbəri idi. O xəbərdən sonra gördüm ki, doğrudan da dezinfeksiya ediblər. Çünki pandemiya dövrü idi, çölə çıxmırıdm. Bir gün sonra çıxdım ki, qapım ağappaqdır və dezinfeksiya edilib. Necə ola bilər ki, bunu media bilib, mən bilməmişəm? Necə baş verə bilər? Ümumiyyətlə bu, kimə lazımdır? Heç mənə lazım deyil. O dönəm məndən o qədər yazırdılar ki... Artıq özümü robot kimi hiss ediridm, sanki heç nə təsir etmirdi, hissiz insana çevrilmişdim. Hər gün oyanırdım, yeni xəbər çıxırdı. Bir dəfə də yazmışdılar ki, "Aynişan günorta yeməyini yemədi". Niyə elə yazırlar? Bunu hardan bilir ki, mən yemədim? Biri yazmışdı ki, Aynişanı ev yiyəsi evdən qovdu. O da necə olmuşdu, mən İspaniyaya gedirdim, qatar problemi olmuşdu. Barselonaya çatmamışdım, gülə-gülə video çəkmişdim ki, oradakı ev yiyəsi gözləmir, deyir başqa ev tapın. Yazmışdılar ki, Aynişanı ev yiyəsi qovdu. Artıq hiss etmirəm. Elə bilirəm, Aynişan başqa insandır, onun haqqında yazırlar".

Bloger onun haqda çıxan ABŞ-də həbs olunması ilə bağlı yalan xəbərlərə də aydınlıq gətirib:

"Mən Amerika vizası üçün müraciət etmişdim, bir dəfə rədd cavabı almışdı. Bu dəfə isə təsdiqlədilər. Səhəri gün xəbər yazıblar, Aynişan Amerikaya qaçmaq istəyəndə hava limanında tutuldu. Baxdım ki, bu, nə məlumatdır? Axı orda vizanı ləğv edə bilərlər. Dedim, bu, nə məsələdir? Çünki Amerika elə biləcək ki, problemli insanam, mənə viza verməyəcək. Sonra yazdılar ki, guya insanları investisiya etməyə çağırmışam, guya ölkədə belə bir qurum var, çoxlu pullar qazanırsan. Guya məni buna görə döyüblər. Nə qədər insan menecerimə zəng edib ki, Aynişana qulaq asdıq 20 min batırdıq, 15 min batırdıq. Aynişan sizə desə ki, gəlin, hansısa uşağa 100 manat verin, verməzsiniz. 20 mini necə batırırsınız? O şəkil heç mənə oxşamır, süni intellektlə düzəldiblər, gözümü də göy ediblər ki, guya döyülmüşəm. Dəfələrlə açıqlama vermişəm. Lakin qarğış edirlər ki, sənə qulaq asıb pul batırdıq, ona görə getdim, dövlət qurumlarına ərizə yazdım. Hər şeyi etmişəm, lakin bir ildir bu insanların kimliyi tapılmır. Deyəsən, zəng edirlər, ondan sonra kartın kodunu soruşub hesabdakı pulu çəkirlər. Bu şəxslərin azərbaycanlı olmadığını deyirlər".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1981   Tarix: 17 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.